“Düşünmürəm ki, milliyyətçi namizədlərə xüsusi qərəz olsun” - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









“Düşünmürəm ki, milliyyətçi namizədlərə xüsusi qərəz olsun”
Tarih: 02.11.2010 > Kaç kez okundu? 2999

Paylaş




Bakı, AzerHasret.com, 02.11.2010 – Son günlər Azərbaycanda və ondan kənardakı bəzi kəsimlərdə qapalı şəkildə ölkə hakimiyyətinin milliyyətçi kəsimdən olan deputatlığa namizədlərə qarşı xüsusi əngəllər yaratması haqqında plan tətbiq etməsi barədə fikirlər dolaşmaqdadır. Hətta Facebook sosial şəbəkəsi vasitəsilə bəzi şəxslər prezident İlham Əliyevin guya milliyyətçi namizədlərə qarşı mümkün olan bütün əngəlləri yaratmaq haqqında göstəriş verdiyi barədə fikirləri tirajlamaqdadır. İddia edilir ki, bu hakimiyyət Milli Məclisə bir nəfər olsun belə türk milliyyətçisinin seçilməsinə izn verən deyil.



Məsələyə münasibət bildirən 34 saylı Xətai II seçki dairəsindən deputatlığa namizəd Azər Həsrət belə fikirləri əsassız saydığını bildirir: “Şəxsən mənə də Facebook şəbəkəsindəki Türkiyədən, müxtəlif Avropa ölkələrindən, Orta Asiya və Rusiya ərazisindən olan dostlarım müraciətlər edirlər. Xüsusən də bu fikirlər ortaya atıldıqdan dərhal sonra kimlərsə onları tirajlayaraq ortalığı qarışdırmağa çalışır. Elə ilk gündən mən həmin fikirləri dövriyyəyə buraxan adamları öz dostlarım siyahısından silib birdəfəlik əngəlləmişəm. Çünki düşünmürəm ki, bu cür fikirlərin hər hansı əsası olsun”.



Əsası olmayan fikirləri kimin və nə məqsədlə yaymaq yolu tutduğuna da münasibət bildirən Azər Həsrət deyib ki, “görünür Azərbaycan hakimiyyətini və prezident İlham Əliyevi antitürkçü kimi qələmə verənlər yenə də hərəkətə keçiblər. Uzun illərdir ki, şəxsən mən prezident İlham Əliyevin türk milliyyətçiliyinə qarşı olmadığını, əksinə türk birliyi üçün mümkün olan hər şeyi etdiyini sübuta yetirməyə çalışıram. Hətta bir neçə il öncə xüsusən də Türkiyədə belə bir rəy vardı ki, Azərbaycan dövləti antitürk hakimiyyətin əlindədir. Mən çoxsaylı səfərlərim və görüşlərim sonucu oradakı siyasi dairələrə izah edə bildim ki, Azərbaycan hakimiyyəti haqqında yaradılan bu fikirlərin heç bir əsası yoxdur və əksinə, prezident İlham Əliyev və onun komandası türk xalqlarının yaxınlaşması və türk birliyinin qurulması üçün bütün türk dövlətlərindən artıq çalışır. Belə olan şəraitdə prezidenti antitürkçü olmaqda ittiham eləmək ədalətsizlikdir”.



Milliyyətçi namizədlərə problem yaradılmasının əsassız olduğunu Azər Həsrət bir amillə də təsdiq edir: “Bu gün hər kəs bilir ki, istər ölkə içində, istərsə də bütövlükdə türk dünyasında bu seçkilərin milliyyətçi favorit namizədi olaraq hamı məni görür. Özü də hamı artıq o qənaətə gəlib ki, mən mütləq deputat seçiləcəm. Belə olan şəraitdə gərək idi ki, hakimiyyət mənimlə bağlı açıq əngəllər törədəydi. Ancaq mən bütün seçki prosesində heç bir əngəllə qarşılaşmamışam, əksinə, dairə ərazisindəki ictimai rəydə hətta hakimiyyətin mənim deputat seçilməyim üçün şərait yaratdığı haqqında rəylər dolaşmaqdadır. Sözümün canı odur ki, şəxsən mən ən fəal milliyyətçi namizəd olaraq heç bir əngəllə qarşılaşmıram”.







Yorumlar









Aktif Ziyaretçi 46
Dün Tekil 1505
Bugün Tekil 1030
Toplam Tekil 4075811
IP 18.188.40.207






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu