DAK Gənclər Təşkilatı 500-ə yaxın imza ilə Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciət etdi - DAK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









DAK Gənclər Təşkilatı 500-ə yaxın imza ilə Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciət etdi - DAK
Tarih: 05.02.2011 > Kaç kez okundu? 3112

Paylaş






27 yanvar 2011-ci il tarixdə Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı “Səhər telekanalı zəhər yayır” adlı tədbir keçirmişdir. Tədbirdə müxtəlif təşkilatların nümayəndələri, diaspor fəalları, elm və ictimai-siyasi xadimlər, politoloqlar, gənclər məsələni ictimai müzakirəyə çıxardaraq on iki ilə yaxındır İran adlanan ölkənin ərazisindən yayımlanan və müstəqil Azərbaycan Respublikası üçün nəzərdə tutulmuş “Səhər” telekanalının Azərbaycanda daxili siyasi sabitliyi pozmağa yönəlmiş təxribatları pislənmiş və həmin telekanalın dövlətçiliyimiz əleyhinə həyata keçirdiyi fəaliyyətlər müzakirə müstəvisinə qaldırılmışdır.

40 milyona yaxın öz tarixi ərazilərində yaşayan soydaşlarımızın bütün hüquqları əlindən alınmışdır. Ana dilində heç bir məktəbləri yoxdur. Yüz min erməniyə isə 40-a yaxın məktəb, mədəniyyət mərkəzləri, müxtəlif virtual resurslar, kilsələr açan, erməni işğalında olan Azərbaycanın Qarabağ torpaqlarında məscidlərin və tarixi abidələrin dağıdılmasına göz yuman fars rejimi məhz bu telekanal vasitəsilə Azərbaycanın dinsiz bir ölkə olduğunu qələmə verməkdədir. Hər bir proqramı Azərbaycanın əleyhinə yönəlmiş iftira və yalanlardan ibarətdir. Məqsəd isə müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdə qazandığı uğurları gözdən salmaq, daxili siyasi sabitliyi pozmaq, milli ayrıseçkilik siyasətini dəstəkləyərək dini fanatizmin geniş yayılmasını həyata keçirməkdir. Bütün bunları nəzərə alaraq Sizdən həmin telekanalın Azərbaycan üzrə yayımının dayandırılmasına, Azərbaycan vətəndaşlarının bu telekanala çıxış imkanlarının məhdudlaşdırılmasına və İran adlı ölkənin ərazisində yaşayan 40 milyona yaxın soydaşımız üçün müvafiq telekanalın yaradılmasına dair addımlar atmanızı istəyir və xahiş edirik.

Qeyd edək ki, DAK Gənclər Təşkilatı mövcud müraciəti 500-ə yaxın elm və ictimai-siyasi xadim, əsasən də gənclərdən toplamış olduğu imzalarla birlikdə Prezident Adminstrasiyana təqdim ediblər





Yorumlar









Aktif Ziyaretçi 46
Dün Tekil 1505
Bugün Tekil 1242
Toplam Tekil 4076023
IP 3.142.197.198






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap