Bir"90 Deqiqe"nin Düşündürdükləri və ya “Türkiyə 2 : 0 Abdullah Gül” - Dr. Elnur Nəsirov - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Bir"90 Deqiqe"nin Düşündürdükləri və ya “Türkiyə 2 : 0 Abdullah Gül” - Dr. Elnur Nəsirov
Tarih: 31.12.2008 > Kaç kez okundu? 3145

Paylaş


Qorxu sehr qədər təsirlidir

Atilla

Urfalı Matvey (Matheos/Mattew) adlı bir erməni keşişi özünün salnaməsində Böyük Səlcuq İmperatorluğunun iki banisindən biri olan Çağrı bəyin (digəri onun qardaşı Toğrul bəydir) 1016-1021-ci illərdə Orta Asiyadan Anadoluya tərtib etdiyi hərbi səfəri qeyd edərkən deyirdi: “Həmin il bizim ölkəmizə yel kimi uçan atlarının üstündə, əllərində uzun nizələri, çiyinlərində oxları və yayları olan və qadın kimi uzun saçları olan cəngavər bir qövm (millət) gəldi. Aman ya Rəbb, onlar nə qədər qorxunc idilər”. Həmin vaxta qədər heç türk döyüşçüsü ilə qarşılaşmamış erməni ordusunda, üstlərinə yağış kimi yağan oxların yatdığı dəhşət səbəbi ilə, başlayan panika ağır məğlubiyyətə səbəb olmuşdu. Bəli, erməni keşiş Matveyin dediyi bu “qorxunc” millət Çağrı bəyin oğuzları idi və 3000 nəfərlik oğuz süvarisi erməni Vaspurakan çarlığının ərazisini cəmi bir gün ərzində fəth etmişdilər. Keşiş Matvey bunu Tanrının öz məllətinin günahları ucbatından onların üzərinə göndərdiyi bir bəla olduğunu deyirdi. Daha sonra bu “bəla” ermənilər üçün böyük bir nemətə çevrildi. Salnaməçisi Matvey Çağrı bəyin nəvəsi, 3-cü Səlcuq imperatoru Məlikşah haqqında isə belə yazırdı: “Həmin il yerüzünün ağası sultan Məlikşah bizanslıların ölkəsinə ordu yeritdi. Onun qəlbi xristianlara qarşı şəfqət və yaxşılıqla dolu idi. Fəth etdiyi ölkələrin əhalisinə qarşı ata kimi rəftar etdi. O, İsaya itaət edənlərə qarşı mərhəmətli idi. Onun gəlişi erməni xalqına rifah və xoşbəxtlik gətirdi”. Həmin erməni salnaməçi Sultan Məlikşahın vəfatı münasibəti ilə belə yazırdı: “Hamımızın atası, bütün insanlara qarşı mərhəmətli və xoş niyyət sahibi olan sultanın ölümü bütün dünyanı yasa boğdu”.

Bu hadisələrin üzərindən doqquz əsr keçdi. Keçən bu 900 il ərzində ermənilər sırf türklərin sayəsində dillərini, dinlərini, məzhəblərini, ənənələrini, qısacası sahib olduqları maddi-mənəvi hər bir şeylərini bu günə qədər qoruyub saxlaya bilmişdilər. Məzhəb məsələsini xüsusi vurğulamaq istəyirəm, çünki pravoslav yunanlar qriqorian erməniləri dəfələrlə məzhəb dəyişməyə məcbur etmiş, bundan ötrü kütləvi qırğınlar törətmiş və erməniləri sürgün etmişdilər.

Lakin XIX əsrin ortalarından sonra hər şey dəyişdi. Sehrin təsiri itdi. I dünya müharibəsi vaxtı Rus, ingilis və fransız ordusuna qoşulan Anadoludakı erməni könüllüləri 80 mindən artıq türkü və kürdü qətlə yetirdilər. Bunların böyük əksəriyyəti qadınlar, uşaqlar və qocalardan ibarət dinc əhali idi. Kişi əhali səfərbərliyə alınmışdı. Müdafiəsiz qalan müsəlman kəndləri isə erməni könüllülərinin əsas hədəfinə çevrilmişdi. Sehrin təsirini geri qaytarmağa ciddi ehtiyac duyulanda isə bir az gec idi artıq. Vətəndaşı olduqları Osmanlı dövlətinə xəyanət edən erməni əhalinin təhlükəsizliyini təmin etmək üçün dövlət onları ölkənin daha təhlükəsiz yerlərinə, Suriya və Livana köçürmək məcburiyyətində qaldı. Bu köçürmə vaxtı təqribən 40 min erməni müxtəlif səbəblərdən öldü. Ermənilərin soyqırım qurbanı dedikləri, həmin bu köçürmə vaxtı çoxu xəstəliklər və aclıq ucbatından, az bir qismi isə yollarda türk intiqamçılar tərəfindən öldürülən ermənilərdir. Bu hadisə sehrin təsirinin qismən bərpa olunmasına səbəb olmuşdu. Ermənilər bəlkə özləri də fərqində olmadan öz zehnlərində və qəlblərində qorxunc bir türk obrazı yaratdılar. Bu obraz deyəsən bu ayın 6-sına qədər yaşayırdı. “Getsin-getməsin” mübahisələri davam edərkən Abdullah Gülün İrəvan səfəri gerçəkləşdi. Bu baş verdi, lakin əsas olan bundan sonra baş verəcəklərdir. 2009-cu ildə S. Sarqisyan Abdullah Gülün qonağı olaraq Ankaraya dəvət edilib. Bu səfərdən sonra artıq iki ölkənin bir-birlərinin paytaxtında konsulluq açmamaları üçün heç bir səbəb qalmayacaq. Sərhədlərin nə vaxt açılacağını dəqiq demək mümkün olmasa da bu hər halda elə də uzun vaxt tələb etməyəcək. Türkiyədə işləyən 60 minə yaxın Ermənistan vətəndaşı artıq viza və qeydiyyat problemlərini asanlıqla həll edə biləcəklər. Bir neçə il sonra Türkiyədə çoxlu erməni gəlinlər peyda olacaq. Bir müddət sonra atası türk olan balacaların erməni xalaları və dayıları Türkiyədə rahatlıqla hərəkət edə biləcəklər. Müştərək şirkətlər, Türkiyədə geniş imkanlara sahib erməni iş adamları və.s.

Artıq bundan sonra Xocalı Soyqırımı sadəcə tarixin acı bir xatirəsinə çevriləcək. Eynən “31 mart” kimi. Bir neçə il sonra Türkiyə parlamentinə bu haqda təklif belə edilməsi mümkün olmayacaq. Çünki bu inkişaf etməkdə olan Türkiyə-Ermənistan əlaqələrinə xələl gətirə bilər. Əslində bunun həqiqətən bir soyqırım olduğu heç Azərbaycan parlamentində də tanınmayıb.

Ölkəmizdə A. Gülün bu səfərini “vəfasızlıq” kimi qiymətləndirənlər də oldu. Məncə tam əksinə idi. Bundan başqa vəfadan danışmağa haqqı olmayan biri varsa o, da bizik. Səbəbini aşağıda qeyd edəcəyəm. Lakin Abdullah Gülü və ya onun simasında Türkiyəni vəfasızlıqda ittiham etmək qəti doğru deyil. Türkiyə və onun iqtidarı əhdinə vəfalı bir hərəkət etdi. Türkiyə NATO-nun üzvü və ABŞ-ın strateji müttəfiqidir. Bu ittifaqa daxil olarkən Türkiyə üzərinə bir sıra öhdəliklər götürmüşdür. Müttəfiqlərin bir-birinə xarici siyasət sahəsində kömək etməməsini vəfasızlıq adlandırmaq olar ki, Türkiyə bunun tam əksini edib. A. Gülü nədə isə ittiham edənlər bu günlərdə Bakıda olan Qoran Lenmarker və D. Cheneyi də ittiham edirlərmi görəsən? Q. Lenmarker: “Aİ Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir” deyəndən sonra ona verilən sualı belə cavablandırmışdı: “Azərbaycan Dağlıq Qarabağ məsələsində kompromisə getməlidir”. D. Cheney isə belə deyirdi: “Bu gün Dağlıq Qarabağ probleminin həllinə hər zamankından daha çox ehtiyac duyulur”. Maraqlıdır deyilmi? Məsələn 3, 5 və ya 7 il bundan əvvəl kim ehtiyac duymurdu? Azərbaycan respublikası? Yoxsa qaçqın düşmüş azərbaycanlı əhali? Yoxsa D. Cheney və ABŞ hökuməti? Yəqin ki, sonuncusu. ABŞ bu gün Rusiyanı Qaradənizdən sıxışdırıb çıxarmaqdadır. Qaradənizə sahili olan altı dövlətdən sadəcə Rusiya NATO xaricindədir. Türkiyə, Bolqarıstan və Rumıniya NATO üzvüdür. Ukrayna və Gürcüstan isə real namizəddirlər. Beləcə Qaradəniz artıq bir NATO gölünə çevrilməkdədir. Rusiyanın 300 illik Qaradəniz ağalığı beləcə sona çatır. Rusiya rəsmilərinin bir neçə il bundan əvvəl açıq şəkildə ifadə etdikləri “Ermənistan Rusiyanın fortpostudur” sözünü yəqin ki, bir çoxları xatırlayır. Bu fortpostu, yəni sərhəd qalasını, istehkamı ələ keçirmək ABŞ üçün həyati əhəmiyyət daşıyır. Rusiyanın Zaqafqaziyadakı hərbi-siyasi varlığına son qoymadan regionu tam nəzarət altına almaq, beləcə Xəzər hövzəsinin, buradakı enerji nəqliyyatının təhlükəsizliyini təmin etmək mümkün deyil. Bundan başqa Gürcüstan müharibəsi bir şeyi açıq və aydın şəkildə ortaya qoydu. İrana ehtimal ABŞ hücumu gerçəkləşəndən sonra buradakı xalqların milli azadlıq mübarizəsinin qarşısını almaq xeyli çətin olacaq. Yəni İrandakı mövcud rejimin hərbi yolla dəyişdirilməsindən sonra artıq İranın ərazi bütövlüyündən danışmaq mümkün olmayacaq. Hər şeydən əvvəl buradakı kürdləri artıq bütöv İranın onların vətəni olduğuna inandırmaq müşkülə çevriləcək. Şimali İraqdakı yerli kürd hökuməti buna bir nümunə göstərilə bilər. Cənubi Azərbaycan türkləri də təbii ki, öz hüquqlarını tələb edəcəklər. Cənubi Azərbaycanın tam və ya yarı müstəqilliyi Ermənistanı türk “dənizində” kiçik bir “adaya” çevirə bilər. Qərb, şərq və cənubdan türklərlə, şimaldan isə türklərdən asılı olan Gürcüstanla əhatə olunmuş Ermənistandan Dağlıq Qarabağı qışın sərt çağında bir neçə litr yanacağa belə almaq mümkün hala gələcəkdi. Çünki hamının xatırlayacağı kimi Gürcüstanın Kaspi rayonundakı dəmiryolu körpüsü partladılandan sonra Ermənistana bu yolla aparılan yanacağın nəqli dayanmış və bu ölkədə ciddi yanacaq qıtlığı yaranmışdı. “Bir neçə litr yanacaq” böyük bir mübaliğə oldu, amma hər halda mümkünsüz bir şeydən danışmırıq. 6 sentyabrda bu ehtimal mühasirə yarıldı. Çünki ABŞ buna heç vaxt razı olmazdı. Kiçilmiş, sındırılmış, Azərbaycandan asılı vəziyyətə düşmüş Ermənistan artıq gələcəkdə heç bir əhəmiyyət kəsb etməyəcəkdi. Belə bir Ermənistanı, Rusiyadan ayıraraq Avroatlantik məkana cəlb etmək də asan olmayacaqdı. Gürcüstan böhranı vaxtı Ermənistanın idxal etdiyi yanacağın sadəcə 30%-i cənubdan, İrandan aldığı, geri qalan 70%-ni Gürcüstan tranzit olmaqla şimaldan təmin etdiyi məlum oldu. Bu 70%-in Azərbaycana məxsus olması məni sevindirərdi. Ermənistanın enerji cəhətdən, başqa ölkədən deyil, Azərbaycandan asılı olması daha məqsədəuyğun olardı. Beləcə ABŞ-ın buna niyə məhz indi şiddətli ehtiyac duyduğu qismən də olsa məlum olur.

Rusiyanın keçən son bir neçə ildə öz arxivlərini Türkiyəli tarix tədqiqatçıları üçün açması, ermənilərin türklərə qarşı necə böyük vəhşiliklər törətdiyini açıqlayan ədəbiyyatın yayılmasında niyə bu qədər maraqlı olduğu da artıq sirr olmaqdan çıxır. Sanki keçən əsrin əvvəllərində erməniləri silahlandırıb hərbi təlim keçən Rusiya deyil, başqa bir hökumət olub. Türkiyə-Ermənistan düşmənliyindən ən çox faydalanan Rusiyadır. Qonşuları ilə düşmən olan Ermənistanın yeganə pənahgahı daim Rusiya olmuşdur. Rusiya bu vəziyyətin qorunması üçün əlindən gələn hər şeyi edəcəkdir təbii ki. Lakin bu gün rus himayədarlığının Ermənistana çox baha başa gəldiyinin, bunun artıq dünyadakı siyasi reallıqlarla uzlaşmadığının fərqində olan Ermənistan Türkiyə ilə siyasi əlaqələrinin inkişafında daha çox maraqlıdır.

Dağlıq Qarabağ məsələsinə gəldikdə isə böyük ehtimalla ABŞ bu işi hər iki tərəfi incitmədən həll etməyə çalışacaq. 20 illik tarixi həqiqəti silməklə. 1988-ci ildəki vəziyyətə geri qayıdılsa heç kim inciməyəcək. Bu geriyə “qayıdış”ın özünə məxsus cəhətləri olacaq. Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu veriləcək ki, Azərbaycan tərəfi bir neçə dəfə buna razı olduğunu artıq bəyan edib. Lakin bu həddən artıq “ən yüksək müxtariyyət” olacaq. Bu muxtariyyətin Azərbaycana bağlılığı sadəcə formallıqdan ibarət olacaq. Məsələn muxtariyyətin rəsmi qurumlarının üzərində qurumun bayrağı ilə yanaşı Azərbaycan bayrağının da dalğalanması kimi və.s. Təsəvvür yaratmaq üçün belə bir müqayisə nə dərəcədə yerinə düşəcək bilmirəm, amma məsələn Böyük Britaniya kraliçası II Yelizaveta həm də Kanadanın kraliçasıdır. Kraliçanın təyin etdiyi bir krallıq təmsilçisi Kanada parlamentinin ilk və son iclaslarını öz nitqləri ilə açır, bağlayır və.s. Məlum olduğu kimi Kanada müstəqil dövlətdir və İngilis müstəmləkəsi olmaqdan çoxdan çıxıb. Yuxarıda qeyd etdiklərimiz əlbəttə ki, ehtimaldır. Lakin ağır siyasi təzyiqlər altında bağlanacaq qalıcı sülh müqaviləsinin Azərbaycanın lehinə olmayacağı açıq və aydındır. “Vaxt bizə işləyir” aldatmacası da yəqin ki, artıq dəbdən düşmüş olar. Çünki artıq heç kim bizə işləmir. Başqa bir yolun olduğu da görünmür və bilinmir. Müharibə istisna olmaqla. 1994-cü ildə bağlanmış atəşkəs sazişindən sonra Azərbaycan cəmiyyəti Qarabağ məsələsində heç bir ictimai fəallıq ortaya qoymadı. Xahiş edirəm heç kim bunu şəxsi qəbul etməsin, lakin biz ATƏT, BMT kimi qurumların Bakı ofislərinin və ya nüfuzlu dövlətlərin səfirlikləri qarşısında öz doğma yurd yuvalarına qayıtmaq istəyən insanların piketlərini, təkidli tələblərini görə bilməmişik.

Kişilərin vuruşmamağı qadınların

uşaq doğmamaları qədər qəribədir

Adolf Hitler

Belə bir halda müharibədən danışmağın necə çətin olduğunu vurğulamağa bilmirəm ehtiyac varmı? Çünki cəbhəyə göndərilən gəncdən əslində dolaylı olaraq canını vermək tələb olunur. İnsan isə elə bir varlıqdır ki, onun əlindən bir şeyi alanda gərək ona həmin şeydən daha yaxşısını və ya ən azından əlindən alınanın misli qədər bir şey verəsən ki, əlindən alacağın şeyi könüllü olaraq versin. Can isə insanın verə biləcəyi ən son şeydir. 18-25 yaşlı bir gəncə, Allahdan başqa, heç kim canının əvəzində daha yaxşı bir şey verə bilməz. Bu ŞƏHİDLİKdir. Şəhidlik inanan insanları Allahın vəd etdiyi əbədi səadətə aparan ən mühüm yoldur. Buna inanmış insanların öhdəsindən gələ bilməyəcəkləri heç bir hərbi qüvvə, heç bir hərbi qüdrət yoxdur. Ən müasir silahlar belə bunun qarşısında acizdir. Çünki güc biləkdə yox ürəkdə olur. Müasir texnologiyalar hərbi sahəyə nə qədər tətbiq olunursa olunsun insan faktoru heç vaxt öz əhəmiyyətini itirməyəcək. Tarix bunun misalları ilə doludur.

Aslanın başçılıq etdiyi qoyunlar

ordusu qoyunun başçılıq etdiyi

aslanlar ordusundan daha təhlükəlidir

Napoleon Bonapart

Malazgird döyüşü (26 avqust 1071) dünya tarixinə yeni istiqamət verən bir döyüş olmaqla yanaşı Azərbaycan tarixinə mühüm təsiri olan hadisələrindən biridir. Belə ki, bu döyüş bugünkü Anadolu və Azərbaycan türklərinin əcdadları tərəfindən parlaq qələbə ilə nəticələndirilmiş döyüşlərdən biridir. Bizans imperatoru Roman Diogenin yunan, frank, slavyan, german, erməni və gürcülərdən ibarət təqribən 200 min nəfərlik ordusu Böyük Səlcuq sultanı Alp Arslanın cəmi 40-50 min nəfərlik ordusu tərəfindən bir neçə saat ərzində darmadağın edilmiş, Roman Diogen isə əsir götürülmüşdü. Bu döyüşün həllediciliyini yaxşı dərk edən sultan Alp Arslan döyüşdən əvvəl ordusuna etdiyi xitabın sonunda belə demişdi: “Bu gün burada nə sultan var, nə əsgər, bu gün burada cihad var və mücahidlər var. Allahı və Rəsulunu sevənlər burada qalsın, arvadını sevənlər evlərinə getsin”. Bir nəfərin belə ordunu tərk etmədiyini görəndən sonra sultan qədim türk ənənəsinə uyğun olaraq atının quyruğunu düyünləmiş və kəfənini boynuna dolayaraq döyüşə ilk girən əsgər olmuşdu.

Döyüşdə səbr və səbat edənlər üçün şan və şöhrət,

qorxaqlıq göstərənlər üçün isə ar və zillət vardır.

İnsan qorxaqlığı ilə canını əcəlin əlindən qurtara bilməz.

Məhəmməd peyğəmbərin s.ə.v qılıncının üzərindəki yazı

Söz vaxtına çəkər. Bir neçə il əvvəl dərs dediyim bir ali məktəbdə (hal-hazırda artıq orada tədris etmirəm) Ramazan ayında bir tələbə ilə aramızda maraqlı bir dialoq olmuşdu. Azərbaycan Tarixi dərslərində söz istər istəməz Qarabağ məsələsindən açılır və həmin tələbə ilə daha bir neçə nəfər “bunun müharibədən başqa həlli yolu yoxdur, elə indi döyüşə yollanmağa hazıram” kimi ifadələr işlədirdilər. Dəliqanlıların cəsarəti əlbəttə ki, təqdirə layiq idi. Amma həyatda heç bərkə-boşa düşməmiş bu gəncə mən belə bir sual verdim: “Ramazan ayıdır, sən oruc tutmusanmı?”, cavab maraqlı idi: “mənim aclığa və susuzluğa dözümüm yoxdur”. Bu cavabdan sonra mən daha bir sual verdim: “Fərz et ki, müharibə gedir və sən də dediyin kimi könüllü cəbhəyə yollanmısan, döyüş meydanı ata ocağı deyil, hər şey baş verə bilər, fərz et ki, düşmən mühasirəsinə düşmüsən, heç bir kömək də yoxdur, aclıq və susuzluq başlayanda “üzr istəyirəm, mən bunu nəzərə almamışdım, aclığa və susuzluğa dözümüm olmadığı üçün məcburən təslim olmalıyam” beləmi deyəcəksən?”.

Əsgərin yüksək əhval ruhiyyə və mənəvi tərbiyyəsi, istər razılaşın istər razılaşmayın, müğənni və ya aktyor işi deyil. Xeyr, bilmədiniz, heç molla işi də deyil, onların işi ən sonda olur. Çox təəssüf, amma müxtəlif mahnı yarışlarında iştirak edib “bəxtini sınamaq” var ikən hansısa gənci mənəvi cəhətdən təşviq etmək, müharibənin ağır məşəqqətlərinə dözməyə, ölümlə uz-uzə gəlməyə çağırmaq bir az çətin məsələdir. Çünki biz səbrli, dözümlü olmağı zülmə və zillətə boyun əymək kimi başa düşürük. Halbuki

Səbr etmək zülmə boyun əymək deyil, çətinliklərə sinə gərməkdir.

“Vəfasızlıq” məsələsinə gəldikdə. Məlum olduğu kimi bu vaxta qədər Azərbaycanın torpaqlarını işğal altında saxladığı üçün Ermənistanla siyasi əlaqələr qurmayan bir neçə dövlət var. Bunların arasında Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı ilə yanaşı keçmiş İraq dövləti var idi. Səddam Hüseyn Azərbaycanın ərazi bütövlüyü təmin olunmayana qədər Ermənistanla heç bir səviyyədə siyasi əlaqələrin qurulmayacağını bildirmişdi. Səddam öz xalqına əziyyət verən bir diktator idi, bu doğrudur. Lakin biz nə etdik?





Yorumlar









Aktif Ziyaretçi 25
Dün Tekil 1787
Bugün Tekil 1535
Toplam Tekil 4069456
IP 3.141.41.187






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.692 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu