Doç. Dr. Toğrul İSMAYIL ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Doç. Dr. Toğrul İSMAYIL ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 14.11.2010 > Kaç kez okundu? 2328

Paylaş


"Ermənilər hər zaman böyük güçlərin əlində oyuncağa çevriliblər"







Toğrul İsmayıl: "Kreml bölgədə erməni maraqlarına xidmət etmir, tam əksinə, ermənilərdən öz maraqlarının reallaşması üçün istifadə edir"







"Təzadlar"ın müsahibi Türkiyənin TOBB Ekonomi və Texnoloji Universitetinin müəllimi, siyasi elmlər doktoru, politoloq Toğrul İsmayıldır.







- Toğrul bəy, Ermənistan-Azərbaycan prezidentləri arasında imzalanan Həştərxan bəyanatı münaqişənin həll olunması yolunda presedent ola bilərmi?



- Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin oktyabrın 27-də Rusiyanın Həştərxan şəhərində keçirilən görüşündə prezidentlər İlham Əliyev, Dmitri Medvedyev və Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələsini nəzərdən keçiriblər və birgə bəyannamə qəbul ediblər. Görüşdən sonra jurnalistlərə açıqlama verən Rusiya prezidenti bildirib ki, sənəd qarşılıqlı etimadın möhkəmləndirilməsini, hərbi əsirlərin dəyişdirilməsini və həlak olanların meyitlərinin qaytarılmasını nəzərdə tutur. Eyni zamanda, yeni bəyannamədə dövlət başçıları Moskvada 2008-ci il noyabrın 2-də imzaladıqları birgə bəyannamənin müddəalarını bir daha təsdiqləyərək qeyd ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, atəşkəs rejiminin möhkəmləndirilməsi və hərbi sahədə qarşılıqlı etimadın artırılması istiqamətində səyləri gücləndirmək zəruridir. Bu ilin əvvəllərində belə bir üçtərəfli görüş Rusiyanın Sankt-Peterburq şəhərində yenə də Moskvanın təşəbbüsü ilə keçirilmişdi. Ondan sonra - yəni iyul ayında Qazaxıstanın Almatı şəhərində ATƏT ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində keçirilən görüşdə bəlli olmuşdu ki, Ermənistan Sankt-Peterburqa qədər olan razılaşmalardan təxminən imtina edir və Rusiyada irəli sürülən yeni şərtlər ətrafında danışıqlara tərəfdardır. Azərbaycan rəsmiləri prezidentlərin Həştərxanda keçirilmiş son görüşünün "müsbət" qəbul edilməsinin tərəfdarıdırlar. Eyni zamanda, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin Həştərxandakı üçtərəfli görüşünü vacib və faydalı olduğunu bildirib. Onun sözlərinə görə, prezidentlər Dağlıq Qarabağ probleminin nizamlanmasının detallarını müzakirə ediblər. Erməni nazir də görüşdə hərbi əsirlərin və meyitlərin dəyişdirilməsi barədə razılığın əldə olunduğunu vurğulayıb. Hər iki ölkənin xarici işlər nazirləri bildiriblər ki, onlara işləri davam etdirmək və ATƏT-in Astana sammitinədək əsas həll prinsipləri ətrafında razılığa gəlmək tapşırılıb. Burada bir məqama diqqətinizi çəkmək istəyirəm, Azərbaycan, Rusiya və Ermənistan prezidentləri ilk təxirəsalınmaz addım kimi ATƏT-in Minsk qrupu həmsədrlərinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə hərbi əsirlərin dəyişdirilməsinə və həlak olanların meyitlərinin verilməsinə razılaşıblar və bunun da nəticəsini gördük. Yuxarıda qeyd etdiklərim bir daha sübut edir ki, prezidentlərin Həştərxan görüşündə tərəflər əsas humanitar xarakterli razılaşma imzalayıblar. Ona görə Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə tərəflər təxirəsalınmaz olaraq hərbi əsirlərin və meyitlərin dəyişdirilməsini həyata keçirirlər. Onu da qeyd etmək lazımdır ki, son zamanlar bölgədə ciddi hər hansı bir dəyişiklik baş verməyib. Ona görə də Həştərxan görüşündən Qarabağ probleminin həlli yolunda real nəticə gözləmək doğru deyil və düşünmürəm ki, bunun nəticəsində də məhz bu dəfə Rusiya Ermənistana təzyiq göstərəcək.



- Maraqlı olan odur ki, nə üçün belə bəyanatlar Amerikanın təşəbbüsü ilə imzalanmır?



- Bu cür görüşlər Rusiyanın bölgəmizdə nə qədər güclü və təsirli bir qüvvə olduğunu bir daha təsdiqləyir. 2008-ci ilin avqust hadisələri bu gücün nə qədər acımasız və kontrolsuz olduğunu sübut etdi. Amerika bölgədə hələ tam nəzarəti ələ keçirə bilmədiyindən, bu cür bəyanatların onun təşəbbüsü ilə imzalanmadığının müəyyən bir müddət şahidi olacayıq. Onu da xatırlatmaq istəyirəm ki, dekabrda ATƏT-in Astanada zirvə toplantısı olacaq. Ona görə də İlham Əliyevlə Serj Sarkisyanın Dmitri Medvedevin iştirakı ilə Həştərxanda görüşü səbəbsiz deyildi. Burada iki əsas məqama diqqət yerirmək lazimdir: birincisi, Rusiya Cənubi Qafqazdakı məsələlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həll yollarının hələ də ona məxsus olduğunu göstərməyə çalışır. İkincisi, Astanada zirvə toplantısı ərəfəsində Qərbə mesaj yollayır ki, bu dövlətlər bu bölgədə çox da aktiv olmasınlar və ya ən azından onunla hesablaşsınlar.



- Sizcə, münaqişənin həll məsələsi rəsmi Kremlidən nə dərəcədə aslıdır?



- Bölgədəki bütün münaqişələri Rusiya özü yaratdığı üçün onlarin həllinin açarı da ondadır. Bu münaqişələrin yaranmasının və davam etməsinin məqsədi Rusiyanın bölgədə hegemonluğunu qoruyub saxlamaqdır. Bu məsələ eyni zamanda münaqişələrin nə üçün həll olunmadığını və problemin uzanaraq davam etməsinin səbəbini açıqlayır. Bildirim ki, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin Rusiya prezidentinin tərəflər arasında sülhə nail olmaq istiqamətində səylərini yüksək qiymətləndirir və Həştərxan görüşündən məmnun qaldığını açıqlayıb. ABŞ görə, əsirlərin qaytarılmasını nəzərdə tutan sənəd etimadı möhkəmlətməklə yanaşı, müsbət irəliləyişlərə də imkan verəcək. Bir daha vurğulanıb ki, Amerika əldə olunan razılığın yaxın vaxtlarda icra olunacağına ümid bəsləyir. Rəsmi Moskva isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün səyləri davam etdirmək niyyətindədir. Kremlin açıqlamasında deyilir ki, Həştərxan görüşü üç ölkə liderinin iştirakı ilə aparılan sayca yeddinci danışıqdır və Moskvanın Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmaq əsas məqsəddir. Rusiya tərəfinin bu açıqlaması bəzi məqamlara aydınlıq gətirir. Rusiyalı rəsmilər prezident Medvedevin ona heç bir dividend gətirməyən bu işə şüurlu şəkildə getdiyini və bu işin bundan sonra da davam etdiriləcəyini ifadə edirlər. Ən əsası isə Moskva hər görüşdən hansısa böyük nəticələr gözləməyin mənasız və qeyri-real olduğunu ifadə edir. Bu da Rusiyanın Qarabağ probleminin həllində nə qədər "tələsdiyinin" açıq göstəricisidir. Onlara görə, məsələnin əsas əhəmiyyəti Qafqazda sabitlik, sakitlik və yaxın qonşular olan Ermənistanla Azərbaycanın münasibətlərdəki normal sistemə qaytarılmasıdır. Kremlin açıqlamasında belədir. Minsk qrupunun digər həmsədr ölkəsi Fransa da Həştərxanda qəbul edilən bəyannaməni münaqişənin həlli istiqamətində irəliyə doğru addım kimi dəyərləndirib. ATƏT-in Bakı ofisi də "Azərbaycan-Rusiya-Ermənistan prezidentlərinin Həştərxanda keçirilən görüşünün Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm addım" olduğunu bəyan edib. ATƏT-ə sədrlik edən Qazaxıstan parlamentinin sədri Ural Muxamedxanov isə bildirib ki, Astana Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi səy göstərir və bütün münaqişələrin dinc yolla həllini dəstəkləyir. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Qazaxstanın paytaxtı Astanada keçiriləcək ATƏT zirvəsinin Dağlıq Qarabağ probleminin həllində dönüş nöqtəsi ola biləcəyini ifadə etsə də, bu çərçivədə prezidentlərin nəzərdə tutulan görüşündə hər hansı nəticə gözlənilib-gözlənilmədiyi barədə Azərbaycan Prezidenti Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev əvvəldən proqnoz verməyin çətin olduğunu bildirmişdir.



- Erməni ekspertləri Rusiyanı Ermənistanı milli maraqlarına satmaqda günahlandırırlar. Xüsusilə, erməni politoloqu Muradyan qələmə aldığı məqaləsində Rusiyanı bölgədə regional maraqlarını gerçəkləşdirmək üçün gec-tez İrəvanı qurban verəcəyini bildirir. O, Ermənistanın Amerikanın təsir dairəsinə düşəcəyini iddia edir. Doğrudanmı rəsmi Kremldən belə bir addım gözləmək olar?



- Rusiyanın Ermənistanı milli maraqlarını görə satmaqda günahlandırmağa gəlincə, qeyd etmək lazımdır ki, bu cür dəyərləndirmələr hay-küydən basqa bir şey deyil. Birincisi, ona görə ki, Rusiyanın regionda əsas istinad bazası Ermənistandir. İkincisi isə, bu superdövlət bölgədə üzdəniraq qonşumuzun deyil, hər zaman öz maraqlarını qorumuşdur. Tarixi həqiqətlər bunu sübut etməkdədir. Hələ çarlıq Rusiyası zamanında ermənilərə yenicə köçürdüb yerləşdirdiyi türk torpaqlarında muxtariyyət vəd etsə də, reallıqda bunu heç zaman etməmişdir. Rusiya ermənilərdən hər zaman bölgədə öz maraqlarını təmin etmək üçün istifadə etmişdir. Və lazım gələrsə, onları öz maraqlarına qurban da edə bilər. Ağlı başında olan erməni ekspertləri bunu yaxşı bilirlər. çünki rəsmi Kreml bölgədə erməni maraqlarına xidmət etmir, tam əksinə, ermənilərdən öz maraqlarının reallaşması üçün istifadə edir. Onu da qeyd edim ki, Ermənistanın gec-tez Amerikanın təsir dairəsinə düşücəyi gözlənilən hadisədir. ABŞ bütün gücü ilə bunun üçün çalışır. Amma bu iddia edildiyi kimi, Rusiyanın İrəvanı qurban verməsi nəticəsində deyil, bu ölkənin bölgədə gücünün azalması nəticəsində gərçəkləşə bilər. Qeyd edim ki, bu cür dəyişiklik bölgədə problemlərin heç də azalması demək deyildir. çünki ermənilər hər zaman böyük güçlərin əlində rahatlıqla oyuncağa çevrilirlər. Bu güclər də asanlıqla onlardan öz məkrli məqsədləri üçün istifadə etmişlər. Tarix buna şahiddir.







Söhbətləşdi: Elnur Eltürk,





Yorumlar








Aktif Ziyaretçi 16
Dün Tekil 825
Bugün Tekil 343
Toplam Tekil 1635874
IP 54.167.142.229






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































3 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ben sadece asil bir ailenin evladı olmakla değil, fakat asil bir milletin evladı olmakla gururluyum.
(ATİLLA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.692 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu