Yeni dünya düzənində Türk Dövlətləri Birliyinin yaranma zərurəti - Zaur ƏLİYEV - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Yeni dünya düzənində Türk Dövlətləri Birliyinin yaranma zərurəti - Zaur ƏLİYEV
Tarih: 08.11.2010 > Kaç kez okundu? 4778

Paylaş


Azərbaycan MEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun elmi işçisi



Böyük Atatürk'ün "Eynən Osmanlı, eynən Avstriya-Macarıstan kimi, Sovetlər Birliyi də parçalana bilər" - sözləri XX əsrin son onilliyində həyata keçdi.







XX əsrin sonu XXİ əsrin əvvəllərindən başlayaraq dünyanın siyasi xəritəsində ciddi dəyişikliklər yaradan cahanşümul hadisə, Sovetlər Birliyinin dağılması: ikiqütblü sistemin bir qütblü ilə əvəz edilməsi, soyuq müharibənin terror və qanlı müharibələrlə əvəz edilməsi, qloballaşma prosesinin sürətlə inkişafı, yeni respublikaların və dövlətlərin yaranması və s. proseslərin inkişafı beynəlxalq münasibətlər sistemində modern nəzəriyyələrin və münasibətlərin yeni formullarını işləyib hazırlamağı labüd etdi. Müasir tarixin bu cahanşümul hadisəsinin ən mühüm nəticələrindən biri məhz dünya siyasi xəritəsinə bir sıra türk dövlətlərinin, türk respublikalarının çıxması oldu. Avrasiya kimi mühüm məkanda türkdilli dövlətlər ittifaqının formalaşması və Turan ideyasının gerçəkləşməsi barədə səslənən fikirlər, təbii ki, dünyanın qüdrətli dövlətləri tərəfindən birmənalı qarşılanmadı.



SSRİ adlanan birliyin yerində müstəqil Türk dilli dövlətlərin yaranması regionda Türkiyə dövlətinin nüfuzunun artması üçün xarici siyasət kursu yeritməsinə baxmayaraq Rusiya, Çin, İranla yanaşı Qərbin bir sıra dövlətlərinin iqtisadi və geosiyasi maraqlarının kəsişmə nöqtəsinə çevrildi. Sosializm sisteminin dağılması və kommunist ideologiyasının nüfuzdan düşməsi beynəlxalq münasibətlər sistemində yeni mühüm faktora çevrilməyə qadir olan Türk Dövlətləri Birliyinin formalaşması Qərb ölkələri ilə yanaşı, Türkiyə, Rusiya, İran, Pakistan və Çinin milli maraqları ilə sıx bağlıdır. Böyük bir məkanı əhatə edən və təbii-iqtisadi göstəricilərinə görə dünyanın siyasi xəritəsində güclü mövqeyə malik olan bu ərazinin birliyinin yaradılması Avropa, Amerika və Asiyanın aparıcı qüdrətlərinin bura daxil olan dövlətləri və əraziləri istismar etməsində güclü əngəllər meydana gələ bilər.



Qeyd edilən problemlərlə yanaşı dünya dövlətlərini narahat edən ən əhəmiyyətlisi din amilidir. Məlumdur ki, türk xalqları islam dininin daşıyıcılarıdır və bu qloballaşma pərdəsi altında Fukoyama və Hantinqtonun nəzəriyyələrini inkişaf etdirən Qərbin xristian gücləri Asiya mədəniyyətini, onun komponentləri olan dilini, musiqisini, ideologiyasını, bir sözlə, simvollarını “özünüləkişdirir” və acımasız halda assimilyasiya edir. Mərkəz rolunda çıxış etmək istəyən Qərb ucqar rolunda gördüyü Asiyanı və bu qitədə böyük məkana və gücə malik olan türk xalqlarının ərazilərini və dövlətlərini nəzarətdən kənar buraxmamağa çalışır. Qloballaşma prosesində mərkəz aktiv müdaxiləçi və nəzarəti, ucqar isə passiv müşahidəçi və təcridci (izolyasionist) müxalifətçidir. Ucqar, qloballaşma prosesinə fəal surətdə qoşulmaq imkanı qazanmayana qədər mərkəzdən asılı olur.



Məhz bu asılılığı saxlanması Türk Dövlətlər Birliyi adlanan məkanın yaranmasında sədlər çəkir. Tarixdən məlumdur ki, İslamın ilk passionar qüvvəsi olan ərəblər IX əsrə kimi (tam üç əsr) coşqunluqla irəlilədilər. Sonra yorulub yerlərini Orta Asiyadan gəlmiş türklərə verdilər. Türk passionarlığı XVI əsrə kimi davam etdi. Bu illərdə isə paralel olaraq, müsəlman torpaqlarındakı intellektual və mədəni mərkəzlərin süqutu istiqamətində müxtəlif strategiyalar işləyib hazırlamaqda idilər. Türk birliyinə zərbə vuran Sultan Bəyazid-Teymur, Şah İsmayıl - Sultan Səlim, Şah İsmayıl – Şeybani və digər qarşıdurmalar bu strategiyanın “uğurlu” nəticələri idi.



Zamanla Türkdilli dövlətlərin və onların əsas aparıcısı hesab edilən Türkiyənin parçalanması prosesinin uğursuz nəticələnməsi Qərb dövlətlərinin missionerlik siyasətinə əl atmasına imkanlar versə də bu gün bu siyasət türk insanlarının mənəvi-dini həyatının dəyişə bilməyir. Qərbin türk dünyasına qarşı strateji planlarında ən təhlükəli hədd hesab edilən Türkdilli Dövlətlərin Birliyi adlanan bir qurumun yaradılmadır.



Bunun üçün isə mütləq Geosiyasi maraqların kəsişməsindən məharətlə istifadə edərək türk milləti arasında psixoloji-ideolji işləri fəal aparmaqla belə bir birliyin yaranmasın reallığa çevirmək lazımdır. Bu işdə isə sayı 300 milyonu ötüb keçən türk millətinin həm dövlətlərinin həm də diasporunun birgə fəaliyyəti zəruri addımlardandır. Son zamanlar Avrasiya məkanında güclü dövlətlərin geosiyasi maraqlarının toqquşması Türk Dövlətləri Birliyi yaradılması ideyasının reallaşma imkanlarını artırıb. Dünyanın siyasi mənzərəsində yeni mühüm faktora çevrilməyə qadir olan Türk Dövlətləri Birliyinin formalaşması Qərb ölkələri ilə yanaşı, Türkiyə, Rusiya, İran, Pakistan və Çinin milli maraqları ilə sıx bağlıdır. Bu səbəbdən də əhəmiyyətli geosiyasi dəyişikliklər yarada biləcək həmin Birliyin meydana gəlməsi şərtlərinə hər bir dövlət öz maraqları prizmasından yanaşır. Belə bir ittifaqın yaranması ilk növbədə dünyada geosiyasi mənzərəni və güclər nisbətini kökündən dəyişə bilər, ona görə də hadisələrin iri dövlətlər tərəfindən diqqətlə izlənilməsi haradasa başa düşüləndir. Birliyin formalaşmasına təsir göstərən daxili və xarici amilləri gözdən keçirək.



Avrasiya məkanında önəmli geosiyasi mövqeyi və sosial, iqtisadi, siyasi inkişafına görə böyük gücü olan Türkiyədə turançılıq ideyası tarixən güclü olub. Hələ böyük Atatürkün xarici siyasətində "Sovetlər Birliyi idarəsi altında olan dili, inancı bir qardaşlarımıza sahib çıxmaq və bütünləşmək" - fikirləri müasir Türkiyənin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. 1980-ci ildən etibarən sosial-iqtisadi və siyasi-mədəni inkişafda böyük uğurlar əldə edən Türkiyə xarici siyasətində türkdilli dövlətlərlə əlaqəli yeni strateji xətlər cızıldı. Azərbaycan, Mərkəzi Asiya və Rusiya Federasiyasına daxil olan türk respublikaları ilə hərtərəfli əlaqələri 1981-ci ildən sonra inkişaf etdirməyə başlayan Türkiyə üçün bu siyasət yeni imkanlar açdı. Yeni iqtisadi inkişaflar geosiyasi nöqteyi-nəzərdən yeni dünya düzəninin müəyyənləşdirilməsində Türkiyənin rolunu artıra bilən bu xətt bəzi Qərb və Şərq dövlətləri tərəfindən birmənalı qarşılanmadı. Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla paralel olaraq, Rusiyanın türk respublikaları ilə qurulan əməkdaşlıqda bəzi boşluqların ortaya çıxması Türkiyənin nüfuzunun bir qədər zəifləməsinə səbəb olub.



Bu boşluğu yaradan səbəblər Türkiyənin Mərkəzi Asiya bazarı uğrunda rəqabəti də Çinə güzəştə getməsi, türkdilli dövlətlər üçün vahid sosial, siyasi və mədəni bazis hazırlanmaması, onların xarici aləmə çıxmasında passivlik göstərilməsi, birgə fəaliyyətin təmin edilməməsi və s. amillər idi. Əvvəlki geosiyasi mövqeyi və nüfuzu əldə etmək üçün Türkiyə rəsmiləri mütləq psixoloji, nəzəri və təşkilati hazırlıq əsasında digər amillərlə yanaşı, əmək resursları, təbii ehtiyatlar nəzərə alınmaqla, düzgün xarici siyasi kursu yeritməlidir. Regionun digər bir qüdrətli dövləti hesab olunan Rusiya çar imperiyası və Sovetlər Birliyinin bəzi xüsusiyyətlərini saxlamaqdadır. Regionda itmiş nüfuzunu bərpa etmək üçün Rusiya Azərbaycan və Mərkəzi Asiyada təsir qüvvəsini saxlamaqla yanaşı, idarəçiliyi altında qalan türk xalqlarını assimilyasiya etməyə çalışır. Bu prizmadan yanaşsaq, rus dilinin Mərkəzi Asiya və Azərbaycanda hələ də ünsiyyət vasitəsi kimi qalmasını yeridilən siyasətin bir parçası olduğunu görərik. İnadkarlıqla öz telekanallarının Azərbaycan və Mərkəzi Asiya regionunda yayım sonra Asiya regionunun ən qüdrətli dövlətinə çevrilən Pakistanın da türkdilli dövlətlərin bir araya gəlməməsində öz maraqları var.



Hələlik maddi və siyasi baxımdan elə böyük gücə malik olmayan Pakistan hazırda ABŞ və Səudiyyə Ərəbistanının maraqlarını, bu yolla öz mənafeyini regionda tədricən yeritməyə çalışır. Bu istiqamətdə din amilindən xüsusilə fəal istifadə edən Mərkəzi Asiyada da öz nüfuzunu artırmaq qəsdindədir. Təbii ki, türkdilli dövlətlərin ittifaqı yaranacağı təqdirdə Pakistan belə bir mühüm əraziyə təsirini itirə bilər, bu da, söz yox, onun milli maraqlarına uyğun gəlmir. Pakistan bu siyasətdən umduğu məqsədlərdən biri bölgədə əsas rəqibi olan İranın nüfuzunu zəiflətməkdir. Nüvə texnologiyalarının inkişafı üçün yeni komponentlər əldə etmək, Rusiya, İran, Türkiyə və Çin təsirinin qarşısını almaq məqsədilə Mərkəzi Asiyada hərbi bazalar yaratmaq da Pakistanın başlıca niyyətlərindəndir. Regionun ən qüdrətli dövləti olan Çin tarixən və hazırda da, türk dövlətlərinin ittifaqının əleyhdarı olub və olaraq da qalmaqdadır.



Hazırda Mərkəzi Asiya, türkdilli respublikalar içərisində Çin xüsusi xidmət orqanlarının fəal işlədikləri barədə tez-tez fikirlər söylənilir. Əslində, bunun həqiqiliyi olduqca ağlabatandır. Çin Böyük Turan ideyasının reallaşacağı təqdirdə uyğurlar üzərində idarəçiliyi və onlara aid böyük əraziləri itirmək qorxusu ilə üzləşə bilər. Bu səbəbdən də müxtəlif vasitələrlə həmin ideyanın ideya olaraq qalmasına çalışır. Bu istəyin tarixi əsasları, Böyük Çin səddinin yaradılmasına qədər gedib çıxan kökləri var. Türk birliyini əngəlləməklə Çin həm də Avropaya çıxış yolu olan məkanda ağalıq etmək, Qərbin ona təsirini neytrallaşdırmaq, regionun iqtisadi inkişafını nəzarətdə saxlamaq kimi niyyətlərini gerçəkləşdirmək əzmindədir. Son illər çinlilərin Azərbaycan və Mərkəzi Asiyaya geniş ayaq açması, bu ölkədən gələn iş adamlarının bölgədə güclü biznes qurmağa çalışması Çinin yürütdüyü məlum strateji xəttin təzahürləridir. ABŞ, Fransa, Almaniya və Böyük Britaniya türk dövlətlərinin ittifaqını NATO-ya, Avropa Birliyinə alternativ kimi qəbul edir. Onların əsas narahatçılığı Türkiyə-Qərb əlaqələrinin zəifləməsi, Türkiyəni daha çox şərqə yönəlik xarici siyasət yürüdəcəyi sarıdandır.



Bu isə Qərb dövlətlərinin geosiyasi maraqlarının bölgədə xeyli zəifləməsi deməkdir. Türkiyənin qərb yönümlü xarici siyasi xəttinin məhdudlaşdırılmaması üçün Qərb ölkələri Türk Dövlətləri Birliyinin əleyhinə çıxmağa, belə demək mümkünsə, məcburdurlar. Həmin dövlətlərin bu cür siyasi xətt yeritmələrini şərtləndirən əsas amillər Avrasiya məkanında Rusiya, İran və Çin təsiri sırasına Türk Birliyi faktorunun da əlavə olunmasının qarşısını almaq, islam-türk təsirinin güclənməsinə yol verməmək, Azərbaycan və Mərkəzi Asiyanın təbii sərvətləri üzərində nəzarət rıçaqlarını saxlamaqdır. Bu sıraya Qərbin dünya hegemonluğu ideyasının tam gerçəkləşməsi niyyətini də əlavə etmək mümkündür. Hazırda o qədər də açıq və fəal şəkildə təbliğ olunmasa da, iri dövlətlərin Türk Birliyinin formalaşmasını əngəlləmək yönündə gördükləri gizli və aşkar tədbirlər bu ideyanın reallaşmasının heç də fantastika, yaxud uzaq zamanların hadisəsi olmadığından xəbər verir. "XXI əsr türk əsri olacaq" - fikri bu mənada olduqca yerində səslənir. Fikirmiczə Türk Birliyinin yaradılması üçün zəruri hesab edilən aşağıdakı addımların atılması günümüzün ən aktual problemlərindən biridir.



· Dünya Türkləri Prezidentləri Məclisi, Türk–Azəri Diaspor Təşkilatları Rəhbərləri Konfederasiyası, Türk-Azəri Parlamentləri Bilriyi, Türk-Azəri Nazirləri Məclisi, Türk Dövlətlərinin Müdafiə və Təhlükəsizlik Şurasının və s. kimi qurumların təsis edilməsi;



· Türk- Azəri İqtisadi Forumu, Məclisi və Birliyinin Yaradılması, Xaricdə Türk-Azəri Biznesmenlər və İş Adamları Federasiyasının Təsisi, Türk Dünya Bankı, Türk Dünya Birjası, Türk-Azəri Diaspor Sahibkarlar Forumu və s.;



· Amerika, Avropa, Asiya və Avstraliya Türk-Azəri Diaspor Konqresləri, Federasiyaları və Konfederasiyaları ilə yanaşı ölkələrdə və şəhərlərdə müxtəlif birliklərin yaradılması və fəaliyyəti;



· Türk-Azəri İnformasiya Şəbəkəsinin, Agentliyinin, KİV-in və digər təbliğat vasitələrinin yaradılması;



· Siyasi-hüquqi və elmi-mədəni sahədə əməkdaşlıq etmək üçün Türk Dünyası Hüquqşünaslar Assosiasiyasının, Türk Elmi Araşdırmalar Mərkəzi, dünya Türk Mədəniyyət Ocağının və s. yaradılması və s.





Yorumlar









Aktif Ziyaretçi 54
Dün Tekil 1505
Bugün Tekil 1560
Toplam Tekil 4076341
IP 3.144.202.167






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.287 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu