Lissabondakı Qarabağ qalmaqalı Astanada təkrarlana bilərmi? - Elxan ŞAHİNOĞLU - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Lissabondakı Qarabağ qalmaqalı Astanada təkrarlana bilərmi? - Elxan ŞAHİNOĞLU
Tarih: 30.10.2010 > Kaç kez okundu? 3000

Paylaş


Elxan Şahinoğlu, «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri,



Həştərxan bəyannaməsinə riayət olunacağını söyləmək də çətindir

Rusiya prezidenti Dmitri Medvedev Dağlıq Qarabağ münaqişəsi və onun həlli yollarına marağını azaltmayıb. Kreml sahibi Azərbaycan və Ermənistan prezidentlərini bu il üçüncü dəfə bir araya gətirdib. Ancaq bu görüşlər münaqişənin həllini zərrə qədər də yaxınlaşdırmır. Əksinə, Ermənistan prezidenti Serj Sarkisyan bir sıra hallarda rusiyalı həmkarının dəstəyinə arxalanaraq əvvəlki razılaşdırılmış prinsiplərdən də geri çəkilir.



MOSKVANIN VASİTƏÇİLİYİ İŞƏ YARAMIR



Prezidentlərin son Həştərxan görüşündə qarşıduran tərəflər əsirlərin və meyitlərin dəyişdirilməsinə dair ortaq bəyannamə imzaladılar. Ancaq bu bəyannamənin mürəkkəbi qurumamış bölgədə atəşkəs yenə pozuldu, Azərbaycan bir hərbçisini itirdi. Medvedevin vasitəçiliyi ilə iyun ayında Sankt-Peterburq görüşündən sonra da belə olmuşdu. Görüşdən bir neçə saat sonra atəşkəsin pozulması halları intensivləşmiş, hər iki tərəfdən ölən və yaralananlar qeydə alınmışdı. Bütün bunlar ondan xəbər verir ki, Moskvanın vasitəçiliyi işə yaramır.



Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri artıq ikinci ortaq bəyannaməyə imza atıblar. Birinci bəyannamə 2008-ci ildə imzalanmışdı. Azərbaycan və Ermənistan prezidentləri həmin bəyannamədə sülh prosesini sürətləndirəcəklərinə və atəşkəsə riayət etməyə boyun olurdular. Ancaq bu müddətdə nə sülh danışıqları irəliləyib, nə də atəşkəsə riayət olunub. Əksinə, bu iki ildə toqquşmalar intensiv xarakter alıb, hər iki tərəfdən onlarla ölən və yaralanan var. Odur ki, Həştərxan bəyannaməsinə riayət olunacağını söyləmək də çətindir. Separatçılar Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun meyitini qaytarmağa həvəsli deyillər. Onlar açıqlamalarında söyləyirlər ki, Mübariz İbrahimovun dəfn prosesi Azərbaycanda patriotik eyforiyanı bir az da artıracaq və buna görə meyiti qaytarmaq olmaz.

Lissabon sammiti, 1996

Bizi separatçıların mövqeyi narahat etməməlidir. Bizi Rusiya prezidentinin elə ilk gündən erməni həmkarına Həştərxan bəyannaməsini pozmasına şərait yaratması narahat etməlidir.



LİSSABONDA NƏ OLMUŞDU?



Kreml sahibinin narahatlığı isə fərqlidir. Rusiya prezidentinin azərbaycanlı və erməni həmkarlarını növbəti dəfə bir araya gətirməkdə bir başqa məqsədi ATƏT-in bir ay sonrakı Astana zirvə toplantısının sakit və rəvan keçməsini təmin etməkdir. 1996-cı ildə ATƏT-in Lissabon sammitində əsl qalmaqal yaranmışdı. Ermənistan prezidenti yekun sənəddən Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli maddəsinin çıxarılmasına nail olmuşdu. Belə olan halda da Azərbaycan prezidenti ümumilikdə, ATƏT-in yekun sənədinin qəbuluna veto qoyacağını açıqlamışdı. Bundan sonra aləm bir-birinə dəymişdi. ATƏT-də qərarlar konsensus əsasında qəbul olunduğundan böyük dövlətlərin liderləri Ermənistan prezidentinə deyil, Azərbaycan prezidentinə təzyiq edirdilər ki, yekun sənəd qəbul olunsun.



Sonda Azərbaycan prezidenti ATƏT sədrinin adından yayılan bəyannamə qarşılığında veto israrından geri çəkilmişdi. Məcburiyyət xarakteri daşımayan həmin bəyannamədə 3 bənd var idi:



1. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;



2. Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusunun verilməsi;



3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı.



Astanada Azərbaycan-Ermənistan gərginliyi Rusiya prezidentinin il yarımdakı fəallığının bir qara qəpiyə dəymədiyini üzə çıxaracaq

Azərbaycan hakimiyyətində böyük sevinclə qarşılanan bu bəyannamə sonrakı aylarda gərəksiz kağız parçasına çevrilərək unuduldu.



ASTANADA NƏ OLA BİLƏR?



İndi Kreml ehtiyat edir ki, Azərbaycan prezidenti Lissabonda olduğu kimi, Astanada da Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli maddəsinin yekun sənəddə vurğulanmasına çalışsın. Bu isə növbəti Azərbaycan-Ermənistan qarşıdurmasına yol aça bilər ki, Kreml iki dövlət arasında seçim qarşısında qalmaq istəmir. Digər tərəfdən, Astanada Azərbaycan-Ermənistan gərginliyi Rusiya prezidentinin il yarımdakı fəallığının bir qara qəpiyə dəymədiyini üzə çıxaracaq. Ona görə də Medvedev Astanada onu gözləyə biləcək fiaskonun qarşısını almaq üçün Həştərxan bəyannaməsi vasitəsilə Azərbaycan və Ermənistan prezidentlərini gələcək qarşıdurmadan çəkindirməyə çalışır.



Belə olan halda Azərbaycan prezidenti İlham Əliyevin iki yolu var: o ya rusiyalı həmkarı ilə münasibətləri gərginləşdirməmək məqsədilə Astana zirvəsinin sakit və rəvan keçməsini əngəlləməməli, ya da əksinə, dünyanın diqqətini Azərbaycanın ərazi bütövlüyünə bir daha cəlb etmək üçün hətta veto hüququndan istifadə etməlidir. Seçim Azərbaycan prezidentinindir.



Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.





Yorumlar









Aktif Ziyaretçi 26
Dün Tekil 1787
Bugün Tekil 1549
Toplam Tekil 4069470
IP 13.59.234.226






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu