Novruzum - Zərəngiz Dəmirçi Qayalı - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Novruzum - Zərəngiz Dəmirçi Qayalı
Tarih: 14.03.2011 > Kaç kez okundu? 4832

Paylaş


Novruzum



Gönderen: Azər Həsrət. Tarih: 14 Mar 2011





Zərəngiz Dəmirçi Qayalı



Qədəmin mübarək, Novruzum!

Nə qüssə, nə qəm çək, Novruzum!

Başında çələng var al-əlvan,

Səninlə oyanır bu cahan!

Dumduru suların axanda,

Göylərdə şimşəyin çaxanda,

Yamyaşıl otların silkinər,

Gülərsən göy gülər, yer gülər!

Sən bahar qızısan, Novruzum!

Torpağın nazısan, Novruzum!

Al rəngin yaşıla qarışar,

Sən gəlsən küsənlər barışar.

Nəfəsin səməni cücərdər,

Nemətə bürünər süfrələr.

Qoğalın günəşdir nimçədə,

Şamların sönməsin heç vədə!

Şirinin, şəkərin, noğulun,

Söylənər əfsanən, nağılın,

Yumurtan bəzənər rəngbərəng,

Tonqalın şimşəklə həmahəng!

Şəninə şərbətlər içilər,

Körpənə köynəklər biçilər.

Güllü don geyinər gözəllər,

Qədrini el bilər, gün bilər!

İgidlər “Qaytağı” oynayar,

Sellərin, suların qaynayar!

Silinər qəlblərin ağrısı,

Parıldar köhlənlər sağrısı,

Torpağın, güllərin, otların,

Bu gözəl sevimli baharın,

Könüllər vəsfinə söz qoşar,

Nəğməli suların gurlaşar.

Gün vürub, daşların qızanda,

Plovun dəm alar qazanda.

Ən əziz müjdəsən yurduma,

Gəl əziz Novruzum,

Yenidən, bir də sən yurduma!







Çal Zülfiyyə (Aşıq Zülfiyyə İbadovaya itthaf edirəm)



Aşıq Zülfiyyə



Çal Zülfiyyə, daşan sellər coşa gəlsin,

Durna köçü buludlarla qoşa gəlsin,

Göldə silkinən sonalar xoşa gəlsin,

Çal, elimin aşıq qızı, nəğməni çal!

Ürəkləri titrədən bir “Dilqəmi”çal!



Məhsəti, Natəvan gələr sorağına,

Şah bülbülüm qonubsan Vətən bağına,

Zərnigarla Mahcur düşər fərağına,

Çal, elimin aşıq qızı, nəğməni çal!

Ürəkləri titrədən bir “Dilqəmi” çal!



Aşıq Pəri səni görsə oyanardı,

Dərdli Bəsti naləsindən dayanardı,

Dağlar, daşlar al laləyə boyanardı,

Çal, elimin aşıq qızı nəğməni çal,

Ürəkləri titrədən bir “Dilqəmi” çal!



Tanrı sənə gözəlliyi cəm veribdir,

Gözəl barmaq, gözəl nəfəs, can veribdir,

Tərif deyil, Xaliqi-Sübhan veribdir,

Çal, elimin aşıq qızı, nəğməni çal!

Ürəkləri titrədən bir “Dilqəmi” çal!



Vur mizrabı tərsalar da dinə gəlsin,

Sözün mehri, sazın mehri qana gəlsin,

Zərəngiz der, qoy ölənlər cana gəlsin,

Çal, elimin aşıq qızı, nəğməni çal,

Ürəkləri titrədən bir “Dlqəmi” çal!



Zərəngiz Dəmirçi Qayalı. Prezident mükafatçısı. 2 mart 2011-ci il.









Yorumlar









Aktif Ziyaretçi 53
Dün Tekil 1505
Bugün Tekil 815
Toplam Tekil 4075596
IP 18.216.32.116






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu