Mühacirlər kütləsi nə üçün bu gündədir? - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Mühacirlər kütləsi nə üçün bu gündədir? - Elnur ELTÜRK
Tarih: 05.02.2011 > Kaç kez okundu? 2455

Paylaş


Mühacirlər kütləsi nə üçün bu gündədir?

- Özünü bir millət nümayəndəsi dərk edən hər insan, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarını öz milli maraqlarını təmsil edəcək qədər güclü toplum olaraq görmək istəyir. Müəyyən səbəblərin ucbatından ölkəni tərk edən, lakin vahid ideya ətrafında toplanıb, bir məqsədə doğru irəliləyən fəal mühacirlərdən ibarət olan qrupların mövcud olması ideal olardı. Reallıqda isə...

“Diaspora” (yunan “Διασπορά”) sözü tarixi vətənindən uzaqda yaşayan və öz müqəddəratını təmin etmək məqsədilə münasib sosial institutları inkişaf etdirən etnik qrupun anlamını daşıyır. Beləliklə “diaspora” adlandırdığımız anlamın üç əsas xüsusiyyəti vardır:

1 – etnik qrup tarixi vətənindən uzaqda yaşayır

2 – etnik qrup öz müqəddəratını təmin etməlidir

3 – və bu məqsədlə münasib sosial institutları inkişaf etdirir.

İndi görək, “Azərbaycan diasporası” adlanan mühacirlər kütləsi sadalanan 3 xüsusiyyətə nə dərəcədə malikdir. Azərbaycanda son illər kütləvi beyin axını müşahidə olunub. Bir çox Azərbaycan vətəndaşları Kanada, İsrail, ABŞ və Avropa ölkələrinə üz tutublar. Bəziləri ölkədə yaranan şəraitlə barışmayıb qürbətə uyğunlaşmaqlarına üstünlük verdi, bəziləri oxumaq və işləmək məqsədilə Azərbaycandan kənara çıxdı, bəziləri isə özlərini “siyasi məhbus” kimi qələmə verərək sığınacaq axtarmaqdadır. Hal-hazırda neçə milyon azərbaycanlı seyrək vəziyyətdə dünyanın ayrı-ayrı yerlərində vətəndən uzaqda qalır. Beləliklə Azərbaycandan kənarda yaşayan mühacirlər (emiqrantlar) kütləsi “diaspora” anlamının birinci xüsusiyyətinə malikdir.

Milli maraqlarımızı təmsil edib Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün, mühacirlər kütləsi ilk növbədə öz milli müqəddəratını təmin etməyə qadir olmalıdır. Bu məqsədlə mühacirlər hər hansı ölkədə bir-biriləri ilə milli-etnik qrup çərçivəsində sıx əlaqədə olub, sosial fəaliyyətdə sabit təşkilat formasının inkişafına nail olmalıdırlar. Hansı ki, etnik qrupun milli dəyərlərin və ideologiyanın möhkəmlənməsinə xidmət edəcəkdir. Lakin “Azərbaycan diasporası” ideoloji cəhətdən seyrək olduğuna görə bir məqsəd ətrafında toplanıb fəaliyyət göstərmək iqtidarında deyil. Buna səbəb bir sıra amillər var.

- Vəsaitsizlik

10.000 yaxın azərbaycanlı tələbə əsasən ABŞ, İngiltərə, Almaniya, Çexiya, Rusiyada və digər ölkələrdə oxuyur. Bu tələbə kontingentin daha fəal nümayəndələri Azərbaycanın təbliğatında müəyyən iş aparmağa çalışsalar da, maddi problemlərlə üzləşmək məcburiyyətində qalır, buna görə aparmaq istədikləri iş adətən nəticə vermir. Buna baxmayaraq etiraf etməliyik ki, hətta bu cür şəraitdə məhz bizim uşaqların təşəbbüsü ilə Xocalı faciəsinin qurbanlarına həsr edilmiş abidə kompleksinin qoyulması barədə Çexiyanın rəsmilərinə müraciət olunub.

- İqtidarçılarla müxalifətçilərin davası

Daha doğrusu, dövlətdən dəstək gözləyən və gözləməyən mühacir qrupların bir araya gəlməməsi. Adətən araşdırma mərkəzi və ya təbliğat kütləvi informasiya vasitəsi yaradılanda, üzvlər sırasında müxalifətçiləri görən iqtidarçılar üzvlükdən imtina edir, və ya əksinə. Vahid məqsəd isə arxa plana keçir.

- Vahid diaspora informasiya şəbəkəsinin olmaması

Mən elektron məlumat mübadiləsi sistemi nəzərdə tuturam. Online-konfrans keçirmək, ünsiyyət qurmaq, digər ölkələrdə və xüsusən Azərbaycanda tərəfdaşdarla əlaqədə olmaq, operativ birgə tədbir keçirmək imkanı verəcək bir sistemin yaradılması ilə bağlı təkliflər dəfələrlə irəli sürülmüşdür. Lakin təkliflər kağızda saraldığı zaman, facebook.com azərbaycanlı mühacirlərin yeganə əlaqə portalı olaraq qalır.

- Nəfs...

Küskünlük və şöhrətpərəstliyini vahid məqsəd ətrafında toplaşmaqdan üstün saxlayanlar var olunca “Azərbaycan diasporası” tam şəkildə qurula bilməz. Misal kimi dildə qabar çıxaran “Dünya Azərbaycanlıların Konqresi” təşkilatları gətirək. Bildiyimiz kimi, iki “DAK” var, biri Sabir Rüstəmxanlının rəhbərlik etdiyi, bir də Qulamrza Səbri Təbrizinin. Hər ikisinin dəstələri bir-digərinə ləkə vurmaq, rəzil etmək və kimin düz kimin haqsız olduğunu sübut etmək cəhdlərini mətduatda, “yahoo groups” və facebook şəbəkələrin səhifələrində görmək mümkündür. Davanın əsl mövzusu isə dövlətdən ayrılan maliyyə vəsaitlərdir.

- İdeyasızlıq

Gördüyümüz və görmədiyimiz səbəblərin arxasında vahid milli ideyanın olmaması dayanır. İdeyasızlıq laqeydlərin, şöhrətpərəstlərin, tamahkarların diasporanın başına keçməsinə gətirib çıxarır. Bu səbəbdən azərbaycanlı mühacirlər kütləsi “diaspora” anlamının xüsusiyyətlərinə cavab vermədiyi üçün Azərbaycanı düzgün şükildə təmsil edə bilməməklə yanaşı, təxminən 30 ildən sonra xaricdə əriməyə məhkümdur.

Bu dəhşətin qabağını almaq üçün biz indi hərəkata keçməliyik.



Nail Qorxmazoğlu,

MyAzerbaijan.ORG saytının baş redaktoru





Yorumlar








Aktif Ziyaretçi 15
Dün Tekil 828
Bugün Tekil 364
Toplam Tekil 1638254
IP 54.205.87.3






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































6 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Türk Devletinin yenilmez, zinde hayat gücü ve Türk Milletinin teminatı ve istikbali gençliktir.
(Alpaslan TÜRKEŞ)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.406 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu