Daha 3 təşkilat nəticələri tanımadı - AZADLIQ - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Daha 3 təşkilat nəticələri tanımadı - AZADLIQ
Tarih: 08.11.2010 > Kaç kez okundu? 3046

Paylaş


AMİP, “Qarabağ” bloku və DUİ bəyanat verdilər

Ümid, Demokrat və Aydınlar partiyalarının yaratdığı “Qarabağ” bloku 7 noyabr parlament seçkisində bu blokdan namizədlərin qeydə alındığı dairələrdə səsvermənin nəticələrinin ləğv olunmasını tələb edir.

“Media forum” saytı xəbər verir ki, seçkinin ilkin nəticələrinə dair rəyini açıqlayan “Qarabağ” bloku ciddi qanun pozuntularına yol verildiyini vurğulayıb: “Səsvermə günü “Qarabağ” seçki blokunun namizədlərinin qeydə alındığı əksər dairədə qanun pozuntuları kütləvi hal alıb, seçicilərin mövqeyinə ciddi təsirlər olub, “karusel” üsulu ilə hakimiyyətə yaxın namizədlərin səsləri şişirdilib, gerçək nəticələr saxtalaşdırılıb, beləliklə də blokun, namizədlərin, həm də vətəndaşların hüquqları pozulub. “Qarabağ” seçki blokunun namizədlərinin iştirak etdiyi bir sıra dairələrdə dairə seçki komissiyaları daha ciddi qanun pozuntularına yol verib ki, bu da həmin dairələrdə nəticələrin ləğv olunması üçün ciddi əsas yaradır”.



***



Azərbaycan Milli İstiqlal Partiyası 7 noyabr parlament seçkisinin nəticələrini tanımayacağı barədə bəyanat yayıb.

“Media forum” saytının məlumatına görə, bəyanatda deyilir ki, inzibati resursların səfərbər edilməsi səsvermənin nəticələrinə ciddi təsir göstərib: “Səsvermə prosesi başlayandan əksər seçki dairəsindən gələn məlumatlar seçkidə total saxtakarlıqlara start verildiyini və hakimiyyətin demokratik seçki keçirməkdə maraqlı olmadığını deməyə əsas verirdi. Səhər saatlarından müşahidəçilərin məntəqələrə buraxılmaması, yerli icra strukturlarının seçkinin gedişinə birbaşa müdaxiləsi, mənzil-kommunal istismar sahələri rəislərinin, eləcə də digər yerli hakimiyyət strukturlarının vəzifəli şəxslərinin məntəqə seçki komissiyalarına gələrək seçicilərə təsir göstərməsi, seçici siyahısında olmayan seçicilərin seçki məntəqələrinə gətirilərək hakimiyyət namizədlərinin lehinə səs verməyə məcbur edilməsi, bir sıra seçki məntəqəsində komissiya sədrlərinin seçki qutularına topa şəkildə bülletenlər atması adi hala çevrilib. Eyni zamanda seçiçilərin şirnikləndirici vasitələrlə və pulla ələ alınması, dairə ərazisində qeydiyyatda olmayan şəxslərin səsverməyə cəlb edilməsi də geniş xarakter alıb”.

Seçki saxtakarlığına qarşı sonacan mübarizə aparacagını və 7 noyabr parlament seçkisinin nəticələrini tanımayacağını bəyan edən AMİP seçkini müşahidə edən bütün beynəlxalq qurumlara və təşkilatlara müraciət edərək onları saxtakarlıqlarla bağlı konkret mövqe nümayiş etdirməyə çağırır.



***



Noyabrın 8-də Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurası toplantı keçirib. “Media forum” saytının məlumatına görə, DUİ adından 7 noyabr parlament seçkisinin nəticələrinə ilkin qiyməti əks etdirən bəyanat qəbul olunub.

Bəyanatda deyilir: “DUİ 7 noyabr 2010-cu ildə baş verən hadisəni seçki hesab etmədiyini, qanun pozuntularının seçkiyə start verildiyi andan başladığını, nəticədə təyin olunan Milli Məclisdə müxalifət qüvvələrinin bütün variantlardan istifadə etməklə kənarda saxlanmasının demokratiya istəklərinə öldürücü zərbə kimi qiymətləndirir. DUİ bu cür antidemokratik, heç bir ölçüyə sığmayan, şou xarakterli və əslində seçki adlandırılması mümkün olmayan 7 noyabr parlament seçkisinə görə Azərbaycan hakimiyyətinin tarix qarşısında cavab verməli olacağını vurğulayır”.

Bəyanatda yeni parlament formalaşdığı zaman bu qurumun qeyri-legitim hesab ediləcəyi vurğulanır.

DUİ-yə Klassik Xalq Cəbhəsi, Azadlıq, Böyük Azərbaycan, Xalq, Milli Qurtuluş partiyaları daxildir.





Yorumlar









Aktif Ziyaretçi 49
Dün Tekil 1505
Bugün Tekil 1633
Toplam Tekil 4076414
IP 3.139.233.43






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu