Ziya Göyalpın müəllimi Əli bəy Hüseynzadə - Azer HASRET - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Ziya Göyalpın müəllimi Əli bəy Hüseynzadə - Azer HASRET
Tarih: 26.01.2011 > Kaç kez okundu? 2810

Paylaş


«Türk qanlı, islam imanlı və firəng qiyafəli olalım» formulu…



Uzun illərdir müxtəlif səviyyələrdə türkdilli xalqların vahid dil, vahid əlifba və vahid himnə əsaslanan bir birliyinin yaradılması haqqında müzakirələr gedir. Əslində, bu birlik ideyasının kökləri çox qədimlərə söykənir. Elə Türk dünyasının böyük aydınları Ziya Göyalp və Əli bəy Hüseynzadənin düşüncələri də bu istiqamətə yönəlmişdi. İndi Türk xalqlarının Avropa Ittifaqı kimi bir birlik qurmasını zəruri hesab edənlər həmin qurumun ideologiyasının da Ziya Göyalp, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və digər millətçi ziyalıların düşüncələri üzərində formalaşmasını dönə-dönə vurğulayırlar. Zaman keçir, dünya dəyişir və tarix göstərir ki, bu dəyərli aydınların təxminən yüz il əvvəl irəli sürdükləri ideyalara bu gün də böyük ehtiyac var.



Çox zaman bir sıra araşdırmaçıların qarışıq saldığı, dolaşdırdığı bu fikir daşıyıcılarının kimliyi, əslində, mənbələrdə tam aydın ifadə olunub. “Bildiyiniz kimi, 1880-ci illərdə İsmayıl bəy Qaspıralının ”Dildə, fikirdə, işdə birlik” şüarı səsləndirilirdi. Həmin o şüarı inkişaf etdirən bilavasitə Ziya Göyalp və Əli bəy Hüseynzadə olub. Atatürk deyirdi ki, mənim iki atam var. Biri cismani atam Əli, biri də mənəvi atam Ziya Göyalpdır. Ziya Göyalp isə deyirdi ki, mənim müəllimim Əli bəy Hüseynzadədir. Əhməd Cəfəroğlu deyirdi ki, Əli bəy Hüseynzadə Türklüyün imamıdır.



Bir qrup gənc 1890-cı illərdə Türkiyədə cəmləşirlər. Orada Türkiyədən Ziya Göyalp, Uraldan Yusuf Akçura, Orta Asiyadan, Türküstandan müxtəlif böyük təşkilatçılar, ziyalılar bir araya gəlirlər. İttihadi Türk Cəmiyyətini yaradırlar ki, gələcəkdə bu İttihad və Tərəqqi adlı böyük bir siyasi təşkilata çevriləcəkdir. Həmin şəxslər türk dövlətlərinə dağılışırlar ki, Türk Dünyası üçün vacib olan ideyanı həyata keçirsinlər. Həmin vaxt da Əli bəy Hüseynzadə Azərbaycana gəlir. Belə işlərin də reallaşdırılması üçün müəyyən maliyyə imkanları olmalıdır. Bu işdə də Əli bəyə Azərbaycanın böyük xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev yardımçı olur və o, Əhməd bəy Ağaoğlu ilə bir yerdə 1905-ci ildə “Həyat” qəzetini çıxarır. Bundan az sonra “Füyuzat” jurnalı işıq üzü görür. “Həyat” qəzetində Əli bəy Hüseynzadə türklüyün məqsədinin, türk birliyinin nə demək olduğunu əminliklə yazırdı. Əli bəyin şüarı beləydi: “Türkləşmək, islamlaşmaq, müasirləşmək”. Bu gün səslənən qloballaşma məsələsini Ziya Göyalpla Əli Bəy Hüseynzadə XX əsrin əvvəllərində gündəmə gətirmişdilər” (Tofiq Hacıyev-akademik).



“Əli bəyin üçlü düsturu”…



1928-ci ildə də Yusuf Akçura həmin fikrində israrlıydı: “Əli bəyin üçlü düsturu, yaxşı tapılmış xoşbəxt əsaslardandır. Bu əsas, türk aləminin hər tərəfinə yayılmış və xüsusən Məşrutiyyətdən sonra İstanbulda çox işlənmişdir. Məsələn, Göyalp Ziya bəy ”türkləşmək, islamlaşmaq, müasirləşmək” məsələsi haqqında bir çox yazılar yazmışdır”.



Nəzəriyyə iyirminci yüzilin əvvəllərinə aiddir və onu türk cəmiyyətinə, türk ictimai fikrinə aşılayanlar isə bütün hallarda Əli bəyin çevrəsində hərəkət edirlər. “Yaradılış etibarilə filosof təbiətli, dərvişməşrəb” olan Əli bəy Hüseynzadə gerçəkdən də öz sakit, təvazökar halı ilə düşüncələrdə çevriliş yaratdı. Milyonlarla insana sirayət edə bildi. Yüz ildir ki, türk dünyasının mənəvi problemləri onun yandırdığı çırağın işığında çözülür.



1914-cü il dekabrın 11-də M. Ə. Rəsulzadə “İqbal” qəzetində dərc etdirdiyi “Diyanət, milliyyət və məişət nöqteyi-nəzərindən kənd məktəbləri” məqaləsində yazırdı: “Mavi rəng türklüyün, yaşıl rəng islamlığın, qırmızı rəng də çağdaşlığın əlamətiydi. Vaxtilə “Füyuzat” məcmuəsinin fazil mühərriri “Türk qanlı, islam imanlı və firəng fikirli olalım” demişdi; sonra türkçülüyün böyük filosofu Ziya Gökalp bu üç ümdəni daha elmi bir üslubla qullanmış və eyni şüar sonra “Açıq söz” qəzetinin başlığı altında bulunmuşdur”.



“Qafqaz türkləri” əsərində də M.Ə. Rəsulzadə mövcud qənaətini təsbit edərək yazırdı: “Gərçi ”Füyuzat” məcmuəsi… türkçülük mövzusunu daha əvvəl tərvic eyləmiş, hətta mərhum Ziya bəyin sonralar “türk millətindənəm, islam ümmətindənəm və Qərb mədəniyyətindənəm” şüarı ilə ifadə etdiyi mənanı, Hüseynzadə Əli bəy “türk qanlı, islam imanlı və firəng qiyafəli olalım” formulu ilə bəyan etmişdi”.



Qərbli türkoloqlar da “Türkləşmək, islamlaşmaq, avropalaşmaq” formulunun türk milli-ideoloji-fəlsəfi fikrinə aşılanmasının Əli bəy Hüseynzadə ilə başlaması qənaətində yekdildirlər… Fransua Jorjon Yusuf Akçuradan bəhs edən məşhur “Türk milliyyətçiliyinin kökənləri” kitabında yazırdı: “Əslində bu formulu kəşf edən Azərbaycan kökənli başqa bir Rusiya türkü olan Hüseynzadə Əli idi və bunu 1907-ci ildə, Bakıda yayımlanan ”Füyuzat” dərgisindəki bir məqaləsində ortaya atmışdı”.



Yakob M.Landau da “Pantürkizm” əsərində eyni fikri davam etdirirdi: “Qafqazlı… Əli Hüseynzadə 1907-ci ildə “Füyuzat” dərgisində türk milliyyətçiliyinin amacını türkçülük, islamçılıq, avropaçılıq olarak bəlirliyordu. Onun yaklaşımı kəndi xalqı arasında milliyətçiliyin netliyə qovuşmasında üç aşamayı yansıtdı. Bu üç aşama içində türkçülük ən zor və anlamlı ünsür oluyordu”.



Azərbaycan bayrağının rənglərində əksini tapan ideologiya



Yusuf Akçura “Türkləşmək, islamlaşmaq, müasirləşmək formulu əslində Hüseynzadə Əli bəyə aiddir”, Ziya Göyalp isə “Əli bəy Hüseynzadənin üçlü düsturu bütün türk dünyasında yeni üfüqlər açdı” – deyir.



Ziya Göyalpın Əli bəy Hüseynzadə haqqında qənaətlərinə gəlincə, Bay Mehmet Tevfiqin Əli bəy tərəfindən də dəyərləndirilən yazısında bildirdiyi kimi, “…Ziya Göyalp ilk şüurlu milliyyət fikrini Hüseynzadədən iqtibas edən zümrə içində idi. Mərhumun farikaları arasında qədirşünaslıq da vardı. Hüseynzadənin fəzli-təqəddümünü elan etməkdən çəkinməz və haqqında çox dərin bir hörmət göstərərdi. Hüseynzadəyə ”yalavac” ləqəbini verən Ziya Göyalpdır”.



Əli bəyə qədər “türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturu meydanda yoxdur. Heç bir halda yoxdur. Ayrılıqda Mirzə Fətəli Axundovun avropalaşmaq, Seyid Cəmaləddin Əfqaninin islamlaşmaq təlimləri meydanda olsa da, yaxud Əli Suavinin irəli sürülən bütün məsələlər barədə aydın və prinsipial fikirləri olsa da, məlum məfkurə üçlüsü bütövlükdə Azərbaycanın və Türkiyənin dövlət düşüncəsinin təməlinə Əli bəy Hüseynzadənin fəlsəfəsindən miras qalır. Təməl prinsipi şəkilləndirən, ona nəzəri biçim verib türk fikir həyatına aşılayan Əli bəy Hüseynzadədir. Bu barədə hətta mübahisə açmaq belə yersizdir.



“Azərbaycan bayrağını mənalandıran üç ümdə amilin ideoloqu Əli bəy Hüseynzadədir” məqaləsində İldəniz Qurtulan yazırdı: “Bu məsələni mən uzun illər tələbəsi olduğum Mirzə Baladan öyrənmişdim. Bəllidir ki, Azərbaycan bayrağının rənglərini mənalandıran ”türkləşmə, islamlaşma, müasirləşmə” prinsiplərinin ilk dəfə Ziya Göyalp tərəfindən irəli sürüldüyü sanılır. Bu, yanlış fikirdir, çünki həmin üç amili bir prinsip kimi irəli sürən ilk ideoloq böyük dahimiz Əli bəy Hüseynzadədir… Azərbaycan türklüyü artıq bu tarixdən sonra qəti olaraq icma dövrünü başa vurdu və milliyyət dövrünə qədəm qoydu… Böyük alim, türkçülüyün ilk mütəfəkkiri Əli bəy Hüseynzadəyə türklük, islamiyyət və müasir Avropa mədəniyyətinə bir tezis, antitezis və sintez şəklində prinsip olaraq müəyyənləşdirmək şərəfi nəsib olmuşdur”.



Əli bəy Hüseynzadənin belə bir təşəbbüsdə olduğunu hələ 1928-ci ildə “Məktubi-məxsus”u incələyən Yusuf Akçura görüb dəyərləndirmişdi: “…Əli bəy… müzakirələrdə iştirak edən tərəflərin tezis və antitezislərini yüksək bir sintez halında birləşdirmək istəmişdir”.



Əslində, birlik ideyasının reallaşması kontekstindən yanaşsaq, belə mübahisələrin aparılması belə yersizdir. Önəmli olan bir əsrdən bəri ideya olaraq qalan Türk birliyi ideyası istiqamətində real addımlar atmaqdır. O birlik ki, onu Əli bəy Hüseynzadə də, Ziya Göyalp da, Yusuf Akçura da eyni dərəcədə arzulayırdı…



“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu. KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir



Qaynaq: Azadliq.info





Yorumlar








Aktif Ziyaretçi 15
Dün Tekil 763
Bugün Tekil 356
Toplam Tekil 1636650
IP 54.163.94.5






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































4 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ne kadar bilirsen bil; söylediklerin karşındakinin anladığı kadardır.
(MEVLANA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.598 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu