“Milli mentalitet” damğası - Nermin MEMMEDLİ - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









“Milli mentalitet” damğası - Nermin MEMMEDLİ
Tarih: 28.11.2010 > Kaç kez okundu? 3200

Paylaş






Mentalilet bir millətə məxsus milli-mənəvi dəyərlər toplusu olaraq hər bir cəmiyyətin həyatında mühüm rol oynamaqdadır. Obyekt olaraq daha çox tarix boyu yaşanılan olayların sosiloji nəticələri, cəmiyyətin təkamülü nəticəsində dəyişən insan psixologiyası, dərinləşmiş yazılmayan qanunlar cəmi və din, inanc kimi ünsürləri özündə birləşdirir. Və beləcə millət özünüdərki inkişaf etdirərək formalaşmağa başlayır. Bu qaidə təbii ki, bizim cəmiyyətdən də kənar deyil.



Burada əsas önəm daşıyan məqam zamana və tələbə uyğun olaraq var olan dəyərləri güncəlləmək və lazımi anda arxaikləşdirməkdir. Ancaq bu kimi dəyişikliklər dəyərlərin özülünə zidd olmamalı, əksinə inkişafa təkan verməlidir. Bu zaman ortaya çıxan əsas problem müəyyən olunmuş zaman çərçivəsində insanların düşüncəsinə o dəyişiklikləri yeritməkdir. Bu inkişaf etmiş ölkələrdə təbliğat vasitəsi ilə daha asan başa gəlir. Bir çoxları bunu “yeniliyə açıq” donuna bürüsə də, bu daha çox var olan güclü iqtisadi inkişaf, inteqrasiya və qloballaşma proseslərinin nəticəsidir. Lakin burada qibtə ediləsi məqam burasındadır ki, dəyərlərin güncəlləşməsi o milləti özündən, özlüyündən qoparmır, daha doğrusu qopara bilmir. Bəs bizim cəmiyyətdə də bu belədirmi?



İnkişaf etməkdə olan ölkə olaraq biz yeniliyə açıq olmağa məcburuq, o anlamda ki, inkişaf və tərəqqinin pillələrini qalxaq. Ancaq bu özlüyümüzü bizdən qoparırsa, demək ki, ya bu sahədə yürüdülən siyasət yanlışdır, ya da problem cəmiyyətdədir. Mən hər iki məqamı dəstəkləyirəm. İlk əvvəl yürüdülən siyasətə sadəcə kiçik bir nümunə ilə diqqət yetirək.



Bugün digər millətlərə məxsus və ya onların maddi dəstəyi ilə qurulan ictimai təşkilatların daha geniş əl-qol atmağına imkan verən dairələr yerli təşkilatlara daha az diqqət yetirir. Təbii ki, gələn tərəf buradakı maddi marağından öncə milli maraqlarını (öz millətinin dəyərlərini təbliğ etmək, qısacası qarşıdakını özününküləşdirmək) güdür. Məhz bu səbəbdən buraya qoşulan insanımız millilikdən daha çox digər millətlərin özlüyünə qapılır.



Digər bir misal KİV sahəsində açıq-aydın görünən qeyri-millilikdir. Bugün bu sahədəki təbliğat millilikdən kənar olmaqla yanaşı, həmçinin qeyri-millətlərin “reklamı” və ya onları daha cazibəli şəkildə “gözə soxmağı” qarşısına məqsəd qoyur. Bu da təbii ki, yerli dairələrin maddi dəstəyinin və yaratdığı imkanların xarici dəstəkçilərdən daha az rol oynamasından irəli gəlir.



İkinci məqam isə cəmiyyətimizdəki yenilik marağının həddindən artıq səviyyədə olması və arxaikləşməyə daha çox üstünlüyün verilməsidir. Bu səbəbdən də özlüyümüzdən qopmağa məhkum oluruq. Çünki hansısa dəyərlərimizi güncəlləmək yerinə daha çox arxaikləşdirib bizim olmayana yiyələnirik. Və bu zaman da təbii ki, nə özümüz oluruq, nə başqası. Necə deyərlər, ”həm əli aşından oluruq, həm vəli aşından”. Bugünkü cəmiyyətimizin ayrılmaz parçası olan gəncliyin düşüncə sistemi, sosial münasibətlərə baxış tərzi, fərdiyyətçilik və şəxsiyyətə pərəstiş kimi xüsusiyyətlərə sahibliyi bu məqama əyani misaldır.



Hər iki məqamın varlığı ilə cəmiyyət inkişaf etməkdən daha çox yeniliyə qapılıb bəlli olmayan yollara sapır. Və qarşıya çıxan maneələri “milli mentalitet” adı ilə özünə sırıyır. Elə məhz bu səbəbdəndir ki, bugün mentalitet, yəni dəyərlərimiz daha çox mənfi tərəf kimi önümüzə gətirilir. Burada yanlış olan o mənfiliklərdən qurtulmaq əvəzinə ona mentalitet damğası vurub daha da sahiblənməyə çalışmaqdır. Beləcə həm maneə ortadan qalxmır, həm də var olan dəyər deformasiyaya uğramış şəkildə həyatımızı çətinləşdirməyə davam edir.





Məqamından asılı olmayaraq hər bir dəyər zamanla dəyişikliyə uğrayıb, lakin önəmli olan odur ki, özlüyündən qopmuş və ya tamamilə deformasiyaya uğramış qaidələri zamanla həyatımızdan çıxaraq və ya onu yenidən özlüyünə qaytaraq. Bu isə ancaq milli özünüdərkin inkişafından keçir. Biz nə qədər Biz olmaqdan utanıb başqası olmağa çalışacağıq, bir o qədər də özümüzdən uzaqlaşıb “qondarma” başqası olmağa məhkum olacağıq. İndi bir düşünün, dəyərli dəyərlərimizlə yaşamaqmı daha faydalıdır, yoxsa başqasının dəyərini baş tacı etməkləmi?











Yorumlar








Aktif Ziyaretçi 14
Dün Tekil 863
Bugün Tekil 566
Toplam Tekil 1639318
IP 54.158.119.60






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































7 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


TÜRK, Yıldırımdır, kasırgadır, Dünyayı aydınlatan güneştir
(Mustafa Kemal ATATÜRK)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.716 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu