Elan edilən icazənin xronologiyası - Dato Khançaşvili - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Elan edilən icazənin xronologiyası - Dato Khançaşvili
Tarih: 15.02.2011 > Kaç kez okundu? 2459

Paylaş




Faxrali mescidiBolnisi rayonunun Talaveri kəndinin azərbaycanlı sakinlərinin dediyinə görə, məscidin tikilməsi prosesini Gürcüstan patriarxlığından 183 nömrəli məktub aldıqdan sonra yenilədilər. Lakin Gürcüstan patriarxlığında belə bir məktubun göndərilmə faktını inkar edirlər və məktubun saxta olduğunu deyirlər.

Talaveri kəndində məscidin bərpası 2009-cu il sentyabrın 15-də dayandırılıb. Dayandırılmanın səbəbi kəndə ruhani şəxslər və Provaslav Valideynlər Birliyinin üzvlərinin gəlməsi oldu.

«Səhər saat 11-də məni çağırdılar. Evdəydim, fəhlələrə yemək aparasıydım. Getdim, 3-4 maşınla idilər, dini geyim geyinmişdilər. Tələb etdilər ki, bərpanı dayandıraq», – məscidin bərpasının təşəbbüskarlarından biri olan Validə Xəlilova xatırlayır. O, məscidin yenilənməsini dəstəkləyirdi.

«Davit ata (İsakadze) və başqa bir neçə keşiş idi. Onun özü üç gün gəlirdi. Sonra isə gənclər gəlirdi. 4 ay ərzində 24 saat qoruq çəkirdilər. Bir-birini əvəz edirdilər ki, işləri davam etməyək», – imam Adil Nəbiyev deyir. Onun dediyinə görə, yerli hakimiyyət sakinlərdən xahiş edib ki, onlara vəziyyəti aydınlaşdırmaq üçün iki gün vaxt versin – «Xahiş etdi ki, vaxt verək və aydınlaşdırsınlar bu adamlar kim idi və nə istəyirdilər».

Bolnisi sakrebulosunun üzvü Qara Gülməmmədov hadisə yerinə getmiş və ruhanilərlə görüşmüşdür.

O deyir: «Onlar Provaslav Valideynlər Birliyindən idilər. Deyirdilər ki, bərpa etmək olmaz, onlara deyiblər ki, patriarxın icazəsi olmadan bərpa işləri davam etdirilməməlidir. Biz bu təşkilata qarşı çıxmaq istəmirdik, orada qubernatorun yardımçısı, polis rəisi var idi».

Kvemo Kartli qubernatorunun köməkçisi Hüseyn Yusubov deyir ki, o hadisə yerinə gedib və vəziyyətlə tanış olduğu zaman əhaliyə məsləhət görüb ki, patriarxdan icazə alsınlar.

«Əhali bərpada onlara maneənin olduğundan narazı idi. Allah evinin bərpası müqəddəs işdir və dini təşkilatda bu məsələ müzakirə olunmalıdır. Mən əhaliyə dedm ki, hüququm yoxdur nəyəsə söz verməyə. Çünki mən qərar verə bilmərəm. Bu işi Gürcüstan Patriarxlığı müzakirə etməlidir. Bu məsələ mənə aid deyil, orada dindar insanlar var və bu insanlar məktub vasitəsi ilə patriarxlığa artıq müraciət etmişdir», – Hüseyn Yusubov deyir.

«2010-cu il fevralın 4-də biz prezidentə, Daxili İşlər Nazirliyinə, Mədəniyyət Nazirliyinə və patriarxa məktub yazdıq», – xatırlayan Adil Nəbiyev oradaca bizə o məktubu göstərir. Onun dediyinə görə, məktubu cavab olaraq patriarxlıqdan almışdır:

«Sizin 2010-cu il fevralın 4-də göndərdiyiniz məktuba cavab olaraq bildiririk ki, Gürcüstanın katolikosu patriarx İkinci İlianın xeyir-duası ilə, xatırladıram ki, Gürcüstan Patriarxlığı heç vaxt oxşar hadisələrə qarışmır və heç bir iddiası yoxdur ki, kəndinizdə öz dini ibadətgahınızı bərpa edəsiniz. İbadətgahın bərpasına qarşı hər hansı müqavimətin olması patriarx tərəfindən bəyənilməzdir. Bu şəxsiyyətin özbaşınalığı hesab ediləcəkdir», – bu məktub 2010-cu il 12 oktyabr tarixi ilə qeyd olunmuşdur və məktuba Dekanoz Mikael Botkoveli imza atmışdır.

Mikael Botkoveli «Netqəzet»lə söhbətində deyir ki, o, bu məzmunda məktub göndərməmişdir.

«Bu məktub hansısa anormal tərəfindən hazırlanıb. Bu (№183) məktubla mən «Azot» zavodundan xahiş etmişəm ki, kilsənin suvarılma işini aparsın. Bu məktub saxtadır, belə icazələri Gürcüstan Patriarxlığı heç vaxt verməmişdir və verməyəcək də. Kim nə tikməlidir, bunu qüvvədə olan din haqda dövlət qanunu idarə edir. Və ya mənim nə hüququm var – izin verəm və yaxud verməyəm? Bu məktubu kimsə hazırlayıb. 12 oktyabrda 183 №-li məktubu verə bilməzdik, çünki nömrələmədə artıq 1000-i keçmişik. 183 №-li məktub dekabr ayında olmuşdur», – Mikael Botkoveli deyir.

Adil Nəbiyev isə iddia edir ki, bu məktubu ona və Validə Xəlilovaya oktyabrın 12-də Sameba kilsəsinin keşişi Elizbar ata vermişdir.

Bu faktı Validə Xəlilova da təsdiqləyir: «Məktubu Elizbar ata bizə verdi», – o, deyir.

Elizbar ata «Netqəzet»lə söhbətində oktyabrın 12-də həqiqətən də Nəbiyev və Xəlilovayla görüşdüyünü gizlətmir, lakin onun dediyinə görə bu məktub onunla görüşəndə artıq onlarda idi. «Xanım mənə dedi ki, gürcü dilində oxuya bilmir, mən bu məktubu oxudum və tərcümə etdim. Oraya guya ki, ruhanilər getmişlər və onlar patriarxın adıyla göndəriliblər. Bu partriarxlıqdan göndərilən səlahiyyət olmayıb, bu orada yazılmışdır», – Elizbar ata deyir.

Provoslav Valideynlər Birliyinin rəhbəri Avtandil Unqiadze deyir ki, Talaveri kəndində bərpa işləri davam etdirilərsə, onun təşkilatı yenidən oraya getməyə hazırlaşır.

«Orada heç vaxt heç bir məscid mövcud olmayıb, orada nəsə kontora var idi və məscidin tikintisinə heç kimdən icazə almadan başladılar. Əgər yeniləməyə hazırlaşırlarsa, bu əlbəttə pozuntu olacaqdır. Biz yenə də ora gedəcəyik və yenə də sənədləri tələb edəcəyik, orada baxacağıq nə sənədlər uydurublar. Burada elə yanaşmadır ki, tikirsən, sonra bizim qanunvericiliklə heçnə edə bilmirsən, yetərincə maraqlı andır, yəqin buna görə də yekunlaşdırmağa hazırlaşırlar», – Avtandil Unqiadze deyir.

Validə Xəlilova söyləyir ki, Talaveri məscidi əsrdən çoxdur ki, mövcuddur, lakin sovetlər dövründə ondan anbar kimi istifadə edirdilər.

Adil Nəbiyev deyir ki, məscidin tikilməsi və ya bərpası ilə əlaqədar rəsmi sənədləri yoxdur: “Biz arxivə getmişdik və orada sənəd yox idi, amma bizim üçün həlledici dəyəri yoxdur, məscid qeydiyyatdan keçəcək və ya yox, biz məscidi ibadət etmək üçün istəyirik”.

Talaveri kəndində məscidin bərpası artıq davam etdirilir. Yerli sakinlər deyirlər ki, əgər kimsə oraya yenə də iddia ilə getsə, artıq onlarda patriarxlığın məktubu var. Bu məktubda qeyd olunub ki, kənddə onların dini ibadətgahlarının bərpasına dair Patriarxlığın iddiası yoxdur.

Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının hüquqşünası Tamar Kordzaia deyir ki, Gürcüstanda məscidi tikintisi üçün icazə almağın patriarxlıqla heç bir əlaqəsi yoxdur: «Əgər torpaq qeydiyyatdan keçməyibsə, dövlətin mülkü sayılır. Ya bu səndələri axtarmalıdırlar, ya da bərpanın qayğısına qalmalıdırlar, ya qeydə alsınlar, xəttlərlə təsvir etsinlər və qeydiyyatdan keçirsinlər. Əks halda, bu tikili qanundan kənar sayılir».

Dato Khançaşvili

www.netgazeti.ge





Yorumlar








Aktif Ziyaretçi 17
Dün Tekil 828
Bugün Tekil 568
Toplam Tekil 1638457
IP 54.163.92.62






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































6 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Türk Devletinin yenilmez, zinde hayat gücü ve Türk Milletinin teminatı ve istikbali gençliktir.
(Alpaslan TÜRKEŞ)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.621 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu