MQP Mətbuat Xidmətinin Məlumatı - Kənan Göytürk - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









MQP Mətbuat Xidmətinin Məlumatı - Kənan Göytürk
Tarih: 13.11.2010 > Kaç kez okundu? 3048

Paylaş






№054/496 12 noyabr 2010-cu il



Mətbuat Xidmətinin

Məlumatı



Suraxanı ikinci seçki dairəsindən deputatlığa 7 namizəd seçkinin nəticələrini tanımadı



“Seçkilərin nəticələrini tanımır və təkrar seçki tələb edirik”



Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədlər- MQP başqanı Vüqar Oruc(Vüqar Bəyturan), Böyük Quruluş Partiyasının və İslahat Seçki Blokunun namizədi Etibar Əliyev, keçmiş döyüşçü Mehdi Əhmədov, YAP üzvü Ramazan Bağırov birgə bəyanatla çıxış edib. Bəyanatda deyilir: ”Biz, deputatlığa namizədlər ölkədə azad, demokratik və şəffaf seçki tərəfdarları olduğumuzu vurğulayaraq, birlikdə bəyan edirik ki, 31 saylı Suraxanı ikinci seçki dairəsində bütün səviyyələrdə demokratik prinsiplər pozulmuş, namizədlərdən Quliyev Fərəc İbrahim oğlunun xeyrinə icra strukturları, büdcə təşkilatları, xüsusilə də təhsil və səhiyyə qurumları işə salınmış, seçicilərə 7 noyabr tarixinə qədər və seçki günü seçim etmək məsələsində təzyiqlər edilmişdir.

Baş verən proseslər, MKİS-lərinin Fərəc Quliyevin təbliğatını aparması və DSK-nın bütün bunlara göz yumması onu göstərirdi ki, 7 noyabrda 31 saylı Suraxanı ikinci seçki dairəsi ərazisində seçki saxtakarlıqlarına hazırlıq üçün start verilib. 7 noyabr günü gözləntilərimiz təsdiqləndi, DSK, MKİS, Polis və İcra Hakimiyyəti birlikdə işbirliyi şəraitində seçkiləri saxtalaşdırdı. Belə hesab edirik ki, dairədə açıq saxtakarlıq edilməsi, Fərəc Quliyevin saxtakarlıq və zorakılıq metodları ilə qalib görüntüsü yaradılması qanunlara, demokratik prinsiplərə və milli maraqlara uyğun deyil. Biz, bu bəyanatı imzalayan deputatlığa namizədlər bəyan edirik ki, bizə verilmiş səslər Fərəc İbrahim oğlu Quliyevin xeyrinə hesablanıb, açıq şəkildə edilən saxtakarlıqlar və Seçki Məcəlləsinin kobud surətdə pozulması faktları isə bu dairədə seçkinin nəticələrinin ləğvini zəruri edir. Biz baş verən fantastik saxtakarlığı qətiyyətlə pisləyir, namizədlərə bərabər imkanlar yaradılmayan, bir namizədin xeyrinə bütün dövlət strukturlarının işə salındığı bir seçkidə elan olunan ilkin nəticələrin həqiqəti əks etdirmədiyini bildiririk. 7 noyabr tarixində 31 saylı Suraxanı ikinci seçki dairəsində saxta seçkilərin qanunsuz nəticələrini qəbul etmədiyimizi və Fərəc İbrahim oğlu Quliyevin təyinatını tanımayacağımızı bəyan edir, hakimiyyəti 31 saylı Seçki Dairəsinin nəticələrini ləğv etməyə, DSK, MKİS rəhbərlərini, şəxsən Ənvər Quliyevi cəzalandırmağa və bu dairədə təkrar seçki keçirməyə çağırırıq”.

Qeyd edək ki, seçkilərin nəticəsini şübhə altına alan bəyanatlarla AXCP-Müsavat Seçki Blokunun namizədi, AXCP sədri Əli Kərimli, Ümid Partiyasının və Qarabağ Seçki Blokunun namizədi Taleh Əliyev və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də çıxış edib.



Mətbuat Xidmətinin

rəhbəri: Kənan Göytürk











Yorumlar









Aktif Ziyaretçi 30
Dün Tekil 1787
Bugün Tekil 1439
Toplam Tekil 4069360
IP 3.142.251.223






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu