QADINLAR - Nermin MEMMEDLİ - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









QADINLAR - Nermin MEMMEDLİ
Tarih: 10.11.2010 > Kaç kez okundu? 3300

Paylaş


Qadınlar...haqqımızda çox fikirlər söylənilib, çox sözlər deyilib, fərqli tezislərin mövzusu da olmuşuq, romanların ana xətti də. Amma tarix boyu dəyişməyən tək bir ifadə olub: Qadın gözəllikdir, qadın incəlikdir, qadın zəriflikdir...Bu sözlər hərzaman qadına eş dəyər olub, ancaq əməldən çox dildə.

Mən burada gendər bərabərliyi, gender hüquqları kimi məsələlərdən bəhs edərək qarşı cins nümayəndələrini suçlu çıxarmaq kimi bir məqsəd güdmürəm. Elə məhz bu səbəbdən hər zamanki kimi elə qadınlardır hədəfim. Niyə deyə sorsanız, cavabım bəsitdir: Çünki qadını qadın kimi dəyərdən salan elə qadın özüdür!

Bugün qadın deyəndə çoxluqla ən yaxşı halda “uşaq dünyaya gətirən”, ən pis halda isə “qarşı cinsin sahib olduğu əşya” nəzərlərdə canlanır. Doğru, istisnalar vardır, bununla tam razıyam. Amma unutmayaq ki, istisnalar da qaidəni pozmur. Nə zaman bu mövzular açılsa, o an qarşı cins suçlanar, özümüzü müdafiəyə məhkum edərik. Bir neçə dəqiqəmizi alan düşünməkdən isə vaz keçərik, axı bu daha asandır. Təvazökarlıqdan uzaq olsa da, mən bu bir neçə dəqiqəni düşündüm, həm hüquqçu, həm genderçi, ən əsası da bir xanım olaraq. Əslində çox çətin deyilmiş, nəticə etibarı ilə də paylaşmaq istədim.

İlk günah bilirsiniz haradan başlayır? Bugünün qadınlarının “əsl qadın necə olmalıdır” sualının cavabına cavab verməməklərindən. Bir düşünün, bugün gününü televiziya qarşısında keçirən neçə qadın ayda heç olmaya, 1 kitab oxuyur? Bugün saatlarca mağazalarda “şoppinq” edən neçə qadın vaxtından 5 dəq ayırıb bir qəzet oxuyur? Bəli, bu bilgi, özünü inkişaf qismidir. Əgər bir gənc qadın bilgini, özünü inkişafı sadəcə 11 illik atesitat kağızında və ya pulla alınmış “savad”ın diplomunda görürsə, o qadın ilk başdan suçlanmağa layiq olmasa belə dəyərini itirər.

Bugün neçə qadın “mən vətəndaşam”, ” mən bu millətin bir parçasıyam” deyə düşünür? Hətta millət dedikdə ağlımıza ilk gələn kişilər deyilmi? Ən yaxşı halda, Nigarın, Tomrisin və bir neçəsinin adını çəkib canımızı qurtarırıq. Bəs bugünün Tomrisi kimdir? Hərzaman özümüzü millətdən kənar görürük, kobud şəkildə ifadə etsək, sanki yad planetliyik, heç bizim bu yer üzündəkilərə qarışacağımız yoxdur. Ancaq heç ağlımıza yaxın buraxmaq istəmirik ki, axı sən özünü bu millətin bir parçası, bu dövlətin bir vətəndaşı hesab etmədikcə, sən qurduğun ailədə heç zaman bütöv ola bilməyəcəksən. Bəzən “evin arvadı”, bəzən “uşaq doğuran”, bəzən “paltar yuyan”, bəzənsə....bax, belə parça-parça dırnaqarası statuslara malik olarsan, istəmədən də olsa...

Bugün neçə qadın “mən qadınam, əşya deyiləm” düşüncəsinə sahibdir? Küçələrdə “çörək pulu üçün edirəm” deyib bədənini(əslində bədənini deyil, şərəfini, namusunu, iffətini, bir sözlə hərşeyini) satışa çıxaran qadınlar... Bir qadının yuvasını dağıdan qadınlar...Tv kanallarında soyunmaq üçün bir-biri ilə yarışa çıxan qadınlar, hələ bunlara bir də həsəd aparan qadınlar...Məni bunların hamısı acıdır, amma daha çox bu “satılmışlara” həsəd aparan qadınlar...”Nə?kimilər”(kim?sualına cavab vermədiklərindən) fəsiləsinin nümayəndələrinə həsəd aparan qadının, onun kimi olmağa çalışan qadının qarşısındakı kişidə hansı dəyərə sahib olduğunu düşünmək çoxmu çətindir?

Çağdaşlıq, müasirlik, gözəllik...nə qədər istərdik ki, qadınlarımız çağdaş, bilgili, gözəl olsunlar. Ancaq təəssüf edirik, bugün yüzlərlə qadınlarımız, xüsusən də gənclər, müasirliyi, gözəlliyi açılıb-saçılmaqda, özümüzdən ağır qızıl yataqlarına bürünməkdə görmürmü? Bugün bir düyünə gedəndə, qadınlarımızın əsas göstəricisi qızıllar deyilmi?Mən bəzək əşyalarına qarşı deyiləm, amma axı bunlarla ölçürük qarşımızdakıları.Uzunçuluq da olsa, sadə bir misal: Bugün bir gənc xanım ailə quranda maraqlanılan ilk şey: Nişan üzüyün qiyməti. Bir sevgi qiymətlə ölçülə bilərmi yəni, bu qədərmi ucuzdur sevgi, ya biz qadınlar bu qədərmi uzucuq ki, sevgini belə pulla dəyərləndiririk? Bu düşüncəyə sahib bir qadın qarşısındakı bəy üçün ucuzlaşmaqdan qurtula bilərmi?

Əslində bu kimi məsələlər az sayda deyil, baxmayaraq ki çox kiçik detallar kimi qiymətləndirilir. Mən sadəcə bir neçəsini diqqətə gətirdim. Ancaq yenə də ümidliyəm, mənə bu ümidi verənsə bugün var olan sözün əsl mənasında xanım adına layiq görülən qadınlarımızdır. Nə gözəl olardı ki, bütün qadınlarımız öz xanımlıqlarını unutmaya, bu gözəl, zərif adı layiqincə daşaya. Çünki unutmamalıyıq ki, bir milləti millət kimi formalaşdıran qadınlarımızdır, axı onlar bugünün gənc xanımı, sabahımızın analarıdır.











Yorumlar









Aktif Ziyaretçi 34
Dün Tekil 1927
Bugün Tekil 973
Toplam Tekil 4067107
IP 3.145.52.86






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.287 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu