Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının Xocalı Soyqırımı ilə bağlı bəyanatı - Seymur HASANLI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının Xocalı Soyqırımı ilə bağlı bəyanatı - Seymur HASANLI
Tarih: 25.02.2011 > Kaç kez okundu? 3367

Paylaş




Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının sədri Seymur Həsənli 1992-ci il 26 fevral tarixində Azərbaycan türklərinə qarşı törədilmiş soyqırımın hüquqi qiymətinin alması üçün dünya dövlətlərini ədalətli olmağa səslədi.

1992-ci il fevralın 26-da erməni terror qrupları Rusiyaya məxsus 366-cı motoatıcı diviziya ilə birlikdə Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri, 7 minlik əhalisi olan Xocalı şəhərinə hücum etmiş və xüsusi qəddarlıq və vəhşiliklə şəhəri yer üzündən silmişlər. Belə ki, Xocalı şəhəri 1991-ci ilin oktyabrından başlayaraq erməni separatçıları və rus hərbçiləri tərəfindən blokadaya alınmışdı. Oktyabrın 30-da şəhərlə avtomobil əlaqəsi təmamilə kəsilmiş və yeganə nəqliyyat vasitəsi kimi vertalyotdan istifadə edilmişdir. Lakin Şuşa şəhərinin səmasında mülki vertalyotun ermənilər tərəfindən vurulması və 40 nəfər mülki şəxsin həlak olmasından sonra, 1992-ci il yanvarın 18-dən Xocalıyla hava əlaqəsi də kəsilmişdir.

Erməni və rus silahlıları tərəfindən Xocalıya hücum 1992-ci il fevralın 25-də həyata keçirilmişdir. Həmin axşam Rusiyaya məxsus 366-cı motoatıcı diviziyası ağır zirehli texnikanın köməyi ilə hücuma başlamışdır. Əvvəlcə ağır artilleriya – top, tank və «Alazan» raketlərinin iki saatlıq zərbəsi ilə müşahidə olunan hücum daha sonra 366-cı alayın və erməni separatçılarının şəhərə 3 tərəfdən piyada hücumu ilə davam etdirilmişdir. Şəhərin dinc əhalisi yalnız Əsgəran istiqamətində hücumun olmadığını görərək, bu yolla təcavüzdən qaçmağa çalışmışlar. Tezliklə məlum olmuşdur ki, bu, məkrli bir hiylə imiş. Çünki Əsgəran istiqamətində qaçan mülki əhalinin qarşısı Naxçıvanik kəndi yaxınlığında kəsilmişdir. Əvvəlcədən bu mövqedə pusquda dayanmış erməni terrorçuları Əsgəran-Naxçıvanik düzündə əhalini gülləbaran etmiş, uşaq, qoca, qadın demədən hamını vəhşiliklə qətlə yetirmişlər.

Müxtəlif tarixi mərhələlərdə erməni şovinistlərin azərbaycan türklərinə qarşı davamlı olaraq törətdikləri qətliamlar kimi, Xocalı soyqırımı da xüsusi amansızlıqla həyata keçirilmişdi: erməni cəlladları sag qalmış insanları ağır təhqir və işgəncəyə məruz qoyaraq onların başının dərisini soymuş, başlarını və bədənlərinin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarını yararaq ana bətnində olan uşaqları doğramışlar. Qətliamın xüsusi amansızlıqla törədilməsi ingilis, fransız, alman, amerikalı və digər ölkədən gəlmiş jurnalistləri dəhşətə salmışdı. Ermənilərin rusların dəstəyi ilə həyata keçirdikləri bu dəhşətli cinayəti nəticəsində XX əsrin sonunda baş vermiş Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bütün sivilizasiyalı dünyaya və bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir. Buna görə də beynəlxalq təşkilatlar, dünya dövlətləri Ermənistanın Azərbaycan ərazisində törətdiyi hərbi-siyasi təcavüzə, terror əməllərinə, Azərbaycana qarşı yürütdüyü aqressiv və cinayətkar siyasətə münasibət bildirməli və Xocalı soyqırımına beynəlxalq siyasi – hüquqi qiymətin verilməsi istiqamətində obyektiv mövqedən çıxış etməlidirlər. Qətliamdan 19 il ötməsinə baxmayaraq, dünya dövlətləri hələ də bu soyqırıma hüquqi qiymət verib, onu azərbaycan türklərinə qarşı törədilən genosid kimi tanımamışlar. Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı bütün dünya dövlətlərinə müraciət edərək, onları tarixdə çox nadir halda təsadüf edilən bu dəhşətli qətliamı Azərbaycan xalqına qarşı törədilən soyqırım aktı kimi tanımağa səsləyir, 1992-ci il fevralın 26-da baş verən bu qanlı olaya hüquqi qiymət verilməsini və cinayətkarların layiq olduqları cəzanı almalarını tələb edir.



P.S. Bəyanat altı dilə tərcümə olunaraq dünya dövlətlərinin parlamentlərinə, ictimai təşkilatlarına, media orqanlarına göndərilmişdir.





Yorumlar









Aktif Ziyaretçi 32
Dün Tekil 1349
Bugün Tekil 1493
Toplam Tekil 4074769
IP 18.117.107.90






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu