Hüseyin Arac ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Hüseyin Arac ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 18.03.2011 > Kaç kez okundu? 3301

Paylaş


Hüseyin Arac: "Sabah müharibə başlayarsa, Avropa Birliyi kənarda qala bilməz"



Danimarka parlamentinin millət vəkili Hüseyin Aracın Milli.Az xəbər portalına müsahibəsi:



- Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanması prosesində Ermənistan rəhbərliyi aqressiv və qeyri-konstruktiv mövqeyindən əl çəkmir. Avropalı parlamentari kimi, rəsmi Yerevanın bu siyasətini necə dəyərləndirirsiniz?



- Görünən odur ki, Ermənistan danışıqları bacardığı qədər uzatmağa və bir növ, vaxt udmağa çalışır. Bunu Ermənistanın Dağlıq Qarabağla bağlı bütün diplomatik fəaliyyətində olduğu kimi, bilavasitə danışıqlar prosesində də bunu müşahidə edirik.



Lakin Yerevan anlamalıdır ki, indi beynəlxalq müstəvidəki bütün problemlərin danışıqlar masası arxasında həlli qaçılmaz şərt sayılır. Yerevan da buna gec-tez əməl etməlidir. Daha doğrusu, Ermənistan bu istiqamətlə razılaşmaq məcburiyyətindədir. Ermənilər dərk etməlidir ki, regionda situasiya onların xeyrinə deyil. Dağlıq Qarabağ münaqişəsi Ermənistandakı sosial-iqtisadi və siyasi vəziyyəti sürəkli olaraq ağırlaşdırır, Yerevana hansısa dividendlər vermir. Bunu Ermənistan siyasətçiləri görməyə bilməz. Onlar ən azı hadisələrin necə inkişaf etdiyini hiss edirlər.



- Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə başlayarsa, Avropa Birliyinin hadisələrə müdaxilə ehtimalı nə qədərdir?



- Təbii ki, sabah müharibə başlayarsa, Avropa Birliyi kənarda qala bilməz. Avropa Birliyinin bölgə ilə bağlı özəl maraqları var. Regional layihələrə milyardlarla avro həcmində sərmayələr yatırılıb. Üstəlik, Avropa Birliyi enerjidaşıyıcıları təminatının təhlükəsizliyi baxımından Azərbaycanın xam nefti və təbii qazına ehtiyac duyur. Buna görə də Avropa Birliyi ilə yanaşı, ABŞ da Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla yox, dinc danışıqlar vasitəsilə həllini ən optimal variant hesab edirlər.



Səbəb sadədir: müharibə olarsa, Avropa Birliyi və ABŞ-ın bölgədəki maraqlarına çox ciddi təhlükə yaranar.



- Dağlıq Qarabağ münaqişəsi bölgəsində hərbi əməliyyatlar başlayarsa, Ermənistan iqtisadiyyatı müharibəyə davam gətirə bilərmi?



- Ümumiyyətlə, müharibə hər zaman bir ölkənin insanlarına, iqtisadiyyatına, onun infrastruktuna, ən başlıcası da dövlət kimi gələcəyinə böyük zərər verir. Bəli, bu gün Ermənistanın iqtisadiyyatı o qədər də güclü deyil və müharibə Ermənistan üçün böyük çətinliklər yaradacaq. Ermənistan siyasətçiləri bunu nəzərə almalıdır.



- Son vaxtlar danışıqlar prosesində Rusiya xeyli fəallaşıb. Sizcə, Kremlin sülhyaratma təşəbbüsləri konkret nəticələr verəcəkmi?



- Bu gün Rusiya, Türkiyə, İran bölgənin siyasi-iqtisadi gücə malik dövlətləridir. Lakin həmin dövlətlərin hər biri maraq və mənafelərinin, geosiyasi mənfəətlərinin təminatına çalışır. Bəhs etdiyim məqamlara görə də Azərbaycan bu ölkələrdə bərabərməsafəli, konkret siyasət yürütməlidir və yürüdür də. Rəsmi Bakı indi Ermənistan istisna olmaqla, qonşu dövlətlərlə normal münasibətlərdədir.



Rusiyanın danışıqlar prosesində fəallığının isə prosesə müsbət və mənfi təsirləri ola bilər. Əsas odur ki, münaqişə həllini tez tapsın və proseslər müharibə səviyyəsinə gəlib çıxmasın. Bizim əsas narahatçılığımız budur. Danışıqlar nəticəsiz başa çatarsa, bölgəni müharibə təhlükəsi gözləyir.



Elnur Eltürk





Yorumlar









Aktif Ziyaretçi 47
Dün Tekil 1927
Bugün Tekil 1443
Toplam Tekil 4067577
IP 18.191.189.85






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.406 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu