Qələbəmə zərrə qədər şübhəm yoxdur - Vüqar BEYTURAN - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Qələbəmə zərrə qədər şübhəm yoxdur - Vüqar BEYTURAN
Tarih: 04.11.2010 > Kaç kez okundu? 3025

Paylaş




Vüqar Oruc (Vüqar Bəyturan):”31 saylı Suraxanı ikinci seçki dairəsindəki MKİS-lər Fərəc Quliyevin təbliğatını aparır”

7 noyabr 2010-cu il tarixdə keçiriləcək parlanment seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizəd, Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturanla(Bundan sonra Vüqar Oruc ) seçki kampaniyasının gedişini, digər namizədlərlərin və MQP liderinin şanslarını, bütövlükdə seçki prosesini dəyərləndirmək məqsədilə ona bir neçə sualla müraciət etdik. Vüqar Orucla müsahibəni oxucularımızın nəzərinə çatdırmazdan əvvəl onun bioqrafiyasını qısa şəkildə təqdim edirik.

Vüqar Əlövsət oğlu Oruc (Vüqar Bəyturan) 1975-ci ildə Azərbaycanın cənubunda, Masallı şəhərində dünyaya gəlib. Əslən Güney Azərbaycandan olan siyasətçi erkən yaşlarından milli azadlıq hərəkatına qoşulub. 1988-ci ildə ölkədə ilk gənclər təşkilatının yaradıcısı olub. 1992-ci ildə Türk Millətçi Gənclər Təşkilatının, 1998-ci ildə isə Türk Millətçi Partiyasının qurucusu və başqanı olan Vüqar Bəyturan partiyasının 10 il ərzində dövlət qeydiyyatına alınmaması və eyni ideoloji daşıyıcıları olduğu üçün Milli Qurtuluş Partiyası ilə birləşmək qərarı verir. 2008-ci ildə o, MQP-nin 3-cü Qurultayında partiyanın başqanı seçilir. Bundan başqa, Vüqar Bəyturan 2006-2008-ci illərdə 8 müxalifət partiyasını birləşdirən “Bizim Azərbaycan” Blokuna sədrlik edib. Ailəlidir, 2 övladı var.

- Vüqar bəy, 31 saylı Suraxanı seçki dairəsindən namizədliyinizi irəli sürmək hansı zərurətdən doğdu?

- Mən 4 ildir ki, Suraxanı rayonunda AB Yaşayış sahəsində yaşayıram, bu ərazidə yaşayan insanların problemlərinə, dərdlərinə bələdəm, bilirəm ki, seçicilərimin əksəriyyəti zəhmətkeş, sadə vətəndaşlardır. 2005-ci ildə tanınmış hüquqşunas İlqar Altayın seçki qərərgahına rəhbərlik etmişəm, 2006-cı ildə təkrar seçkilərdə isə öz namizədliyimi irəli sürmüşəm. Burada partiyamızın çoxlu tərəfdarları, mənə qohum olan Güney Azərbaycanlı, Borçalılı sakinlər və doğulub boya-başa çatdığım Cənub bölgəsindən olan seçicilərim var.

- Bəzi mətbuat orqanları iddia edir ki, bu dairədə olan namizədlər AXCP sədrinə görə namizədliklərini irəli sürüblər...

- AXCP sədri Əli Kərimli həmin dairədən 2005-ci ildə namizəd olub, bu dəfə isə mən ondan qabaq dairə seçki komissiyasına müraciət etmişəm. Bir dəfə demişəm və yenə də təkrar edirəm ki, hər hansı dairə kiminsə adına yazılmayıb, istənilən şəxs öz arzu etdiyi yerdən namizədliyini irəli sürə bilər. Əgər demokratiyadan danışırıqsa, kiminsə qarşısında seçilib-seçmək məhdudiyyəti qoya bilmərik. Digər namizədlərə gəlincə isə, bəzi hallarda qeyd etdiyiniz nüans hiss olunur. Təəsüflər olsun ki, bu rayonda yaşamayan, ciddi platforması, sosial dəstəyi olmayan namizədlər də var. Onların çıxışları, təbliğatları öz platformalarını əhatə etmir, əksinə başqa namizədin bilərəkdən, ya da bilməyərəkdən təbliğatına xidmət edir.





- İctimai Televiziyada dairənizin namizədlərinin iştirak etdiyi debatdan razı qaldınızmı?

- Bilirsiniz, hər bir şəxs ilk növbədə özünə cavabdehdir. Mən digər çıxışlara geniş münasibət bildirmək istəməzdim. Sadəcə onu demək istəyirəm ki, ümumi səviyyə nə öz dairəmizdə, nə də digər dairələrdə qənaətbəxş deyil. İlkin normal olmayan namizədə cəmi 4 dəqiqə vaxtın verilməsidir. Namizəd bilmir ki, bu vaxt ərzində özünü təqdim etsin, platformasını danışsın, yoxsa ona ünvanlanan replikaları cavablandırsın. Debatlar göstərdi ki, hakimiyyətin cəmiyyəti qeyri-siyasiliyə istiqamətləndirməsi mənfi mənada öz bəhrəsini verib. Nəinki xalqın, hətta siyasilərin də siyasi maarif səviyyəsində ciddi dəyişikliklər baş verib. Üzündən oxumağı belə bacarmayan namizədlər isə prosesin gözdən salınmasına xidmət edir.

- Vüqar bəy, həm digər namizədlərin, həm də sizin çıxışınızda Əli Kərimlinin adının hallanmasının səsəbi nə idi?

- “Yeni Müsavat” qəzetinin 26 oktyabr sayında “Vüqar Bəyturan Əli Kərimlini ən şanslı namizəd sayır” başlıqlı yazı verildi. Həmin yazıda güya debat zamanı mənim öz namizədliyimdən Əli Kərimlinin xeyrinə imtina edəcəyim barədə məlumat əksini tapmışdı. Jurnalist mənim mövqeyimi öyrənmədən bu informasiyanı vermiş və bununla da seçicilərimin yanlış məlumatlandırılmasına səbəb olmuşdu. Mənə saysız-hesabsız zənglər gəlirdi və namizədliyimin geri götürəcəyim haqqında informasiya çaşqınlıq yaratmışdı. Mən bu yazıda verilən informasiyanı təkzib etsəm də, sözügedən qəzet bunu işıqlandırmadı. Məcburən mən də bunu İTV-də canlı yayım zamanı dedim ki, seçicilərim də sakitləşsin. Əli Kərimli ilə onun öz təşəbbüsü ilə baş tutan görüşdə AXCP sədrinə namizədliyini mənim xeyrimə geri götürməsi təklifini etməyim, qarşı tərəfin mətbuat vasitəsilə mənə qarşı əks-təbliğat aparmasının cavabı olmaqla yanaşı, həm də reallığa söykənən bir addım idi. Çünki, Əli Kərimlinin qələbə şansı 2005-ci ildəkinə nisbətən çox aşağıdır və mənim şansım isə bütün namizədlərdən yüksəkdir. Təsadüfi deyil ki, 12 namizəd içərisində Əli Kərimli təkcə mənimlə görüşüb və xahiş edib ki, ona problem yaratmayım. Bu mənim gücümün etirafı və təsdiqidir.

- Hafiz Hacıyev və Əhəd Abıyev Əli Kərimlini təhqir edəndə sizin müxalifət nümayəndəsi kimi onlara cavab verməməyinizi qınayanlar da var...

- Mən debatda namizəd kimi iştirak edirdim, AXCP sədrinin vəkili kimi yox. Onlara cavab versəydim, 4 dəqiqə ərzində özüm, platformam və fikirlərim barədə seçicilərimə nə deyə biləcəkdim? Məni qınayanlar yalnız Əli Kərimlinin tərəfdarlarıdır və mən onların durumunu başa düşürəm. Yaxşı olardı ki, İsa Qəmbərdən nümunə götürüb, Əli Kərimli də debata qatılaydı, özünü müdafiə etmək imkanı əldə edəydi. Mən həm də o səviyyəyə enib, o cür söhbətlərə qarışmağın da əleyhinəyəm.







- Bir neçə gün əvvəl ölkə başçısına müraciət ünvanlamısınız. Müraciətdə dairə ərazisindəki qanun pozuntularından bəhs edibsiniz...

- 7 noyabr tarixində keçiriləcək parlament seçkilərində iştirak etmək qərarını verəndə düşünürdüm ki, seçkidə iştirak edən tərəflərə bərabər şərait yaradılacaq, demokratik mübarizə prinsipləri qismən də olsa, qorunacaq. Təəsüflər olsun ki, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyimi irəli sürəndən bu günə kimi fərqli münasibət və ayrı-seçkiliklə qarşılaşmışam. MSK-nın qanuna hörmətlə yanaşan üzvlərinin dəstəyi ilə namizədliyimin qeydiyyata alınması qarşısında yaradılmış süni əngəllər aradan qaldırılsa da, təbliğat-təşviqat kampaniyasında hüquqlarım kobud şəkildə pozulub. Məntəqələr qarşısında vurulan lövhələrdə şəklim əks olunan təşviqat plakatları Mənzil İstismar Sahələrinin işçiləri tərəfindən cırılır, bəzilərində ad və soyad hissələri qoparılır ki, bu da seçicinin kimə səs verməsində çətinlik çəkməsi məqsədilə həyata keçirilir. Dairə ərazisində mənə rəğbəti olan seçicilərin çoxluq təşkil etməsi bitərəf kimi qeydiyyatdan keçmiş, amma Bakı İcra Hakimiyyətinin, dəqiqliyi ilə desək, Mənzil Kommunal İstismar Sahələrinin namizədi olan Fərəc İbrahim oğlu Quliyevin narahatlığına səbəb olmuş, onun və MKİS-lərin birgə fəaliyyəti nəticəsində mənim təşviqat materiallarıma ciddi ziyan vurulmuşdur. Quliyevin qərərgahının ətrafına Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən asfalt döşənməsi, obyekt sahiblərinə onun təşviqat materiallarını yerləşdirmək tapşırığının verilməsi, MİS-lərdən evlərə zəng vuraraq, seçicilərə 7 noyabrda Fərəc Quliyevə səs veməsi tapşırılması belə bir fikir formalaşdırıb ki, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyası rəsmən namizəd irəli sürməsə də, keçmiş siyasi dustaq YAP-ın qeyri-rəsmi namizədidir. Mən bütün bu faktları ölkə prezidentinə, MSK sədrinə və adı hallanan Bakı Şəhər İcra Hakimiyyəti Başçısına ünvanladığım məktubda qeyd etmişəm və qanunsuzluqların dayandırılmasını istəmişəm.

- Təbliğat-təşviqat kampaniyasının gedişindən razısınızmı?

- Mən digərləri kimi nə hakimiyyət, nə də xarici ölkələr tərəfindən maliyyələşdirilirəm. Partiya üzvlərimizin fədakarlığı və seçicilərin dəstəyi ilə seçki kampaniyasını başa vururam. Maddi sıxıntılar daha geniş təbliğat-təşviqat işi aparmağa imkan verməsə də, nəticədən çox razıyam. Maddi çətinliklər ucbatından dünən seçki kampaniyasını dayandırmalı oldum, seçki saxtakarlığına hazırlıqla bağlı xəbərdarlıqlarıma məhəl qoyulmasa, seçkini müşahidə üçün təyin etdiyim 17 müşahidəçi də prosesdən imtina etməklə öz etirazını bildirəcəklər. Bütün vasitələrdən istifadə olunacaq ki, dairəmdə seçki saxtakarlığına imkan verilməsin, səslərim oğurlanmasın. Bəzi namizədlərlə də bu barədə danışıqlar aparılır ki, qanunsuzluqlara qarşı birgə müqavimət təşkil olunsun. Onu vurğulamaq istərdim ki, seçki qərərgahımın hesablamalarına görə, seçkiyə müdaxilə olmasa, 7 noyabrda ən çox səs alan namizəd mən olacağam.



- Seçki günü yaxınlaşır. Sizin fikrinizcə, nəticələr necə olacaq?



- Bu seçkilərdə məni Klassik Xalq Cəbhəsi, Azadlıq, Böyük Azərbaycan, Xalq və Milli Qurtuluş Partiyalarının daxil olduğu Demokratiya Uğrunda İttifaq, eləcə də müttəfiqlərimiz olan Azad Azərbaycan, Xalq Qurtuluş, Demokratik Şəxsiyyətlər, Türk Dünyasının Birliyi, Azərbaycan Fədailəri, Böyük Millət Partiyaları da dəstəkləyib. Yaşadığım AB Yaşayış sahəsi ən çox seçicinin olduğu ərazidir və burada da əksəriyyət məni dəstəkləyir. Seçki kampaniyamda həm Yeni Günəşlidə, həm də Qaraçuxur qəsəbəsində yaşayan Borçalı kökənli seçicilərimiz çox aktiv iştirak edir. Əslən Güneyimizdən olan soydaşlarımız və respublikamızın cənub zonasından seçicilərim böyük dəstəyini hiss edirəm. Qərbi Azərbaycanlılar , Qarabağlı və digər dilbər guşələrimizdən olan sadə vətəndaşlar mənə öz namizədləri kimi yanaşır. Bütün bunlar onu göstərir ki, nəticələr mənim xeyrimə olacaq və mən qalib gələcəyəm. Hakimiyyətin bu qələbəni tanıyıb-tanımamasına, ya da seçkilərin saxtalaşdırılması variantına gəlincə, bu gün açıqlamadığım, amma çox ciddi təsirə malik olacaq addımlar planlaşdırmışıq.



- Seçicilərinizə bizim vasitəmizlə nə demək istərdiniz?

- Çox dəyərli seçicilərimə müraciət edib, demək istəyirəm ki, seçkiyə gəlməsəniz, əvəzinizdən atılacaq bülletenlər bir daha beş il ərzində layiq olmayan şəxsin millət vəkili adını daşımasına səbəb olacaq. Problemləriniz həll olunmamış, arzularınız həyata keçməmiş qalacaq. Səsiniz oğurlanacaq və qürurla deyə bilməyəcəksiniz ki, mənim millət vəkilim var. Amma seçkiyə qatılsanız, səs versəniz, yaxınlarınızı, doğmalarınızı bu işin vətəndaşlıq borcu olmasına inandıra bilsəniz, heç bir qüvvə seçkilərin nəticələrini saxtalaşdıra bilməyəcək. Saxtalaşdırma arzusunda olanlar və bütün seçkiləri saxtalaşdıranların ən böyük arzusu Sizlərin seçki məntəqələrinə gəlməməyinizdir. Onların arzusunu gerçəyə çevirməyin! Seçkilərdə fəal olun ki, haqqınız bir daha tapdanmasın! Sizlər seçkiyə gəlsəniz, qələbəmə zərrə qədər şübhəm yoxdur!









Yorumlar









Aktif Ziyaretçi 40
Dün Tekil 1947
Bugün Tekil 625
Toplam Tekil 4077354
IP 52.14.121.242






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu