Vüqar Zifəroğlu ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Vüqar Zifəroğlu ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 09.11.2010 > Kaç kez okundu? 3037

Paylaş


Vüqar Zifəroğlu: “Erevan Tehranla Moskvanın icazə verdiyi qədər, bəlli bir cizgidə yaxınlaşır və...”



«Oğuz» Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Dr. Vuqar Zifəroğlu ilə etdiyimiz söhbəti təqdim edirik.



-Bu gün İran dövlətinin Ermənistanda güclənməsi Rusiyanı narahat etmir ki, onun forpost başqa bir dövlətin təsir dairəsinə düşür?



- Xeyr. Rusiyada çox gözəl bilirlər ki, istər İranın, istərsə də bir başqa dövlətin ermənilərlə nə qədər yaxınlıq etməsindən, onlara güzəştə getməsindən asılı olmayaraq, Ermənistan həmişə onların təsir dairəsində qalmaqda davam edəcək. Bu günki Ermənistanın özünün mövcudluğunun, ermənilərin özlərinə bir dövlət qura bilmələrinin əsas səbəbkarı məhz Rusiyadı. Ermənilərin bir etnos olaraq ruslara borcu var. Və Ermənistan adlı dövlət mövcud olduqca Rusiyanın bu bölgədə fortpostu olaraq qalacaq. Erevan Tehranla Moskvanın icazə verdiyi qədər, bəlli bir cizgidə yaxınlaşır və bu yaxınlaşma Rusiyanın nəzarəti altında həyata keçirilir.



-Bəzi analitiklər belə bir fikir formalaşdırmağa cəhd edirlər ki, gələcəkdə Türkiyə-Ermənistan sərhədlərinin açılması ikincinin demokratikləşməsinə səbəb olacaq. Bu fikirlərə münasibətinizi bilmək maraqlı olardı.



- Qətiyyən razılaşmaq mümkün deyil. Demokratik təsisatların yaradılması, prosesin getməsi, ümumiyyətlə demokratikləşmə hansısa ölkənin başqa bir ölkə ilə sərhəddlərini açmaqla təmin olunmur. Türkiyə ilə sərhəddin açılması sadəcə olaraq bu gün tam mənası ilə ölü vəziyyətində olan Ermənistan iqtisadiyyatında müəyyən tərpənişə səbəb ola bilər. O da bir daha təkrar edirəm, müəyyən qədər. Lakin demokratikləşməyə bunun heç bir aidiyyatı yoxdur.



-Amerika-İran münasibətlərinin gərginləşməsi fonunda bu, ölkədə yaşayan türklərin önəmini artırırmı?



- Müəyyən qədər artırır, lakin, nəticə etibarilə proseslərin gedişatı zamanı ABŞ-ın yerli türklərə istinad edib etməyəcəyini söyləmək çətindir. İraq buna əyani sübut oldu. ABŞ orada nəinki türkləri özü üçün önəmli bir qüvvə kimi qəbul etmədi, hətta onların mövcud durumunu Səddam rejimində olduğundan daha pis vəziyyətə saldı. İranda da belə olmayacağına isə, indilikdə heç kim zəmanət verə bilməz.



-Vuqar bəy, hiss olunur ki, Amerika Cənubi Qafqazda Rusiyanın güclənməkdə olan mövqeləri ilə razılaşıb. Bölgə ilə bağlı passiv siyasət yürüdür. Bu nə ilə əlaqədardır?



- ABŞ hal-hazırda diqqətini Yaxın Şərq siyasəti üzərində cəmləməkdədir. Əfqanıstanla, İraqla bağlı yeni gəlişmələr buna əyani sübutdur. Yaxın Şərqdə təqribən 20 ildir ki, qurucu olmaqdan daha çox dağıdıcı bir siyasət sərgiləyən ABŞ-ın artıq bu bölgədə vəziyyəti sabitləşdirməyinin zamanı gəlib çatıb. Və bunu hamıdan daha artıq Amerika strateqləri anlamaqdadırlar.



Söhbətləşdi: Elnur Eltürk





Yorumlar









Aktif Ziyaretçi 38
Dün Tekil 1349
Bugün Tekil 1390
Toplam Tekil 4074666
IP 3.129.13.201






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu