Ata “erməni qulağı” kəsdinmi? - Nərmin TÜRKQIZI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Ata “erməni qulağı” kəsdinmi? - Nərmin TÜRKQIZI
Tarih: 05.02.2011 > Kaç kez okundu? 3057

Paylaş


Istanbulun fəth olunmasından sonra Fatih Sultan Mehmedə sorurlar:-“Sultanım İstanbulu niyə fəth etdiniz?” cavabında “İstanbul məni fəth etdiyi üçün”deyir. Daha kiçik yaşlarında İstanbul sevdası ürəyində daşıyan sultan gənc yaşında öz arzusunu əməldə yerinə yetirir. Bəli, kiçik yaşlarımızda içimizdə böyütdüyümüz sevdalar daha sonra bizimçün hədəflərə çevrilir və əgər doğru yola istiqamətləniriksə, bu zaman həyata keçirmək üçün sadəcə qərar verməmiz yetərlidir.

Bugün yürüdüyümüz yolları seçməyimizin təməlində keçmişimiz durur. Hələ də xatırlayıram .4-5 yaşım olardı. Hərgün evimizin üzərindən uçan vertalyotlar məni pəncərəyə qaçıb baxmağa vadar edirdi. Bu mənim uşaq düşüncəmə görə bizim qələbə sevincimizin göstəricisi idi. Çünki tam olaraq dərk etməsəm də, valideynlərimin müharibə söhbətlərinin dinləyicisi olurdum.

Və bir gün evimizə torpağından didərgin salınmış beş ailənin köçüb gəlməsi...Hərşey o gün dəyişdi...Gələn qohumlarımızın uşaqları ilə yaşıd idim. Nə qəribədir, mən oyuncaqlarla oynayırdım, amma onlar isə atalarından gələn hər xəbər üçün sevinirdilər, hər xəbərdə “ata o köpək ermənilərdən öldürdünmü, onların qulağını kəsdinmi”deyə sorular sorurdular.

Sadəcə bir neçə gün keçdi və oyuncağımı məndən iki yaş böyük olan Coşqun qırdı. Bu mənimçün bir son olmuşdu sanki, ona daha qaqa deməyəcəkdim. Necə də ağlayırdım. Amma həmin gün atasının erməni öldürməsinə birlikdə sevinəndə anladım ki, gizlidən də olsa, mən də onlarla bərabər artıq düşmən nifrətini dadmışdım.

Və Fəridə xalanın, Tovuz nənənin və digər qohumlarımın göz yaşları içərisində danışdıqları, orada yaşadıqları, şahid olduqları olayları duyduqca artıq mənimçün oyuncaqlar tarixə gömülmüşdü. Mən də o uşaqlarla bərabər gələn hər xəbər üçün qapıya qaçırdım. Hətta bir dəfəsində hərbçi olan Elya əminin qucağına qaçıb və ona “neçə erməni qulağı kəsdin” deyə sormağım hələ də xatirimdədir...

İllər keçdi, ailələr başqa şəhərlərə köçdülər. Mən artıq birinci sinifdə oxuyurdum. Bir gün Bərdə rayonunda yaşayan məcburi köçkün Kamıl babamgilə qonaq getdim. Və ilk dəfə o zaman qarşılaşdım, çadır şəhərciyi ilə. Hər tərəf palçıq idi, ayaqyalın yaşıdlarımı gördükcə bir daha düşmənə nifrətim artmışdı. Və bugün anlayıram ki, mənim Vətənə olan sevgim düşmənə nifrətlə başlamışdı.

Bəli, bu yaşadıqlarım idi keçmişdəki gələcək müəllimlərim...İndi mənə Qarabağlısan deyə sorsanız, tək cavabım bu olar: Bəli, bir qardaşımın dediyi kimi mən “QARABAĞSIZ QARABAĞLIYAM!”. Bütün soydaşlarım adına ifadə etsəydim, “Parçalanmış Bütöv Azərbaycanlıyam” deyərdim...

Daha yazımın başında qeyd etdiyim kimi, bugünkü hədəflərimiz daha uşaqkən içimizdə birikdirdiyimiz sevdaların nəticəsidir. Bizlər bugün millətçi gənclər olaraq zamanında içimizdə böyütdüyümüz ideyallarımızı gələcək körpələrimizə də aşılamalıyıq. Çünki bizlər az sonra orta nəsilə çevriləcəyik və bu zaman bizlərin davamçıları bizdən də güclü, dözümlü olmalıdır.

Bugün körpəsinə “xoruz şeiri” öyrətmək yerinə və ya onla bərabər milli ruhda yazılmış uşaq şeirləri öyrətmək mümkün deyilmi? Bu fikri bəzilərinə qarşı səsləndirdiyimdə mənə gülürlər, ya da “ta bu qədər olmaz” deyirlər. Amma bir anlıq yaşadığımız şəraiti (müharibə vəziyyəti) düşünsək, gələcəyimizin təməlini indidən atmaq lazım gəldiyini açıq-aydın görərik. Mən şəxsən öz adıma yaşayaraq öyrəndim millətə, vətənə sevgini, düşmənə nifrəti. Bəlkə övladlarımız da bunu yaşayaraq öyrənəcək, bax bunu daim göz önündə tutaraq övladlarımıza sadəcə sevdiklərini deyil, torpağını, millətini, bayrağını və bütün dəyərlərini qorumağı da öyrətməliyik.

Əslində bu sadəcə yaşadığımız olaylardan dolayı da deyil, sabah Qarabağı geri alsaq, bu o anlama gəlmir ki, biz Vətəni sevməkdən, onu qorumaqdan vazkeçməliyik?! Türk millətinə şərəfini qorumaq üçün səbəb lazım deyil! O zatən şərəfi üçün yaşar!!!

İndi unutmayaq ki, Vətən şərəfdir, namusdur, onu tapdaq altında saxlamaq isə Türk övladlarına yaraşmaz!!! Bu səbəbdən biz dünyaya gələn hər türk balasını əsl TÜRKOĞLU, TÜRKQIZI kimi yetişdirməli və onlara milli ruhu, milli ideyallarımızı aşılamalıyıq.



Müəllif:Nərmin Türkqızı





Yorumlar









Aktif Ziyaretçi 35
Dün Tekil 1927
Bugün Tekil 410
Toplam Tekil 4066544
IP 3.17.6.75






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.406 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu