Elxan İsazadə ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Elxan İsazadə ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 07.03.2011 > Kaç kez okundu? 2513

Paylaş


Elxan İsazadə: ”Hollandiyada çox güclü Azərbaycan diasporu yaranmaqdır”

Hollandiya Azərbaycan münasibətlərinin inkişaf etməsində özünə məxsus rol oynayan, keçən ilin dekabr ayında ofisi ermənilər tərəfindən basqına məruz qalan Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin sədri, fəal diasporçu Elxan İsazadənin “Təzadlar” qəzetinə müsahibəsi

Elxan bəy, Hollandiya cəmiyyətinə Azərbaycan adı tanışdırmı? Dağlıq Qarabağ münaqişəsi haqqında Hollandiya cəmiyyətində bilgilər yetərincədirmi?

Təəssüflər olsun ki, Azərbaycan uzun illər Sovet Rusiyasının ideoloji məngənəsində sıxılaraq öz gerçək kimliyini lazımi qədər dünya ictimaiyyətinə tanıda bilməyib. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra qarşısında duran ən mühüm məsələlərdən biri kimi, ölkəmizin bütün yönü ilə tanıdılması məsələsi olub. Təbii ki, bu məsələdə sadə vətəndaşdan tutmuş məsul şəxslərə qədər hər kəsin üzərinə düşən milli vətəndaşlıq təəssübkeşliyi mühüm rol oynamalıdır.

Hesab edirəm ki, Azərbaycanın istər son illərdə həyata keçirdiyi sistemli diaspora siyasəti, istərsə də dinamik iqtisadi inkişafı onun bir çox ölkələrdə o cümlədən Avropanın aparıcı ölkələrindən olan Hollandiyada lazımınca tanınmasına və dəstəklənməsinə gətirib çıxara bilib. Lakin bu bizi qane etməməlidir. Daha çox iş görməliyik.

Təbii ki, biz təbliğat müharibəsinə ermənilərdən gec qoşulduğumuz üçün bu, sahədə bəzi çətinliklər yaşansa da, tam əminliklə deyə bilrəm ki, artıq Dağlıq Qarabağ məsələsi haqqında burada çox sistemli və ciddi işlər aparılır. Azərbaycan həqiqətləri Hollandiya ictimaiyyətinə çatdırmaq üçün müxtəlif tədbirlər həyata keçirilir ve bilavasitə Qarabağ və məsələsi erməni vəhşiliyi bu tanıtımın ön planındadır.

Hollandiya-Azərbaycan münasibətlərinin inkişafında Azərbaycan diasporu hansı rolu oynayır?



Biz Hollandiya-Azırbaycan həmrəyliliyini gücləndirmək üçün artıq neçə illərdir ki, burada yaşayan azərbaycanlılarla işlər görürük. Hollandiya-Azərbaycan Həmrəylik Cəmiyyətinin xətti ilə 26 fevral Xocalı soyqırımın ildönümü burada müxtəlif tədbirlərlə qeyd olunur. Eləcə də xalqımızın digər tarixi günlərinin, milli bayramlarının burada yüksək səviyyədə qeyd olunması artıq ənənə halını alıb. Cəmiyyətimizin xətti ilə burada təşkil olunan Azərbaycan dili kursları, müxtəlif mövzularda keçirilən müzakirələr Holland ictimaiyyətinin marağına səbəb olur. Bu günə qədər Azərbaycan əleyhinə aparılmış saxta tezislər burada yaşayan Azərbaycanlıların dilindən gerçək şəkildə ictimaiyyətə çatdırılır. Xüsusilə biz çalışırıq ki, bu cür tədbirlərdə Holland ictimaiyyəti ilə bərabər burada yaşayan digər millətlərin, Holland rəsmilərinin, türk diaspora təşkilatlarının nümayəndələrini də cəlb edək. Hollandiya Azərbaycan münasibətlərinin inkişafinda hollandiyada yaşayan, təhsil alan, işləyən hər bir Azərbaycanlı böyük rol oynayır, və bu munasibətlərin inkişafi üçün hansısa qurumun təşkılatın məsul vəzifəli şəxsi olmaq mütləq bir şərt deyil, milllətini, dövlətini sevən hər bir Azərbaycanlı Azərbaycandan kənarda diaspor məsuliyyəti daşıyır. İstər yaşadığı məhəllədə, işlədiyi müəssisədə, oxuduğu məktəbdə hər bir hərəkətində Azərbaycanımızı təbliğ etdiyini unutmamalıdır, və buna layiq olmalıdır.

Bir müddət bundan öncə Hollandiya bazarında separtçı Dağlıq Qarabağ rejiminin adı altında müxtəlif malların satması ilə bağlı məlumatlar gedirdi. Bu faktın qarşısının alınmasında diasporumuz hansı addımları atdı?

Əlbəttə ki, ermənilər hər addımda tarixi Azərbaycan torpağı olan Qarabağın Ermənistana aid olmasını göstərmək üçün bu, tipli addımları dayanmadan həyata keçirirlər. Məsələn abidələrimizi, bir çox hallarda isə islam-türk abidələrinin onlara aid olmasına dair həyasızcasına iddialar irəli sürürlər, milli mətbəximizlə, ədəbiyyatımızla, mədəniyyətimizlə bağlı digər iddialar onlar üçün adi hal olsa da, bizim üçün ciddi məsuliyyət yaradır və biz bu cür saxta tezislərə qarşı dəfələrlə Haaqa Məhkəməsi önündə, bələdiyyələr önündə etirazlarla çıxış etmişik. Holland rəsmilərinə bu iddiaların saxta olduğunu faktlarla isbat etməyə çalışmışıq.

Tez-tez Hollandiyada erməni diasporunun Azərbaycan diaspor təşkilatlarının mərkəzlərinə hücumları haqqında xəbərlər eşidirik. Bu işlə bağlı diaspor qurumlarımız Hollandiya hüquq mühafizə orqanlarına müraciətləri olubmu?

Ermənilər yaxşı anlayırlar ki, təbliğat müharibəsində Azərbaycan günü-gündən güclənir. Diaspora ilə iş Azərbaycan dövlətinin mühüm amillərindən birinə çevrilir. Dünyanın bir sıra ölkələri və əksər beynəlxalaq təşkilatlar Azərbaycanın xeyirinə artıq qərarlar qəbul edirlər. Dünyanın ən inkişaf etmiş ölkələrində Azərbaycan həqiqətləri ilə bağlı işlər aparılır.

Bizim cəmiyyətimiz Hollandiyada keçirilən tədbirlərin sayı və əhəmiyyətinə görə ciddi fəallıq göstərir. Ermənilərin saxta tezisləri ifşa olunur. Bu halda erməni irticasının görəcəyi iş tarixən sınaqdan keçirdikləri terror, dağıdıcılıq işləridir.

Bəli, bizim Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin binasına dəfələrlə basqin olmuş və soyğunçuluq halları baş verib. Bunlardan biri bu yaxınlarda keçdiyimiz ilin dekabr ayının 29-da baş vermişdir. Cəmiyyətimizin ofisində bayraq, bilgisayar, pul və başqa ləvazimatlar soyğun zamanı oğurlanmışdı. Hal-hazırda bu soyğunun ağrı-acısını çəkirik maddi yöndən. Bəli, Hollandiya polisinə ermənilər tərəfindən ediliyini sübut edə bilməsək də, yenədə öz şikayət və müraciətlərimiz olub. Məlumat üçün deyim ki, Benuluks ölkələrində Azərbaycan Respublikasını təmsil edən, özünə məxsus yeganə diaspor təşkilatı Azərbaycan-Hollandiya Dostluq Cəmiyyətidir. Təəssüflər olsun ki, bu gün biz bunun binanın saxlanılmasında, maddi xərclərimizin ödənilməsində illərdir ki, çox çətinlik çəkirik və hazırda bu çətinlikləri yaşayırıq. Cəmiyyətimizin maddi gəliri yoxdur və beş-on nəfər üzvlərimizin köməyilə ayaqda tuturuq və cəmiyyətimiz fəaliyyət göstərir.

Olmazmı ki, Hollandiyada Azərbaycan diasporu bir ideya ətrafında birləşib, birgə fəaliyyət göstərsinlər. Siz, bu perspektivi necə görürsünüz?

Diaspora fəaliyyətində milli və dövlət maraqları vahiddir və belə də olmalıdır. Hesab edirəm ki, buradakı diaspora təşkilatları da bu sahədə vahid mövqeden çıxış edirlər. Təşkilatların nizamnamələrində yaranmış fərqlər isə yalnız həmin təşkilatların fəaliyyət strukturu və yaxud tədbirlərin mözvusu ilə bağlıdır. Əlbəttə ki, necə deyərlər: "birlikdən güc doğar". Fəaliyyət göstərən hər bir diasporamiz onsuz da eyni ideya yolunda mübarizə aparır, amma bu gün siz dediyiniz kimi, daha effektli qurmaq üçün birləşmək və birgə fəalliyyət göstərmək məncə də daha məntiqli olardı.



Soydaşlarımızın Hollandiya cəmiyyətinə inteqrasiyası (qaynayıb-qarışması) hansı səviyyədədir?

Azərbaycanlılar burada ciddi çətinliklərlə üzləşmirlər. Biz çalışırıq ki, Azərbaycanlılar burada aparıcı, fəal qüvvə kimi təmsil olunsunlar və Hollandiyanın siyasi-ictimai və mədəni-sosial həyatında aktiv rol oynasınlar.

Azərbaycan diasporu tərəfindən nə vaxtsa Qarabağda, xüsusilə, Xocalıda yaşayan faciəcələrlə bağlı,- Hollandiya höküməti və ya parlamenti qarşısında məsələnin qaldırılması mümkündürmü?

Bəli, bu mənim fikrimcə mümkün olan bir məsələdir. Amma parlament səviyyəsinə bir başa çıxarılması zaman tələb edir. Bu gün Azərbaycan diasporası Xocalı soyqrımını Hollandiya parlamentində muzakirəyə çıxara bilməsək də, Hollandiyadakı beynelxalq insan haqları, və başqa beynelxalq qurumlara öz muraciətimizi bildirmişik və onlardan cavab istəyirik. Hər il bu soyqırımla bağlı etirazlar, mərasimlər keçirməkdəyik...

Söhbətləşdi: Elnur Eltürk,

“Təzadlar” qəzetinin xüsusi müxbiri





Yorumlar








Aktif Ziyaretçi 12
Dün Tekil 825
Bugün Tekil 157
Toplam Tekil 1635688
IP 54.147.236.192






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































3 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ben sadece asil bir ailenin evladı olmakla değil, fakat asil bir milletin evladı olmakla gururluyum.
(ATİLLA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu