İslamla maskalanmış İranın Azərbaycan düşmənçiliyi - Orxan ŞAHTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









İslamla maskalanmış İranın Azərbaycan düşmənçiliyi - Orxan ŞAHTÜRK
Tarih: 14.12.2010 > Kaç kez okundu? 3288

Paylaş




DAK Gənclər Təşkilatı

orxan_sahturk@box.az

Araşdırdığım kitabları oxuyarkən və ümumiyyətlə tarixə nəzər salarkən, İran İslam Respublikası həqiqətlərini oxuyuculara hansı başlıq altında çatdıracağımı fikirləşirdim. Ağlıma müəyyən başlıqlar gəlirdi. Bunlara misal “Dost görünən düşmən”, “Düşmənin Dostu”, “Erməni day-dayı İran”, “Çarşab içindəki Pozğun”, “Sapı bizdən olan Balta”, “Islam Maskası” və.s. Başlıqlar çox taparam. Yalnız məlum tək ünvan var. Bu cənubumuzdakı qonşu, bəzilərimizin hələ də dost kimi tanıdığı dırnaq arasındakı İran İslam Respublikasıdır. 40 milyon Azərbaycan türkünün vətəndaşı olduğu İran dövlətinin sizə araşdırdığım və özümündə ilk dəfə rastlaşdığım həqiqətlərindən yazacam. Gülməli bir faktla başlayım. 2001-ci il may ayının 28-də Canubi Azərbaycanın Çaldıran rayonunun 16 km-liyində yerləşən “Tadiris Qədis” kimi tanınan qarakilsədə ermənilərin xristianlığı qəbul etməsinin 1700-cü illiyini keçirərkən həmin yerdə bulunan İran İslam Mədəniyyəti Naziri Ağayi Məscid Camei çıxışında demişdi: “Ermənilər də, millətimizin bir hissəsidirlər. Onlarla bizim irqimiz, həm də dil baxımımdan müştərək kökümüz vardır.” (Qeyd:Həmin kilsəni ziyarət etmək üçün750 minik maşın ilə 5min nəfər erməni gəlmişdi.İran qəzeti 8 avqust 2001-ci il)

Daşnak partiyasının fəaliyyətinin Afinadan Tehrana köçürülməsi, onların Xoy, Təbriz, Rəşt, İsfahan və.s şəhərlərdə fəaliyyəti sübut edir ki, ermənilərin İranda müstəqil Azərbaycan Cümhuriyyəti əleyhinə fəaliyyətinə geniş imkanlar verilmişdir. Bununla yanaşı Azərbaycanda fəaliyyət göstərən qeyri-rəsmi ETTELAT idarələrində “Pantürkizmə” qarşı mübarizə şöbələri yaradılmışdır. Daha sonra Qarabağ hadisələri ilə əlaqədər Azərbaycanda nəşr olunmuş bir əsər nə Azərbaycan, nə fars dilinə tərcümə edilib ictimayyətə çatdırılmamışdır. Ermənistan Respublikasının İran tərəfindən neft, qaz, mazut və.s yanacaq materialları ilə təmin edilməsinə, Naxçıvan MR elektrik enerji ötürücüsünün İran tərərfindən ardıcıl olaraq kəsilməsinə, İranda 40 milyon Azərbaycan türkü üçün bir dənə olsun məktəb olmadığına, yalnız azlıq təşkil edən ermənilər üçün erməni məktəbləri olmasına, İran ziyalılarının, dövlət başçılarının “Ermənistanla qırılmaz bağlarımız olduğunu” dəfələrlə dilə gətirmələrinə (1995-ci il “Motaleate Asiyaye Mərkəzi və Qafqaz” dərgisində İranın Xarici İşlər Nazirinin cıxışı) nəzər salaraq İrana necə dost dövlət kimi baxmaq olar?! Qeyd edim ki həmin dövrlərdə Azərbaycan Respublikasının 20% ərazisi erməni işğalı altında idi və ən diqqəti çəkən “İslam Respublikası” olan İranın mövqeyi idi. İran Ermənistanın işğal etdiyi Azərbaycan torpqalarındakı məscidlərdə donuz saxlamalarını, oranı talan etmələrini bilə-bilə necə göz yuma bilər? Başını açan, saçı görünən qadınına ölüm hökmü verən İran, müsəlman Azərbaycan qadınının İrəvanda vəhşi heyvanlar parkında lüt halda nümayiş etdirilməsinə, yenə lüt halda tarlalarda işlədilməsinə, hamilə qadınların uşaqlarını gözləri qabağında vəhşicəsinə qətlinə müsəlman ölkəsi olaraq necə göz ardı etmək olar?! Mənim fikrimcə, İranın bizə (türkə) olan düşmənçiliyindən heç də sübutlar gətirmək lazım deyil. İslam Respublikasının məscidlərdə donuz saxlayan, vəhşicəsinə qətllər törədən dövlətlə dostluğu, qardaşlığı onun düşmənçiliyinə sübutdur. Daha bir faktı nəzərinizə çatdırım ki, Qarabağ hadisələri baş verərkən İranda “Ayəndə” dərgisində Ağayi doktor Əli Firuhinin “Əraməneye Gilan və Nezəte məşrutiyyət” adlı fars dilindəki məqalasində yüzlərlə Azrbaycan türkünü qətlə yetirmiş Yepremin, Sanasixriyanın, Stepaniyanın, Tasçiyanın, Andronikin Səttarxanı öldürüb ayağından asdığı Atabək parkındakı birgə çəkdirdikləri şəkillər çap etdirilmişdi. (Ayəndə dərgisi,1372,Mehr-Azər səh710) Onların həyat yaradıcılığı barəsində doktor Əli Firuhi geniş məlumat vermişdi. Həmin dövrdə Azərbaycanda baş vermiş hadisələri nəzərə alsaq, aydın olar ki, bu İranın orda yaşayan Azərbaycan türklərinə verilən bir göz dağı idi. Daha sonra İran alimi Ağayi doktor İnayətulla Rza 1992-ci il may ayının 9-10-da Afinada nəşr olunan “Alto Armenika” nəşriyyatı tərərfindən çağrılmışdır. O “Balkan yarımadasında, Qafqazda, Orta Şərqdə pantürkizm” məsələlərinə həsr edilmiş daşnakların Beynəlxalq Ümumi Simpoziumunda İran dövlətinin nümayəndəsi kimi “Qafqazda pantürkizm” mövzusunda məruzə etmiş, həmin məruzədə Türkiyə və Azərbaycan türklərinin yunanların, ermənilərin, kürdlərin əsas düşməni kimi qələmə vermiş və Azərbaycan türklərini mədəniyyətdən uzaq, cahil, nadan, vəhşi və barbar adlandırmışdı.

Naxçıvan arasında yerləşən Mehri hazırda ermənilərin işğalı altındadır. Araz çayı üzərində yerləşən Mehri körpüsü vasitəsi ilə İrandan Ermənistana ticarət malları, yanacaq, və hərbi sürsat daşınır. Arazın hər iki tərərfində ticarət şəbəkələri yaradılmışdır. Təbrizin Baron Avok məhəlləsində minlərlə erməni yaşayır. “Drujaq” qəzetinin fikrincə bu qarşılıqlı səmimiyyət hisslərini meydana gətirən, irqi birlik və qardaşlıqdan əlavə başqa mühüm tarixi səbəblər də var idi. “Drujaq” qəzeti yazır: “İstər keçmişdə istərsə də hal-hazırda bu iki milləti birləşdirən, tarixlərini müştərək bir şəklə salan həqiqi mənafe birliyi mövcud olmuşdur və bu iki milləti daimi olaraq bir xarici düşmən təhdid etmişdir. Bu düşmən türk millətidir.” Yegiyanın fikrincə iki dünya varmış. Biri mədədniyyət beşiyi olan və indi də qoruyub saxlayan İran və erməni dünyasıdır. Digəri isə mədəniyyət düşməni, vəhşiliyi və barbarlığı təmsil edən Türk dünyası. Onun fikrincə bu iki dünya arasında dərin və barışmaz ziddiyyətlər vardır. Bu hansı mədəniyyətin beşiyidir? 1895-ci ildən daşnaq partiyasının təşkil tapdıqdan indiyədək törətdikləri vəhşilikləri, 1905, 1918, 1921-ci illərdə Bakıda, Gəncədə, Qubada, Şuşada, İrəvanda, Xoyda, Təbrizdə, Urmiyada və 1988-ci ildə Kəlbəcər, Xankəndi, Laçın, Ağdam və.s işğal etdikləri Azərbaycan ərazilərində müsəlman Azərbaycan türklərinin dilə gəlməycək dərəcədə vəhşicəsinə qətl etdiklərini mədəniyyətdənmi sayırlar? “Mədəni” bir millət “mədəni bir irq” olmaları, onların ariyailərlə birlikdə eyni mədəniyyət beşiklərində aldıqları “tərbiyədən” irəli gəlmişdir. (Qaynaq: Seyidağa Onullahi.Erməni millətçiləri və İran səh30)

Televizyalarımızın İranı dostumuz, qardaşımız mövqeyində göstərməsi çox acınacaqlıdır. Millətin beyninin yuyulması güclü şəkildə böyük bir missiyaya çevrilib. Görünür farsın əli yaman uzundur. Yaxın tarixdə İranın “Səhər” adlı telekanalının Azərbaycan Respublikası müsəlmançılığına təhqirini, İsrail baş naziri ilə görüşünə görə cənab prezident İlham Əliyevi “Uşaq Qatili” adlandırılmasını qeyd etmək istərdim.

Həmişə ordan-burdan eşitmişəm və eşidirəm ki, “Türk milləti unutqandır, türk milləti dostu, düşməni ayırd edə bilmir”. Yalnış şərhdir. Düzəliş edim “Türk tarixi unutdurulan, düşməni dostu kimi göstərilən millətdir”. Bugün Azərbaycana qarşı İranın taxdığı İslam maskasını, kanalı açıb İranı dost, qardaş qonşu kimi görən türk gənci, yeniyetməsi sabah da o düşməni dost biləcək. Beynində də, ilkin olaraq saxtalaşmış tarix formalaşacaq.

Damarında Türk qanı daşıyanlara və onu hiss edənlərə, Tarixini unutmayanlara, dostla düşmənini ayırd edənlərə hörmət və sayqılarımla Tanrı Türkü qorusun!!!







Yorumlar









Aktif Ziyaretçi 34
Dün Tekil 1787
Bugün Tekil 876
Toplam Tekil 4068797
IP 3.142.200.226






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu