Amerika azərbaycanlısı: \"Ermənipərəst konqresmenlərin fikirlərə ehtiyatla yanaşmaq və hər an hazırlıqlı olmaq lazımdır\" - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Amerika azərbaycanlısı: \"Ermənipərəst konqresmenlərin fikirlərə ehtiyatla yanaşmaq və hər an hazırlıqlı olmaq lazımdır\" - Elnur ELTÜRK
Tarih: 13.01.2011 > Kaç kez okundu? 2435

Paylaş


ABŞ-ın Şimali Dakota Universitetinin assistent-professoru Fariz Hüseynovun Milli.Az xəbər portalına müsahibəsi.



\"Erməni diasporunu ən çox üzən addım Prezident Obamanın Metyu Brayzanı səfir təyin etməsi oldu\"





- ABŞ Konqresinin yeni tərkibinin dəyişməsi bu ölkədə fəaliyyət göstərən erməni diasporunun ümumi vəziyyətinə necə təsir edib?



- Konqresin tərkibindəki dəyişikliklər erməni diasporunu sevindirmədi. Demokratlar üstünlüyü itirdi, bununla da diaspor ermənipərəst spiker Pelosinin köməyindən məhrum qaldı. Doğrudur, bu köməyin nə qədər effektsiz olduğunu 2010-cu ilin son günlərində gördülər. Pelosinin uydurma \"soyqırım\" məsələsini səsverməyə çıxarmaq istəyinin uğursuzluğa düçar olması ermənilərə kifayət qədər pis təsir etdi. Artıq öz mətbu orqanlarında bu məyusluğu ifadə edən məqalələrlə çıxış edirlər. Amma, məncə, erməni diasporunu ən çox üzən addım Prezident Obamanın Metyu Brayzanı səfir təyin etməsi oldu. Hər vəchlə bunun qarşısını almaq istəyən erməni diasporuna yaxşı dərs oldu.



Ancaq erməni diasporunun ruhdan düşüb sakit oturacağını demək olmaz. Türk-Azərbaycan birliyinin təsirini görüb indi daha çox çalışacaq, hər cür vasitəyə əl atacaqlar. LA Lakers basketbolçusu Kobe Bryanta qarşı etdikləri hücumlar onların hərəkətlərinin limiti olmadığını göstərir. Hər halda qatı ermənipərəst konqresmenlər (Menendez, Pelosi kimi) öz yerlərini qorudular və mümkün olan hər fürsətdə erməni diasporunun maraqlarını qoruyacaqlar. Yaxşı haldır ki, respublikaçı spiker Boehner artıq soyqırımla bağlı qanun layihəsinin 2 il ərzində gündəmə gətirilməsinə imkan verməyəcəyini bildirib. Yenə də, bu fikirlərə ehtiyatla yanaşmalı və hər an hazırlıqlı olmaq lazımdır.



\"Erməni diasporu münaqişənin sülh yolla həllini istəmir\"





- Bir müddət bundan öncə, Qarabağ münaqişəsi ilə bağlı Rusiya, Fransa, ABŞ və Uruqvaydakı erməni diasporları \"Preventiv səfərbərlik\" adlanan bəyanatla çıxış etdilər. Hətta bununla bağlı olaraq, \"Erməni veteranları və ehtiyatda olanların İttifaqı\" adlı təşkilat da yaratdılar. Necə düşünürsünüz, erməni diasporu bu addımları ilə münaqişənin həllinə təsir edə bilərmi?



- Bu addımlar onu göstərir ki, erməni diasporu münaqişənin sülh yolla həllini istəmir. Hər addımlarında onların işğalçı siyasəti dəstəklədiyi aydın olur. Təəssüf ki, hələ də müharibənin bölgəyə vurduğu ziyanı anlaya bilmirlər. Ancaq, münaqişədə müharibə vəziyyəti yaranarsa, Azərbaycanın hərbi cəhətdən zəif olmadığını da yaxşı bilirlər.



Yaxşı olardı, diaspor daha mənalı və prosesə müsbət təsir edəcək addımlar atsın. Sadə bir erməni vətəndaşı üçün bu addımların xeyri yoxdu. Erməni diasporu başa düşməlidir ki, gec-tez işğalçılıq siyasətinə son qoyulmalı, iki ölkə normal qonşuluq əlaqələri qurmalıdır.



- Hazırda Ermənistanın mövcud sosial-iqtisadi vəziyyəti Azərbaycanla müharibə aparmağa imkan verirmi?



- Ermənistan üçün hazırkı vəziyyət daha sərfəlidir və müharibə siqnalı, daha çox, ərazilərini itirən tərəfdən gözlənilir. Son vaxtlarda beynəlxalq ictimaiyyət və elə Azərbaycan rəsmiləri də Azərbaycan tərəfinin səbrinin tükənəcəyini və müharibə ehtimalını yoxlayacağını qeyd edir.

Güclər arasında böyük fərq varmı? Hər iki ölkədə özünə məxsus sosial-iqtisadi problemlər var. Ancaq sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq, hər iki ölkə, ən azı, münaqişə qurtarana qədər hərbi sahəyə xüsusi diqqət ayıracaq. Doğrudur, miqdar baxımından Azərbaycanın hərbi büdcəsi Ermənistanın büdcəsini dəfələrlə üstələyir, amma bunun müharibədə qalib gəlmək üçün kifayət edib-etmədiyini deyə bilmərəm. Hər iki tərəf bir-birinin hərbi qüvvəsi haqda məlumat toplamağa və hazır olmağa çalışır. Eyni zamanda bir-birinə mesajlar verir.



Ermənistan rəsmiləri bu yaxınlarda iki S-300 raketinə sahib olduğunu bildirdi. Azərbaycanın da kifayət qədər güclü hava və quru güvvələri var. Həm də bu silahlar Ermənistanın sahib olduqlarından daha moderndir və ölkəmizin silah sənayesinin inkişaf potensialı böyükdür. Silahlarla bərabər, müdafiə sənayesində insan kapitalının inkişafına da yer ayırmaq lazımdır. Ordudakı əhval-ruhiyyənin də əhəmiyyəti böyükdür. Müharibədə qalib gəlmək üçün, silahlardan əlavə, onları idarə edəcək kadr və güclü ruha ehtiyac var.

Hərbi ekspert olmasam da, mənə elə gəlir ki, sırf coğrafi baxımdan iki qonşu ölkənin hərbi gücü az olsa belə, bir-birinə böyük ziyan vurmağa kifayət edir. Çalışıb sülh danışıqlarından maksimum fayda əldə etmək lazımdır.



\"Erməni diasporu öz niyyətlərini həyata keçirərkən güclü müqavimətə rast gəlirlərsə...\"





- Bu gün Amerikada fəaliyyət göstərən Azərbaycan diasporunun hakimiyyətlə, siyasi-analitik mərkəzlərlə, ictimai dairələrlə əlaqələri hansı səviyyədədir?



- Hər halda 5-10 il əvvələ nisbətən daha yüksək səviyyədədir, ildən-ilə də güclənir. Müxtəlif təşkilatlar vasitəsilə həm siyasi hakimiyyətlə, həm də elmi mərkəzlərlə əlaqələr saxlanır, mediada çıxışlar edilir. Yeni yaradılan Qarabağ fondunun, Vaşinqtonda Azərbaycan Araşdırmaları Mərkəzinin də bu fəaliyyətə müsbət təsir edəcəyinə inanıram. Bütün bu fəaliyyətlər zamanı Türkiyə diasporu ilə sıx əməkdaşlıq qurulur. Bu gün erməni diasporu da artıq öz yalanla dolu niyyətlərini həyata keçirərkən güclü müqavimətə rast gəlirlərsə, bu, həm də Azərbaycan diasporunun əməyinin nəticəsidir.



Ancaq bütün bunlar kifayətdirmi sualına, yox deyərdim. Burada bir neçə səbəb var. Əvvəla, ümumi diaspor strategiyamız olmalıdır. Azərbaycanda ABŞ-a qarşı mənfi rəy yaratmaq istəyində olanların fəaliyyətləri də bu prosesə ziyan vurur. Başqa bir səbəb ABŞ jurnalizm-media dünyasında azərbaycanlıların az olmasıdır ki, hadisələrin bizim nəzər-nöqtəmizdən nəqlinə imkan yaratmır. Azərbaycanlı icmanın mövqeyini əks etdirən internet saytlar yaransa, çox yaxşı olardı. Ümumiyyətlə, diasporun fəaliyyəti təkcə Qarabağ probleminə köklənməli deyil. Ölkəmizin turizm potensialını, mədəni-tarixi tərəflərini göstərəcək reklama da ehtiyac var. Bu baxımdan Azərbaycan Radiosu Saatı layihəsini qeyd etmək lazımdır. Mədəniyyət festivallarında (musiqi, kino və s.) iştirak etmək çox vacibdir. Dövlət dəstəyi ilə xaricdə təhsil layihəsi çərçivəsində ABŞ-a daha çox yer ayrılmalı və gələn tələbələrin daha sonra ABŞ-ın ən nüfuzlu dairələrində işləməsinə səy göstərmək lazımdır. Eyni zamanda, azərbaycanlı icma üzvləri daha aktiv olmalı, onlar öz şəxsi işləri və karyeraları ilə yanaşı, milli məsələlərə də vaxt ayıra bilməlidirlər. Ancaq qəbul edək ki, diasporçuluq, lobbiçilik fəaliyyəti uzun müddətli prosesdir və qısa müddətdə böyük nəticələr gözləmək real olmazdı.



Elnur Eltürk

Qaynaq: Milli.Az





Yorumlar








Aktif Ziyaretçi 18
Dün Tekil 825
Bugün Tekil 442
Toplam Tekil 1635973
IP 54.167.165.157






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































3 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ben sadece asil bir ailenin evladı olmakla değil, fakat asil bir milletin evladı olmakla gururluyum.
(ATİLLA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.002 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu