Hakkı KESKİN ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Hakkı KESKİN ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 01.04.2011 > Kaç kez okundu? 2345

Paylaş


"Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilmək məcburiyyətindədir"



Hakki Kəskin: "31 mart hadisələri zamanı Şamaxıda və digər bölgələrdə bolşeviklərin dəstəyi ilə erməni daşnaklarının Azərbaycan türklərinə qarşı törətdikləri qətliam heç bir zaman unudulmamalıdır"



Almaniya Bundestaqının keçmiş deputatı, Almaniyada fəaliyyət göstərən Türk-Azərbaycan Birliyinin sədri, professor Hakki Kəskinlə müsahibə



- Nakki bəy, Almaniyadakı Türk-Azərbaycan Birliyi 31 Mart soyqırımı ilə bağlı tədbirlər keçirməyi planlaşdırırmı?



- Bu günlərdə faciə ilə bağlı Şamaxıda Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının dəvəti ilə beynəlxalq konfransda iştirak etdim. Hesab edirəm ki, bu tədbir 1918-ci ilin 31 martında Şamaxı və Azərbaycanın digər bölgələrində erməni daşnakları tərəfindən törədilən faciə qurbanlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, tədbirdə dünyanın başqa ölkələrindən gələn siyasətçilərin, alimlərin, mətbuat işçilərinin iştirak etməsi tədbirə xüsusi önəm verirdi. Belə tədbirlər göstərir ki, 31 mart hadisələri zamanı Şamaxıda və digər bölgələrdə bolşeviklərin dəstəyi ilə erməni daşnaklarının Azərbaycan türklərinə qarşı törətdikləri qətliam heç bir zaman unudulmamalıdır. Bu hadisələrə beynəlxalq səviyyədə qiymət verilməlidir.

Yeni formalaşmaqda olan və başqanı olduğum Almaniyadakı Türk-Azərbaycan Birliyinin əsas məqsədi Xocalı faciəsinin Berlin, Frankfurt və Hannoverdə andığımız kimi, bu faciəni qanun çərçivəsində yaşadığımız ölkə ictimaiyyətinin gündəminə gətirməkdir. öncə öz xalqımızın bu faciələr haqqında yetərincə bilgi sahib olmalarını, birlik və həmrəylik içərisində bu günləri anmalarını təmin etməyimiz lazımdır. üzülərək söyləməliyəm ki, Türkiyə türkləri bu məsələlərdə çox az bilgilərə sahibdir. Bu vəziyyətin dəyişməsi lazımdır. Son illər Azərbaycan dövlətinin və QHT-lərin, diaspor qurumlarının bu yöndə təşkilatlanmalarını və fəaliyyətlərini səmimiliklə yüksək dəyərləndirirəm.

Amma təəssüf ki, son 15 ildə Türkiyə dövləti erməni diasporunun və Ermənistanın yüz ildir ki, həyata keçirdiyi birtərəfli və təhrif edilmiş təbliğatına qarşı bəzi sərhədlər çərçivəsində və xüsusilə, özünü 1915-ci il hadisələrindən müdafiə etmə taktikasına üstünlük verir. Erməni daşnaklarının, quldurlarının Azərbaycan torpaqlarında və Doğu Anadoluda həyata keçirdikləri qətliamlar haqqında ara bir mətbuatda məlumatlar verilir. Halbuki ermənilər bu bölgələrdə yüz minlərlə insanı qətlə yetiriblər. Bu faktın özü hər şeyi ortaya qoyur və ermənilərin apardıqları təbliğata qarşı böyük sədd yarada bilər.

Hazırda bizim birliyin əsas strateji (siyasi) xətti və məqsədi 19 il öncə Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarının şərtsiz olaraq azad olunması və məcburi köçkünlərin öz torpaqlarına qayıtmalarını təmin etməkdir. Bu istiqamətdə fəaliyyətimizi gücləndirəcəyik.



- Bu gün Almaniya ictimaiyyətində, düşüncə qurumlarında, elmi mərkəzlərində ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqırım siyasəti haqqında məlumatlar hansı səviyyədədir?



- Təəssüf ki, bu gün Almaniyanın ictimai-elmi və düşüncə mərkəzlərində ermənilərin Azərbaycan və Türkiyədə həyata keçirdikləri qətliamlar haqqında məlumat yoxdur. Amma son beş ildə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazovun çox böyük zəhməti və səyi ilə qətliamlar haqqında məlumatlar alman və türk ictimaiyyətinə çatdırılmaqdadır. Bu sahədə irəliləyişlər var. Bu məsələdəki fəaliyyətlər davamlı olmalı və qərarların qəbul edilməsinə qədər davam etməlidir. Əsl həqiqətlərin ortaya çıxarılması və alman ictimaiyyətinə çatdırılması bizlərin üzərinə düşən əsas görəv olmalıdır.



- ümumiyyətlə, bir siyasətçi olaraq Qarabağ probleminin həllini necə görürsünüz? Sizcə, hansı dövlətlərin birgə səyi münaqişənin həll edilməsinə kömək edə bilər?



- Bu gün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilmək məcburiyyətindədir. Bunun üzərində dayanmaq lazımdır. Bu məsələdə beynəlxalq təşkilatların qəbul etmiş qərarları var. Qəbul edilən qərarlar icra olunmalıdır. İndiki vəziyyətdə Qarabağ məsələsində Azərbaycanın mövqeyi düzgündür. Xüsusilə, düşünürəm ki, münaqişənin həlli yolu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Qarabağa muxtariyyət statusu verməklə həll etmək olar.

Digər tərəfdən, kənar dövlətlərin məsələnin həllində roluna gəldikdə, münaqişənin həllində Rusiyanın mühüm rolu var. Düşünürəm ki, eyni zamanda Türkiyə-Azərbaycan və hətta Almaniya Rusiyanın Qarabağ məsələsində siyasətinə təsir etməlidir. Ermənistana Rusiya dəstəyi olmasa, münaqişənin həlli mümkündür. O halda, münaqişənin həllini istəyiriksə, Ermənistana Rusiya tərəfindən verilən dəstəyin qarşısını dayandırmaq lazımdır.



Söhbətləşdi: Elnur Eltürk





Yorumlar








Aktif Ziyaretçi 13
Dün Tekil 767
Bugün Tekil 228
Toplam Tekil 1637289
IP 54.161.130.145






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































5 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Üstümüze kılıç çekilmedikçe, ülkemize girilmedikçe, teb'ama cefa edilmedikçe Bizden kimseye zarar gelmez. (Fatih Sultan MEHMET)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.692 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu