Turgut Er, Heydər Əliyev və Mustafa Kemal Atatürk - Azər Həsrət - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Turgut Er, Heydər Əliyev və Mustafa Kemal Atatürk - Azər Həsrət
Tarih: 07.01.2011 > Kaç kez okundu? 3740

Paylaş






Azər Həsrət (azer@azerhasret.com)



Turgut Eri (Turqut Ər) yaxşı tanıyıram. Şəxsinə sayğım var. Azərbaycanda işlədiyi dönəmdə tanış olmuşduq. Çox fəal bir diplomatdı. Azərbaycan ictimaiyyəti ilə qaynayıb-qarışmış, insanlarımızla can bir qəlb olmuşdu. Hamımız ona ən yaxın dostumuz kimi baxardıq.



Bir müddət sonra Turgut Er Azərbaycandan getdi. Sakit və səssiz bir şəkildə getdi. Bir neçə il sonra isə biz Ankaraya getdik və hava limanında bizi məhz o qarşıladığı zaman çox sevindik. Hər şeyin təzəsi, dostun köhnəsi boş yerə deyilmir ki.



Turgut bəyə bizim sıcaq münasibət bəsləməmiz təsadüfi deyildi. Çünki bu insan Azərbaycanı və türklüyü bizdən çox sevirdi. Azərbaycanı öz doğma Vətəni, ata yurdu kimi sevirdi bu insan. Və indi də sevir. Buna kimsə şübhə etməsin.



Son aylarda Turgut bəy yenidən Azərbaycanın və ardından da Türkiyənin gündəmini işğal edib. Bu dəfə onu sevənlərdən çox tənqid edənlərə bəhanə verməklə.



Turgut bəy bir kitabla gündəmə qayıdıb. “Azadlıqdan tiranlığa” adlı kitabla. Kitabdan bəzi kəsimləri oxumuşam. Tam elektron mətni əlimdə olsa da zaman qıtlığı üzündən oxuya bilmirəm. Ancaq ümid edirəm ki, bir gün mütləq oxuyacam.



Anlaşılan odur ki, Turgut bəy Azərbaycan hakimiyyətini, xüsusən də mərhum prezident Heydər Əliyevi öz kitabında ciddi tənqid edib. Turgut bəyin şəxsiyyətinə bələd olduğum üçün onun məqsədli şəkildə Heydər Əliyevi və ya Azərbaycan hakimiyyətini aşağılamaq fikrinin olduğunu düşünmürəm. Turgut bəy obyektiv adamdır. Ancaq bu heç də o demək deyil ki, yanılmaqdan sığortalanmış biridir. Turgut bəy də hər birimiz kimi insan övladıdır və yanıla bilər. Lakin məsələ bunda deyil.



Turgut bəy kitabını yazdı, kitab nəşr edilməmiş ortalığı qarışdırdı. Biriləri bunu Azərbaycan dövlətçiliyinə qarşı qəsd kimi dəyərləndirdi. Hətta Tutgut bəyi ömründə bircə dəfə belə görməyən, onun gerçək kimliyindən xəbəri olmayan gənclər ortaya çıxıb bu adamı xain səviyyəsində dəyərləndirdilər. Daha uzağa gedərək onu erməni və ya ermənilərlə işbirliyində olan insan kimi qələmə verənlər də oldu. Turgut bəy isə bütün bunlara təmkinlə yanaşdı. Bu təhqir və hədyanlardan sonra da onun Azərbaycan sevgisi zərrə qədər azalmadı.



Kitabın məğzinə toxunmadan demək istərdim ki, dostumuz və əziz qardaşımız Turgut bəy bunu etməsəydi yaxşı olardı. Çünki Azərbaycan və Türkiyə arasında zatən zaman-zaman olay çıxarmaq istəyən yad qüvvələr var. Ən adi bir olayı böyük hadisəyə çevirib Azərbaycanın Türkiyəyə, yaxud da əksinə xəyanət etdiyini sübut etməyə hazır o qədər düşmənin əlinə daha bir bəhanə vermək lazım deyildi məncə. Turgut bəy bir diplomat olaraq yazdıqlarının nə cür yankı doğuracağını öncədən təxmin etməliydi. Göründüyü kimi məsələ onun şəxsiyyət sınırlarını çoxdan aşaraq Azərbaycan-Türkiyə müstəvisinə keçib. Bu isə arzuolunmaz sonuclara gətirib çıxara bilər. Lap elə iki il öncə Bursa şəhərində yaşanan bayraq rəzaləti və ona Azərbaycan hakimiyyətinin cavab verdiyi zaman olduğu kimi.



…Türkiyə-Ermənistan futbol oyununa Azərbaycan bayraqları ilə gələnlərin əlindəki bayraqları alıb zibil qutularına atmışdılar və yandaş TV kanalları, qəzetlər də dönə-dönə həmin kadrları yayınlamışdı. Təbii ki, bu da Azərbaycan ictimaiyyəti və onun maraqlarını təmsil etməli olan iqtidarında ciddi narazılıq doğurmuşdu. Bursadakı olay bir yanlış və rəzalətdi. Ancaq Azərbaycanın buna verdiyi yankı ondan da betər rəzalət idi: Bakıdakı Şəhidlər Xiyabanında ucaldılan Türkiyə bayraqları yerindən sökülmüşdü. Düzdür, Azərbaycan hakimiyyəti sonradan ən yüksək səviyyədə bu yanlışı düzəltdi və bayraqlar yerinə dikildi. Ancaq Bursa rəzaləti və ona verilən qarşılıq uzun bir sürə hər iki ölkənin ictimai rəyində soyuq küləklər əsdirdi…



İndi də Turgut bəy öz kitabıyla bu iki ölkə arasında soyuq küləklərin əsməsinə səbəb olur. Heç gərək yox idi. Hələ buna Azərbaycanda verilməkdə olan yankı da ondan betərdir.



Bugünlərdə KİV-də belə bir xəbər keçdi ki, Turgut Erin kitabına qarşılıq olaraq Azərbaycan tərəfi Mustafa Kemal Atatürkü hədəf alan bir kitab hazırlayacaq. Hətta kitabın yanvarın 29-da yayınlanacağı da deyilir. Məqsəd Turgut bəyə cavab vermək imiş! Xəbərin nə qədər doğru və ya yalan olduğunu deyə bilmərik. Ancaq olarsa daha bir rəzalət olacaq!



Hər şeydən öncə nəzərə almaq lazımdır ki, Turgut bəy kitabını yazarkən müəyyən yanlışa yol vermiş ola bilər. Bu isə heç də o demək deyil ki, qarşılığında biriləri Azərbaycandan qalxıb Türkiyə dövlətinin qurucusuna – Mustafa Kemal kimi böyük şəxsiyyətə çamur atmalıdır! Mustafa Kemal 20-ci yüzildə dünya türklərinin dünyaya bəxş etdiyi ən böyük şəxsiyyət və Turgut bəyin kitabında haqqında danışdığı Azərbaycan prezidenti Heydər Əliyevin sayğı duyduğu dahi insandır! İndi birisi Türkiyədə Heydər Əliyevi tənqid edən bir kitab yazdığına görə qalxıb da Mustafa Kemal kimi bir nəhəng tarixi şəxsiyyətə çamur atmağı düşünənlərin ağlına nə deyəsən? Həm də nəzərə almaq lazımdır ki, məhz Heydər Əliyev sağlığında Azərbaycanda Atatürk Mərkəzini qurdu və həmin mərkəz bu gün də millət vəkili, professor Nizami Cəfərovun başçılığı altında çox uğurlu işlərə imza atmaqdadır. Təbii ki, mərkəzin bütün xərclərini Azərbaycan dövləti, özü də Heydər Əliyevin varisi İlham Əliyevin başçılıq etdiyi Azərbaycan dövləti üstlənməkdədir! Məgər bu, Atatürkə çamur atanlara, yaxud da çamur atmaq istəyənlərə bir şey demirmi?



Əgər Azərbaycan dövləti Mustafa Kemal Atatürkə bu qədər yüksək səviyyədə sayğı duyursa, bu dövlətə sayğısı və sədaqəti olanların da eyni sayğını duyması lazım deyilmi? Lazımdır əlbəttə!



Həm də Turgut Er təqaüddə olan bir diplomatdır və onun yazdıqlarına da ən yaxşı halda Azərbaycanın təqaüddə olan diplomatları cavab versə yetərli olmazdımı? Özü də məhz özünə! Türkiyə dövlətinə və ya onun qurucusuna deyil, məhz özünə! Turgut Er bizim xoşumuza gəlməyən bir kitab yazdısa buna Atatürk neyləsin? Yaxud Türkiyə dövləti və ya Türkiyə xalqı neyləsin?



Bu arada inanmaq istərdim ki, Mustafa Kemal haqqında yazılacaq kitab məsələsi qapadılmalıdır! Özü də ən yüksək səviyyədə! Hətta deyərdim ki, prezident İlham Əliyev şəxsən özü bu rəzalətin qarşısını almalıdır! Onun bu böyüklüyü edə biləcəyinə inancım sarsılmazdır!





Yorumlar









Aktif Ziyaretçi 48
Dün Tekil 1505
Bugün Tekil 1327
Toplam Tekil 4076108
IP 18.119.131.72






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.788 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu