Dünyaxanım Əliyeva ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Dünyaxanım Əliyeva ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 29.10.2010 > Kaç kez okundu? 3235

Paylaş


PRESS - RELİZ № 02



Bakı şəhəri 29 oktiyabr 2010-ci il.



Bu gün məlumdur ki, ev, torpaq və dolanışıq vasitələrindən məhrum edilən məcburi köçkünlər Azərbaycan cəmiyyətində əsasən ən kasıb və aztəminatlı təbəqələrdən biri sayılır. Baxmayaraq ki, ölkədə yoxsulluğun ümumi səviyyəsi 49 faizdən 40 faizə qədər azalmışdır, bu, məcburi köçkünlər arasında çox yüksək olaraq qalır və 72 faiz təşkil edir. Donor yardımı son illər ərzində nəzərəçarpacaq dərəcədə azalmışdır və hökumət bu boşluğu doldurmağa çalışır.

İllər ərzində rəsmi Bakının məcburi köçkünlərə dair siyasəti onların qısa müddətli ehtiyaclarının ödənilməsinə yönəlmişdi və ümid edilirdi ki, onlar tezliklə öz ev-eşiklərinə qayıdacaqlar.

Hökumətin hazırkı strategiyası daha davamlı həll yollarına diqqət yetirir, lakin buna baxmayaraq məcburi köçkünlər kasıb və digər vətəndaşlara nisbətən daha aztəminatlı olaraq qalırlar və təkcə öz torpaqlarına qayıtmaq perspektivini sürətləndirmək üçün deyil, həm də indiki vəziyyətlərini yaxşılaşdırmaq məqsədilə siyasi həyatda iştiraklarını artırmaq uğrunda mübarizə aparırlar. Eyni zamanda məcburi köçkünlərin müəyyən hissəsi müharibədən əvvəlki ev-eşiklərinə qayıtmaqda qəti şəkildə israrlıdırlar.

Lakin 22 illik gərgin həyatından sonra məcburi köçkünlərin Azərbaycan cəmiyyətindəki yerinin müəyyən edilməsi məsələsi daha da aktuallaşır. Şəhərlərdə yaxşı qaynayıb qarışmış kiçik bir qrupu çıxmaqla bütün məcburi köçkünlər üçün müvafiq mənzil tapmaq ən böyük problemdir.

Hal-hazırda Azərbaycanda 1000000-ə yaxın qaçqın və məcburi köçkün əhali vardır ki, bu da respublika əhalisinin 12%-ni təşkil edir. Baş vermiş münaqişədən 22 il keçməsinə baxmayaraq hələ də məcburi köçkünlərin yaşayış şəraiti yaxşı deyildir. Yəni məcburi köçkünlərin əksəriyyəti hələ də həyat şəraiti və sanitariya baximindan yararsız yerlərdə yaşayır. Belə ki, qurma evlərdə (6458 –ailə), yük vaqonlarında (1905-ailə), fermalarda (14463-ailə), təhsil müəssisələri və uşaq bağçalarında (15664-ailə), yataqxanalarda (21179-ailə), ictimai binalarda (29462-ailə), sanatoriyalarda (4163-ailə), pansionatlar və qonaq evlərində (2876-ailə), turist bazalarında (1448-ailə), yol kənarında (3786-ailə), qeyri-qanuni zəbt olunmuş binalar (13665-ailə), yaraımçıq tikililər (21791-ailə), qohum evləri (21287-ailə), beynılxalq humanitar təşkilatlarımn xətti ilə tikilən evlərdə (6614-ailə) QMKİDK-nin xətti ilə tikilən evlərdə və çadır düşürgələrində hələ də məcburi köçkünlər yaşayır. Artıq qaçqın və məcburi köçkünlər arasında xeyli yeni ailələr yaranmışdır ki, onlardan ayrıca müskunlaşdırılması problemə çevrilmişdir.

Məlumdur ki, qaçqın və məcburi köçkünlərin məcburiyyət qarşısında tərk etdikləri daimi yaşayış yerləri onların formalaşmasında, təşəkkül tapmasında bilavasitə həlledici təsirə malik olmuşdur. Bu təsir özünü əmək alətlərində, məişət predmetlərində, özünəməxsus adət və ənənələrində göstərmişdi. Təbii mühit geyimin və mənzilin xüsusiyyətlərini müəyyənləşdirmiş, bu və ya digər məhsulların istehsalını şərtləndirmişdi.

Yaşadıqları dədə-baba torpaqlarının coğrafi mühiti onların mənəvi mədəniyyətlərində, düşüncə tərzlərində silinməyən dərin, xarakterik iz buraxmış, müəyyən vərdiş, adət və ənənələri qərarlaşdırmışdır. Eyni zamanda bu təbii mühit formalaşmış sosial davranış üsullarını inkişaf etdirmişdir. Bu xüsusəndə qaçqınların əsas məşğuliyyəti üçün kənd təsərrüfatı, əkinçilik, maldarlıq səciyyəvi olmuşdur. Son dövrlərdə onların həyat tərzi istər forma, istərsə də məzmunca dəyişməlidir. Təbii mühitə, torpağa bağlı insanlar, əsasən, şəhərlərdə, şəhər tipli qəsəbələrdə yerləşdikləri üçün kənd təsərrüfatından uzaqlaşmışlar.

Şəhər yerlərində məskunlaşmış müvəqqəti məcburi köçkünlər yuxarıda göstərdiyimiz çoxlu sayda faktorların təzyiqinə məruz qalaraq sosial-ictimai həyat tərzini dəyişməli oldular. Qaçqınların böyük hissəsinin iri şəhərlərdə mərkəzləşməsi ilə bağlı urbanizasiya problemləri, elmi texniki tərəqqinin doğurduğu sosial-mənəvi nəticələr ictimai həyatın bütün sahələrində kəskin şəkildə özünü büruzə verdi. Hazırda respublikanın sosial-mədəni fondunun 70 faizinin və iqtisadi imkanlarının yarıdan çoxunun Bakı, Sumqayıt və Abşeron iqtisadi rayonunda yerləşməsi vəziyyəti daha da çətinləşdirmişdir. Bu prosesə təsir edən başlıca səbəb urbanizasiya səviyyəsinin yüksəlməsidir.

Məsələn: Bakı, Sumqayıt və Abşeron rayonunda xidmət sahələri bu gün təqribən iki milyon adama xidmət etmək gücünə malikdir. Hazırda isə bu regionlarda dörd milyona yaxın adam cəmləşmişdir. Bu isə istər sosial, istərsə də psixoloji cəhətdən qətiyyən məqsədə müvafiq deyil. Bu cür intensiv axınlar həmin rayonlarda onsuz da dözülməz olan sosial-psixoloji şəraiti son həddə çatdırmaqla, bu rayonları yeni sosial münaqişə və partlayışı mənbəyinə çevirir. Bunun da əsas amilləri çox yüksək əhali sıxlığı fonunda, əmək ehtiyatlarının və iş yerlərinin qıtlığı, dünya görüşü və psixoloji fərqlər və s. problemlərdir. Bütün bunlar insanların mənəvi-psixoloji həyatını zəhərləyir, onların ağır sosial, iqtisadi və ekoloji stresslər şəraitində yaşamasını şərtləndirir.

Ermənistanın işğal etdiyi rayonlardan olan əhalinin yaşayış şəraiti pisləşdiyinə görə onların hamısında təbii artım kəskin sürətdə aşağı düşmüş, uşaq ölümü artmışdır. Bunu sabit il hesab olunan 1989-cu illə 1998-ci ilin müqayisəsi aydın göstərir. İşğal olunmuş rayonların hamısında 1989-1998-ci illər arasındakı dövrdə doğum kəskin sürətdə aşağı düşmüş, ölüm qismən artmış və təbii artım hər 1000 nəfərə görə həddən çox azalmışdır. Bu azalma (hər min nəfərə görə) rayonların hamısında 11,2-22,6 nəfər arasında olmuşdur. Göstərilən illərdə Cəbrayıl, Qubadlı, Zəngilan və Ağdam rayonları əhalisinin məskunlaşdıqları yeni yerlərdə təbii artım daha çox aşağı düşmüşdür. (16,9-22,6 nəfər arasında). İşğal olumuş rayonların hamısında demoqrafik göstəricilər orta respublika səviyyəsindən aşağı olmuşdur.

İşğal olunmuş rayonlarda əhalinin təbii artımının aşağı düşməsinin başlıca səbəbləri: sosial və iqtisadi şəraitin həddən artıq ağır olması, dağ və dağətəyi zonalarının əhalisinin sərin iqlim şəraitindən düzən yerlərdəki isti iqlim şəraitinə düşmələri və ona dözümsüzlükləri və s.

Bundan əlavə heç bir normal istilik, enerji təchizatı, sanitar-gigiyena şəraiti olmayan qaçqın məskənlərində doğulan uşaqların, onların valideynlərinin sağlamlığı təhlükə altında qalır.

Beləliklə, Ermənistanın təcavüzü nəticəsində 1 milyon nəfər qaçqın və köçkün əmələ gəldi, 20 min nəfər həlak oldu, 50 min nəfər əlil oldu, 5,1 nəfər (1 iyun 1992-ci ilə qədər) əsir və itkin düşdü, işğal olunmuş rayonlarda əhalinin təbii artımı 22-26 nəfər arasında (hər 1000 nəfərə) aşağı düşdü.

Son illər qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı beynəlxalq təcrübəyə əsaslanan hüquqi baza yaradılmış, ölkə prezidenti tərəfindən 20-dən çox Fərman və Sərəncam imzalanmış, Milli Məclis 12 Qanun, Nazirlər Kabineti isə 140-a yaxın qərar və sərəncam qəbul etmişdir.

Bütün bu yaradılan şəraitə baxmayaraq ölkə daxilində sosial psixoloji proseslərə təsirsiz qalmamış, məcburi köçkünlərin məskunlaşdığı ərzilərdə yerli vətəndaşlarla onlar arasında görünməyən uçurumlar yaratmışdır.

Bu hallar yerli sakinlərin qəzəbinə təsir edir və ölkə daxilində sosial psixoloji durumu çətilnəşdirməkdə davam edir. Əhali arasında keçirdiyimiz görüşlər nəticəsində və rayon sakinləri arasında apardığımız sosoloji araşdırmalarımıza əsasən, Qarabağın Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Qubadlı, Zəngilan, Fizuli və Ağdam rayonlarınin vətəndaşlarının yaşlı nəsilinin çoxusu oz doğma dədə baba yurd-yuvalarından didərgin düşdükləri üçün bu dərdə dozə bilmədiylərindən onlar vaxtsız olaraq dünyalarını dəyişdiyi məlum olmuşdur. Orta yaşlı kişilərimiz əksəriyyəti sonu görünməyən uzun müddətli atəşkaha dözə bilməyərək xarici ölkələrə üz tutaraq orada yaşamağa məcbur olurlar. Ən böyük faciə ondan ibarətdir ki, işğal olunmuş rayonların böyüməkdə olan yeniyetmə və gənc nəsilin, Qarabağ ərazisində yerləşən kəndləri, tarix və mədəniyyət abidələri haqqında məlumatları yoxdur və bu günü-gündən unudulmaqda davam edir.

Məhz bu və ya yerli əhali və vətəndaşlar arasında yaranan və getdikcə müxtəlif məhkəmə çəkişmələri ilə yadda qalan proseslərin araşdırılması və bu halların aradan qaldırılması üçün, “Dünya”Ana və Uşaqları ictimai birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının malıyyə dəstəyi ilə, 01 oktyabr 2010 -cu il tarixindən 15 dekabr 2010-cu il tarixinədək “Azərbaycanda məcburi köçkünlər və onların ölkənin sosial – psixoloji durumuna təsiri” layihəsini Binəqədi rayonunun, Dərnəgül qəsəbəsində, Yasamal rayonunda BDU-nun yataqxanasında, Sabunçu ərazisində yerləşən Lokomotiv, Qarabağ, Pioner, Alov, Məşəl, Qızılqumda və Saatlı, Biləsuvar rayonlarında məcburi köçknülərin sıx məskunlaşdığları düşərgələrdə həyata keçirir.

Layihənin əsas məqsədi :

 Öz doğma yurd yuvalarından didərgin düşmüş məcburi köçkünlərin ölkənin sosial-psixoloji vəziyyətinə təsirlərini araşdırmaq və bu təsirlərin yerli sakinlər tərəfindən qarşılanmasını öyrənmək.

 Məcburi köçkünlərin manipulyasiyayadan kənar fikirlərinin öyərnilməsi və bundan irəli gələrək məhz onların özlərinin dediklərindən irəli gələrək problem və çətinlikləri müəyyənləşdirilməsi;

 Ölkənin sosial-pxisoloji durumunu müəyyənləşməsində məcburi köçkün və yerli əhalinin birgə iştirak yollarının təyin edilməsi və istiqamət xəttlərinin cızılması;

 Hökümət+məcburi köçkün+yerli əhali arasında yaranan qlobal və lokal səviyyədə fikir ayrılıqlarının aşkar olunması və bunun qanunverici və icraedici səviyyədə həlli yollarının öyərnilməsi;

 Məcburi köçknülərin sıx məskunlaşdıqları düşərgələrində məcburi köçknülərin pisixoloji və sosial durumu və buna yerlilərin münasibəti, iqtisadi, sosial və təhsillə bağlı güzəştlərə iki tərəfli yanaşmanın müəyyən etməklə onların yaranmış problemlərinin həllinə köməklik göstərməkdir.



“Dünya” Ana və Uşaqları İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva

Mobil:(+99450) 388-87-87







Yorumlar









Aktif Ziyaretçi 32
Dün Tekil 1097
Bugün Tekil 422
Toplam Tekil 4072350
IP 18.117.183.150






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























14 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K peklerin dudaklar de di diye deniz kirlenmez.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.287 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu