Azər Babayev ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Azər Babayev ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 23.01.2011 > Kaç kez okundu? 3135

Paylaş


Azər Babayev: “Bu gün dünya siyasətində ərazilərə hakim olmaq əsas deyil”



Frankfurt Sülh Tədqiqatlar İnstitunun elmi əməkdaşı, siyasi elmlər doktoru, politoloq Azər Babayevlə müsahibə



- Azər bəy, Ermənistanda siyasi hakimiyyət dəyişikliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcəkmi?



- Siyasi hakimiyyət dəyişikliyi özlüyündə hələ heç nə demək deyildir. Mühüm olan həmişə hakimiyyətə hansı siyasi qüvvələrin gəlməsi məsələsidir. Belə ki, Ermənistanda da liberal, müasir düşüncəli siyasətçilərin hakimiyyətə gələrlərsə, bunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə müsbət təsirlərinin olacağını gözləmək olar.

Ümumilikdə isə, dünya siyasətində struktur ədalətisizliyin olmasını dərk etməliyik. Buna görə reallığı olduğu kimi qəbul etmək, amma eyni zamanda bu reallığı gələcək nəsillərə olduğu kimi saxlamamaq müdrikliyini göstərməliyik. Azərbaycan tərəfinin ərazilərin itirilməməsi ilə barışmamaq kimi prinsipial mövqeyi düzgündür. Ermənilər və bir çox dairələr də çox gözəl bilirlər ki, Qarabağın müstəqil olması və ya Ermənistana birləşdirilməsi yalnız bir halda mümkün olar ki, Azərbaycan xalqı və rəhbərliyi bununla razılaşsın. Azərbaycan bu məsələdə uzaqgörən siyasət sərgiləməli, iqtisadi, siyasi, regional baxımdan güclənməsini təmin etməlidir. Elə bir vəziyyət yaratmalıdır ki, kənar güclər Azərbaycansız regionun tərəqqisinin, xüsusən də Ermənistanın özünün inkişafının və regional sülhün mümkün olmamasını görsünlər. Bunu ilk olaraq ətrafdakılar dərk etsələr, sonra ermənilərin özləri də bu situasiyadan ən çox itirən məhz onların olmasını görəcəklər. Çünki bu gün dünya siyasətində ərazilərə hakim olmaq əsas deyil. Əsas amil resurslara malik olmaqdır. Resurslar, sadəcə, təbii ehtiyatlar da deyil, insan amili, təhsilin və digər sahələrin yüksək səviyyədə inkişafıdır. Bu istiqamətdə ciddi uğurlar yaxın 5-10 il ərzində münaqişə ilə məşğul olan böyük gücləri yeni fakt qarşısında qoya bilər.



-Bu gün Almaniyanın siyasi-tədqiqat, ictimai dairələrində, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Cənubi Qafqazın ümümi təhlükəsizliyinə problem olaraq görürlərmi?



-Təbii ki, Qarabağ münaqişəsi Almaniyada da böyük bir regional problem kimi qəbul edilir. Ümumilikdə isə, mən deyərdim ki, bu MDB məkanında ən mürəkkəb münaqişədir. Amma bölgə, xüsusən Azərbaycan çox mürəkkəb, müxtəlif güclərin maraq dairələrinin kəsişdiyi ölkə olduğuna görə kənar təsirlər münaqişənin həlli üçün əlverişli deyil. Azərbaycan tərəfi münaqişə nəticəsində xeyli ziyan çəkib ki, bu da ölkənin iqtisadi və siyasi həyatına təsirsiz ötüşməyib. Burada ürək açmayan məqam beynəlxalq güclərin işğalçı dövlətə açıq təzyiqlər etməməsidir. Türkiyədən başqa region dövlətləri də Ermənistanı işğalçı dövlət adlandırmayıb. Amma Gürcüstanla Rusiya arasında olan münaqişə zamanı biz fərqli vəziyyətlə rastlaşdıq. Rus qoşunları Cənubi Osetiya və Abxaziyadan əlavə olaraq digər gürcü ərazilərini də müvəqqəti işğal etmişdi. Amma Qərbin kəskin təzyiqləri nəticəsində Rusiya kimi böyük bir güc məcbur oldu ki, qoşunlarını tez bir zamanda həmin ərazilərdən geri çəksin. Ermənistana qarşı isə belə təzyiqləri görmürük. Bu da münaqişənin sülh yolu ilə həllinə maneə yaradan amillərdən biridir.



-Hazırda Amerika və bəzi qərb ölkələrinin siyasi dairələri belə düşünürlər ki, Ermənistanı demokratikləşməsi və onu Rusiyanın təsir dairəsindən qismən olaraq çıxması, bu ölkənin xarici və daxili siyasətində ciddi dəyişiklərə səbəb olacaq?



- Regionda baş verə biləcək istənilən geosiyasi dəyişiklik region ölkələrinin xarici və daxili siyasətinə təsirsiz ötüşməz. Regionda, o cümlədən Ermənistanda mümkün davamlı demokratikləşmə prosesi region ölkələri arasında əməkdaşlıq və habelə regiondakı münaqişələrin tezliklə həlli üçün əlverişli şərait yaradar. Ümumilikdə isə qəbul etməliyik ki, Rusiyanın siyasi iradəsinə zidd olaraq regiondakı münaqişələrin həllinə çalişmaq real olaraq mümkün deyil. Buna görə də, sülh prosesi gedişində elə şərtlərin yaranmasına çalışmaq lazımdır ki, Rusiya da münaqişə həllinin onun regiondakı maraqlarına uyğun olmasını görə bilsin.



Söhbətləşdi: Elnur Eltürk













Yorumlar









Aktif Ziyaretçi 36
Dün Tekil 1927
Bugün Tekil 1011
Toplam Tekil 4067145
IP 3.149.229.253






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.406 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu