Separatçıların Talışstan "arzusu", Yaxud, mümkün olmayan istək - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Separatçıların Talışstan "arzusu", Yaxud, mümkün olmayan istək - Elnur ELTÜRK
Tarih: 07.12.2010 > Kaç kez okundu? 4261

Paylaş


Bir az öncə dostlarımdan biri elektron poçtuma diqqət çəkici şəkil göndərmişdi. Sən demə, Rusiyada talış "milli hərəkatı" deyilən bir mərkəz fəaliyyət göstərir. Mərkəzin fəalları talish.info web saytı vasitəsilə separatçılıq ideyalarını yayırlar, saytda özləri üçün tərtib etdikləri "tarixi coğrafi" xəritədə Azərbaycanın cənub torpaqlarına rəsmən iddia irəli sürülür. Konkret olaraq separtçıların xəritəsində "Talışstan" adlı qondarma dövlət mövcuddur və guya bu dövlətin yaranması uğrunda mübarizə aparırlar. Əslində isə belə qurumlar Azərbaycanı istəməyən dövlətlərin siyasətinə qulluq edirlər.



Maraqlıdır, bu mərkəzlər haradan maliyyələşir və fəaliyyətlərini neçə qururlar? Bu sualın cavabını tapmaq elə də çətin deyil. Belə mərkəzlər əsasən Rusiyada fəaliyyət göstərirlər və Rusiyanın, Ermənistanın media orqanlarında separatçılıq ideyalarını yayan mövzularda çıxışlar edirlər. Bölgədə vəziyyətin gərginləşməsi və proseslərin nəzarətdən çıxması separtçıların ən böyük arzularından biridir. çünki bu yolla istəklərinə nail olacaqlarını düşünürlər.

Aydındır ki, bu tipli mərkəzlər Azərbaycanın güclənməsini istəməyən digər qüvvələr tərəfindən də dəstək alırlar. Məqsəd isə Azərbaycanda qarışıqlıq, xaos, anarxiya yaratmaq və dövlət sistemini iflic hala gətirməkdir. Bu da təbii ki, Ermənistan dövlətinin maraqlarına cavab verir və Ermənistan xüsusi xidmət orqanları vaxtaşırı belə qurumların fəaliyyətindən ustalıqla yararlanırlar. Misal üçün, 1994-95-ci illərdə metroda baş verən məlum terror aktları "Sadval" separatçı qurumunun fəallarının iştirakı ilə Ermənistan xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmişdi. Daşnak, faşist Zori Balayan isə onların ideoloji cəhətdən hazırlanmasında şəxsən iştirak edib və bu faktın özü həbs edilən "sadval" üzvlərinin istintaqa verdiyi məlumatlarında öz əksini tapdı.

Digər bir misal, Qarabağda ağır döyüşlərin getdiyi zamanda Əlikram Hümbətov özünə tabe olan alayı cənub bölgəsinə gətirərək, hakimiyyətə qarşı qiyam qaldırdı. Guya tarixi arzuları olan "Talış-Muğan Respublikası"nı yaratdı. Nəticədə də Azərbaycanın Füzuli rayonu işğal olundu və erməni ordusuna qarşı cəbhədə vahid komandanlıqda boşluq yarandı.

Onu da qeyd edək ki, separatçılıq ideyalarının tarixi son illiklərə dayanmır. Və çar Rusiyası XX əsrin əvvəllərində başlanan milli hərəkatın qarşısını almaq üçün və əsas da Azərbaycan türklərinin bu ideyadan fikrini yayındırmaq üçün erməni separatçılarının fəaliyyətindən ustalıqla yararlanırdı. Nəticədə isə yüz minlərlə insan həlak oldu.

Bu oyunlar yüz ildir ki, Azərbaycana qarşı aparılan iyrənc siyasətin davamıdır və hətta açıq şəkildə desək, sistemli bir mexanizm tərəfindən idarə olunur.

Hələ 1919-cu ildə Bolşevik Rusiyasının başcısı Lenin Azərbaycan Xalq Cumhuriyyətini zəiflətmək üçün malakanların yaşadıqları bölgədə "Sovet-Muğan Respublikası" deyilən qondarma qurum yaratmışdı. Məqsəd ADR-ı zəiflətmək və dövləti sistemini dağıtmaq idi. Sovet Rusiyası bu yolla Azərbaycanda fəaliyyət göstərən bolşevik donu geyinmiş daşnakları siyasi hakimiyyətə gətirmək istəyirdi. Ancaq AXC hakimiyyəti qəhrəman generallarımızdan olan Həbib bəy Səlimovun komandanlığı altında ordu göndərərək bu qondarma qurumu yerindəcə yatırtdı, 6 saat çəkən döyüşdən sonra qondarma birliyə tabe olan separatçılar təslim edildilər. Separtçıların başcısı polkovnik Valixisov general Həbib bəyin qarşısında diz çökərək bağışlanmalarını dilədi və əllərində olan bütün silah-sursat ordu birliyimizin nəzarəti altına keçdi. Belə faktları çox sadalamaq olar və separatçılar bu tarixdən dərs götürməlidirlər.

***

İndi də Azərbaycanı bölmək istəyən separatçılar fəaliyyətlərini dayandırmayıblar. Tez-tez Moskvada, İrəvanda İrandan və başqa ölkələrdən gələn "alimlərin" iştirakı ilə talış xalqının tarixinə həsr edilən "elmi-konfranslar" keçirilir. Konfranslarda talış xalqının qədim tarixi "araşdırılır" və xüsusilə də bu ad altında irəli sürdükləri ərazi iddialarını əsaslandırmağa çalışırlar. Məqsəd isə birdir - Azərbaycanı daxildən parçalamaq və ölkəmizdə marağı olan dövlətlərin istəklərini reallaşdırmaq.

Bu gün Azərbaycan hüquqi, dünyəvi və unitar dövlət olmasına baxmayaraq, ölkədə yaşayan digər azlıqların hüquqlarının qorunması təmin edilir. ölkəmizdə mövcud olan tolerantlıq, azlıqlara olan hörmət beynəlxalq birliklər tərəfindən dəyərləndirilir və ölkədə belə problemin olmadığı qərb diplomlatları tərəfindən qeyd edilir.

Separatçılar bir şeyi dərk etməlidirlər ki, Azərbaycanda yaşayan talışlar, kürdlər, avarlar, saxurlar və adını çəkmədiyim milli azlıqlarımız onların oyunlarına getməyəcəklər. Separatçı vətən xainləri mütləq tarixin arxivinə gömüləcəklər.













Yorumlar








Aktif Ziyaretçi 17
Dün Tekil 825
Bugün Tekil 342
Toplam Tekil 1635873
IP 54.167.142.229






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































3 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ben sadece asil bir ailenin evladı olmakla değil, fakat asil bir milletin evladı olmakla gururluyum.
(ATİLLA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu