TÜRKİYƏ ERMƏNİLƏRİ - Hülya MƏMMƏDLİ - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









TÜRKİYƏ ERMƏNİLƏRİ - Hülya MƏMMƏDLİ
Tarih: 23.12.2010 > Kaç kez okundu? 2482

Paylaş


HÜLYA MƏMMƏDLİ

BDU-nun politologiya ixtisasının

III kurs tələbəsi



Bu günlərdə Türkiyədə türkləri və Azərbaycanda bizləri şoka salan bir xəbər yayıldı: qardaş ölkədə bir qrup türkiyəli 1915-ci il olaylarına, «genosid»ə görə ermənilərdən üzristəmə kompaniyasına başlamağa hazırlaşır...

Ermənistan dövləti üzdə müəyyən yaxınlaşmalara baxmayaraq, Türkiyəyə qarşı təzyiqləri davam etdirir. Məlum olduğu kimi, erməni diasporasının və Ermənistanın əsas tələbləri qondarma soyqırımın tanınması, tənzimat ödənilməsi, sərhədlərin açılması, ərazi iddialarıdır. Lakin əvvəlki dövrlərdə olduğu kimi, günümüzdə də Türkiyə üçün ən böyük təhlükəni onun öz içərisindəki ermənilər təşkil edirlər. Çünki onların əksəriyyəti sayları hələ də tam dəqiqliyi ilə bilinməyən «gizli» ermənilərdir. Bir çox mənbələrə görə, bu gün Türkiyədə 80 min erməni yaşayır. Lakin bu rəqəm həqiqəti əks etdirmir. Ermənistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, professor Aşot Melkonyan Türkiyə ermənilərindən danışarkən sayları 1 milyona yaxın, əksəriyyəti müsəlman olan «gizli» ermənilərdən də bəhs edir. Hələ 1927-ci ildə yeni yaradılmış Cümhuriyyətin keçirdiyi əhalinin ilk siyahıyaalınmasında ermənilərin sayı 100 min göstərilirdi.

«Gizli» ermənilərin yaranmasına iki əsas amil səbəb olmuşdur. Birinci Dünya müharibəsi illərində Osmanlı dövlətinə daxildən zərbə vuran, xəyanət edən ermənilərin köçürülməsi qərarı verildikdən sonra onların bəziləri bundan yayınmaq üçün dinlərini dəyişdirdilər. Bu səbəbdən «gizli» ermənilərin çoxu müsəlmandır. Digər amil M.K.Atatürkün təşəbbüsü ilə 21 iyun 1934-cü ildə çıxarılan Soyad Qanunu oldu. Hər kəsin soyada malik olmasını məcburi edən bu qanuna görə soyadlar türkcə olmalı idi, rütbə, məmurluq, başqa millətlərə məxsus adlar, əxlaqa zidd və gülünc sözlər soyad ola bilməzdi. Elə bu qanuna əsasən də TBMM Mustafa Kamal Paşaya Atatürk soyadını verdi. Bu qanundan sonra Türkiyədə millətindən asılı olmayaraq hər kəs türk soyadını daşımağa başladı. Beləcə, məşhur Akop Martayan da Dilaçar oldu…

Hal-hazırda Türkiyədə fəaliyyət göstərən 1 erməni patrikliyi, 42 kilsə, 1 xəstəxana, 18 məktəb, 1 istirahət kompleksi, 20 dərnək, 16 cəmiyyət və çoxlu sayda erməni mətbuatı «gizli» ermənilər tərəfindən dəstəklənir.

Türkiyə daxilindəki gizli və aşkar ermənilər ölkəni zəiflətmək və əsassız iddialarını təmin etmək məqsədilə birgə fəaliyyət göstərirlər. Türk ad və soyadlarını daşıyan ermənilər öz əməllərini türk xalqı adından həyata keçirir və bununla da beynəlxalq aləmdə, o cümlədən də Azərbaycanda Türkiyə türkləri haqqında yanlış təsəvvürlər yaratmağa çalışırlar. «Aqos» qəzetinin keçmiş baş redaktoru Hrant Dinkin ölümündən sonra küçələrə axışıb «Hamımız Hrantıq, hamımız erməniyik» deyə bağıranlar da təbii ki, onlar idi.

Erməni diasporunun və Ermənistan ermənilərinin fəaliyyətinin qarşılığında Türkiyə erməniləri bu ölkədə onlara qarşı münasibətin pisləşəcəyindən ehtiyatlanaraq 1915-ci il hadisələrinə daha mötədil yanaşırlar. Onların çoxu qondarma soyqırım iddiaları ətrafında aparılan siyasi spekulyasiyaların nəticə etibarilə türk-erməni münasibətlərinə zərbə vura biləcəyini dərk edirlər. Türkiyədəki erməni tarixçisi Levon Panos Dabağyan soyqırım iddialarını əsassız sayaraq, bunun yalnız ermənilərdən istifadə etməyə çalışan xarici qüvvələrin əlində Türkiyəyə qarşı bir təzyiq vasitəsi olduğunu vurğulayır. Bir neçə il əvvəl Hrant Dink Fransa parlamentində qondarma soyqırımla bağlı qanunun qəbul ediləcəyi təqdirdə etiraz əlaməti olaraq bu ölkəyə gedib «erməni soyqırımı olmayıb» deyə bəyanat verəcəyini bildirmişdi: «Qoy həmin qanunla məni həbs etsinlər». Hrantın bu sözlərindən və «genosid»lə bağlı tutduğu mövqedən onun ölümünün kimlərə sərf etdiyi aydın görünür…

Türkiyə ermənilərinin dini rəhbəri patriarx II Mesrop Mutafyan isə Fransa parlamentinin qərarının ermənilərə heç nə verməyəcəyini, əksinə türk-erməni münasibətlərini daha da qəlizləşdirəcəyini bildirmişdi. Əslində sadəcə «gözdən pərdə asmaq» məqsədi daşıyan bu tədbirlər ölkə daxilində ermənilərə qarşı təzyiqlərin, kəskin narazılığın yaranmasının qarşısını almağa xidmət edir. II Mesropun müsahibələrinin birində səsləndirdiyi fikirlərdən biri onun dolayısı yolla da olsa, soyqırım iddialarına haqq qazandırdığını göstərir: «Ermənilər separatçı, türklər ittihadçı (birlikçi – H.M.) siyasət həyata keçirməsəydilər, bu gün Türkiyədə ən az 10 milyon erməni olardı».

«Gizli» ermənilər isə Türkiyə hökumətinin qondarma soyqırımı tanıması üçün təzyiqləri daha da artırır, müxtəlif vasitələrə əl atırlar. Özlərini ziyalı adlandıran bir qrup jurnalist, alim və müəllim 2009-cu ilin əvvəlindən etibarən «üzr istəmə kampaniyası»na başlamaq niyyətindədir. İnternet vasitəsilə aparılacaq bu kampaniya insanları qısa həcmli bir mətnin məzmunu ilə həmfikir olduqlarını bildirməyə çağırır. Üzrxahlıq mətninin məzmunu belədir: «1915-ci ildə Osmanlı ermənilərinin məruz qaldığı Böyük Fəlakətə duyarsız qalınmasını, bunun inkar edilməsini vicdanım qəbul etmir. Bu ədalətsizliyi rədd edir, öz adımdan erməni qardaşlarımın hiss və kədərini paylaşır, onlardan üzr istəyirəm». Məlumdur ki, kampaniya baş tutacağı təqdirdə onun iştirakçıları məhz «gizli» ermənilər olacaq və beynəlxalq ictimaiyyətdə belə bir fikir yaratmağa çalışacaqlar ki, qondarma soyqırımı hətta «türk xalqı» da tanıyır və hökumət «xalqın iradəsi»nə zidd olaraq bu iddiaları rədd edir.

1998-ci ildən Ermənistan öz xarici siyasətinin gündəminə «genosid»in dünya ölkələri tərəfindən tanınması məsələsini çıxarıb. Elə həmin vaxtdan da Türkiyə tərəfi məsələni tarixçilərin öhdəsinə verməyi təklif edib. 2001-ci ildə bir neçə erməninin də daxil olduğu «barışıq komissiyası» yaradılsa da, 2003-cü ildə həmin ermənilər də kənar təzyiqlər nəticəsində komissiyanı tərk etmişdilər.

Bu gün Ermənistan rəhbərliyinin Türkiyə ilə sərhədlərin açılacağı təqdirdə məsələnin müzakirəsini tarixçilərin öhdəsinə buraxmağın mümkünlüyü ilə bağlı fikirlər səsləndirdiyi bir vaxtda elm və təhsil işçiləri Əhməd İnsel, Baskın Oran, Cengiz Aktar, jurnalist Əli Bayramoğlunun həyata keçirməyi planlaşdırdıqları kampaniyanın nə məqsəd daşıdığı da məlumdur. Onlar tarixçilərin işə qarışmasının heç də ermənilərin xeyirinə olmayacağını öncədən duyaraq bu yolla Türkiyə dövlətini «genosid»i tanımağa sövq etmək istəyirlər…

Əsas təhlükə bu cür tədbirlərin Türkiyə sərhədlərindən kənarda yarada biləcəyi əks-səda, təəssüratdır. «Gizli» ermənilərin fəaliyyəti digər bir tərfədən Türkiyə-Azərbaycan münasibətlərini gərginləşdirməyə yönəldilmişdir. Azərbaycan ictimaiyyəti bu cür hiylələrə aldanmamalı, türk ad və soyadlarının arxasında gizlənən ermənilərin məkrli siyasətinin iki qardaş xalq arasında nifaq yaratmasına imkan verməməlidir.

Geniş müzakirələrə səbəb olan «ermənilərdən üzr istəmə kampaniyası» Türkiyə ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanmışdır. Artıq 60-a yaxın keçmiş səfir kampaniyaya etiraz bəyanatı ilə çıxış ediblər. Kampaniyaya etiraz edənlərin fikirlərini MHP başqanı Dövlət Bahçelinin sözləri ilə ümumiləşdirmək olar: «… Bu tələbin ortaya çıxdığı təqdirdə kimin kimdən üzr diləməli olduğu məsələsi yenidən müzakirə edilməli, ermənilər tərəfindən zülmlərə məruz qalan millətimizin, sui-qəsdə qurban gedən Osmanlı dövlət adamlarının, qətlə yetirilən Cümhuriyyət diplomatlarının və hələ də yaraları çox təzə olan Qarabağ qətliamlarının üzrünü gözləmək ən təbii və tarixi haqqımızdır!»





Yorumlar








Aktif Ziyaretçi 23
Dün Tekil 936
Bugün Tekil 114
Toplam Tekil 1642285
IP 54.87.114.118






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































11 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Yabancı kültürlere girmek demek, onun hakimiyetine girmek demektir.
(Mete'nin Oğlu)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.692 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu