Jerar Depardyenin Azərbaycan səfərinin önəmi üstəgəl, onun mətbuat konfransında tərsinə qoyulmuş müqəddəs bayrağımız - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Jerar Depardyenin Azərbaycan səfərinin önəmi üstəgəl, onun mətbuat konfransında tərsinə qoyulmuş müqəddəs bayrağımız - Elnur ELTÜRK
Tarih: 21.12.2010 > Kaç kez okundu? 2346

Paylaş


Bu günlərdə məşhur fransız kino aktyoru Jerar Depardyenin Azərbaycana səfəri ölkəmizin mədəniyyət tarixi üçün önəmli hadisələrdən sayılmalıdır. öncə məşhur aktyorun Azərbaycana səfərini təşkil edənlərə öz təşəkkürümüzü çatdırırıq.

Nəzərə alsaq ki, ermənipərəst açıqlamaları ilə məşhur olan aktyorun bu baxımından səfəri önəmlidir və gələcəkdə də dünyanın məşhur mədəniyyət və elm xadimlərinin ölkəmizə səfərlərini təşkil etməliyik ki, ölkəmizdə gedən müsbət dəyişiklikləri öz gözləri ilə görsünlər və ölkəmizin dostları sırasına qoşulsunlar. Həm də bu tipli ictimai-mədəni layihələrin reallaşması ölkəmizin tanınması nöqteyi-nəzərindən mühüm addım olardı. Misal üçün, Jerar Depardye fransa mətbuatına ölkəmizlə bağlı düşüncələrini bölüşsə, bu, Fransada Azərbaycan haqqında doğru-düzgün informasiyanın formalaşmasına səbəb olar. Bir də inanırıq ki, Jerar Depardye bu səfərindən sonra Azərbaycanla bağlı açıqlamalarda ehtiyatlı olacaq və ən azından erməni diasporunun təsir dairəsinə düşməyəcək.

Sabah belə insanlar Avropada Azərbaycan diasporunun təşkil etdiyi tədbirlərdə iştirak edərlər və həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında rol ala bilərlər. Neçə ki, həmin taktikanı yüz illərdir ki, erməni diasporu həyata keçirir və belə şəxsiyyətlər vasitəsilə qondarma iddialarını gerçəkləşdirməyə çalışırlar.

Keçək ikinci məsələyə... Jerar Depardyenin mətbuat konfransında xoşagəlməz hadisə yaşanıb. Mətbuat konfransında üçrəngli bayrağımızın təhrif edilərək, türkçülüyümüzün rəmzi olan göy rəngin yerini, islamın rəmzi olan yaşıl rənglə əvəzlənməsi faktı diqqətdən yayına bilməz. Bilmirik, bu hadisə təsadüfdənmi baş verib, yoxsa bilərəkdən olub. Əsas olan odur ki, hadisə baş verib. Nədənsə, Azərbaycan bayrağına qarşı həmişə ciddi səhvlərə yol verilir.

Biz tez-tez İranın İnformasiya Agentliklərində Azərbaycanın üçrəngli bayrağını Güney Azərbaycanın Milli Azadlıq Hərəkatının (GAMOH) bayrağı kimi, ya yaşıl rəng kimi və ya da ay-ulduzun yerində İsrail dövlətinin bayrağında əks olunan david işarəsi ilə təhrif edilir. Onu da qeyd edək ki, bu hadisə birinci dəfə deyil ki, baş verir. Xüsusilə, Azərbaycan rəsmilərinin İran İslam Respublikasına səfərlərində də belə hallarla rastlaşırıq. Görüşlərdə göy rənglə, yaşıl rəngin yeri dəyişdirilir. Nəzərə almaq lazımdır ki, bayraq hər bir xalq üçün müqəddəs simvoldur və eynilə həmin dəyərlər Azərbaycan türklərinə də aiddir.

***

Sonda yaxın tariximizdə baş verən qəhrəmanlıq salnaməsindən misal gətirmək istərdim. 1992-ci ildə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə Natiq adlı (təəssüf ki, şəhid əsgərimizin soyadını unutmuşam - E.E) şəhid əsgərimiz bütün əsgər yoldaşlarının şəhid olmasına baxmayaraq, postu bir neçə gün qorumuş və düşmən əsgərlərinin neçə dəfə hücum etməsinə baxmayaraq, postun onların nəzarəti altına keçməsinə imkan verməmişdi. Düşmənlər itki verərək geri çəkilmişlər. Belə olan vəziyyətdə ermənilər Xocalıdan götürdükləri Cəfər adlı əsiri onun olduğu postda göndərərək, Natiqin təslim olmağını ondan tələb etmişlər. Artıq Natiqin aclıqdan və susuzluqdan heç bir taqəti qalmamışdır. Cəfər posta gələrək Natiqin ağır vəziyyətdə olduğunu görərək ona niyə qaçmadığını soruşduqda, (Halbuki Natiq Ağdam istiqamətinə qaçmağa şanslı olmuşdu - E.E) Natiq əsl Azərbaycan əsgərinə layiq bir cavab vermişdi: "Bizim başımız üzərində üçrəngli Azərbaycan bayrağı dalğalanır və mən onu neçə tərk edib qaçardım?! Nə qədər ki, mən sağam, o bayraq enməyəcək".

Natiq düşmən əlinə sağ keçməməsi üçün ehtiyatda saxladığı bir gülləsi ilə özünü şəhid etmişdi ki, düşmən əlinə sağ keçməsin.

Bu gün belə gənclərimizlə qürur duymalıyıq və onların rəşadəti, qəhrəmanlığı gənclərimizə örnək olaraq göstərilməlidir. Bu ruhda yetişən nəsil sabah Qarabağın işğal altında qalması ilə barışmayacaq və gec-tez üçrəngli bayrağımızı Xankəndində dalğalandıracaq. Əsas olan bayraq sevgisi ruhumuzda, düşüncələrimizdə, ideallarımızda hakim olsun!!!



Elnur Eltürk







Yorumlar








Aktif Ziyaretçi 14
Dün Tekil 763
Bugün Tekil 356
Toplam Tekil 1636650
IP 54.163.94.5






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































4 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ne kadar bilirsen bil; söylediklerin karşındakinin anladığı kadardır.
(MEVLANA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu