“NİSYƏ DƏFTƏRİ”, YAXUD “KARTOF ÇIXANDA 30 LARİ” - Lalə MUSAQIZI - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









“NİSYƏ DƏFTƏRİ”, YAXUD “KARTOF ÇIXANDA 30 LARİ” - Lalə MUSAQIZI
Tarih: 21.10.2010 > Kaç kez okundu? 3022

Paylaş


Onu da öyrəndik ki, ərzaq və geyim dükanlarından tutmuş, qab-qacaq dükanına qədər bütün satış obyektlərində satıcıların “nisyə dəftəri” var. Sallaqxanada işləyən Rəşad Yusubov da belələrindəndir. Rəşadın bir tikə çörək qazanmaq üçün işi olsa da, Qardabanidəki işsizlik onu da narahat edir. Çünki camaatın işsiz qalması birbaşa onun işinə təsir edir. Deyir ki, əvvəllər daha çox ət satırdı: “Getdikcə camaatın alıcılıq qabiliyyəti aşağı düşür. Hələ üstəlik iş-güc olmadığından “nisyə dəftəri”nə adı yazılanların borclarını qaytarması çətinləşib. Torpaqdan dolandıqlarından nisyələri əsasən yayda yığıb qurtara bilirəm”.



Qardabanidə hətta “nisyə” ilə bağlı olmuş əhvalat da lətifə kimi hamının dilinə düşüb. Belə ki, toya gedən qardabanililərdən biri toy siyahısında adının qarşısına yazdırır ki, “kartof çıxanda 30 lari”.



“DİNCƏLMƏK HARAMIZA YARAŞIR?”



Sakinlər Rusiya ilə sərhədlər bağlanandan sonra vəziyyətlərinin bir az da ağırlaşdığını deyirlər. Bu üzdən azərbaycanlılar fəhlə işləmək üçün daha çox Azərbaycana və Türkiyəyə üz tuturlar. Qardabanidə fəaliyyət göstərən “Golden” turizm şirkətinin əməkdaşı Nəriman Hüseynov hər ay Qardabanidən Türkiyəyə 20-30 nəfərin gedib gəldiyini dedi: “Orda gedib 2-3 ay fəhlə işləyib gəlirlər. Əsadən də yay aylarında, turistlərin Türkiyəyə daha çoz axışdığı vaxtda gedənlər daha da artır. İstanbul, Antaliya, Trabzon, Ankaraya gediş-gəliş təşkil etdiklərini dedi. Türkiyəyə dincəlmək üçün gedən qardabanililərin olduğuna gəlincə, N.Hüseynov istehza ilə gülərk bildirdi ki, “dincəlmək haramıza yaraşır? Gürcüstanda kifayət qədər dincəlməyə yer var, amma dincəlmək üçün pul yoxdur”.



“SON VAXTLAR İNTİHARA CƏHD ARTIB”



Qardabanidəki 3 saylı məktəbdə də olduq. Məktəbdə 684 şagird oxuyur. Heydər Əliyev Fondu tərəfindən təmir edilən bu təhsil ocağı Qardabanidə yeganə azərbaycandilli məktəbdir. Məktəbin direktoru Firdovsi İsgəndərov deyir ki, bu ilki 18 məzundan 4-ü Gürcüstanın, 3-ü isə Şimali Kiprin Doğu Universitetinə qəbul olublar. Gürcüstan universitetlərinə qəbul olanlar imtahanı Azərbaycan dilində veriblər, yalnız riyaziyyatdan sualları rus dilində cavablandırıblar. Bu məzunlar 1 il gürcü dilində hazırlıq kursuna getdikdən sonra seçdikləri ixtisaslar üzrə təhsillərini davam etdirəcəklər.



Direktor onu da dedi ki, Azərbaycan Mədəniyyət Mərkəzinin maliyyə dəstəyi ilə şagirdlərin gürcü dilini öyrənməsi üçün 3 qrup açılıb.



Qardabanidə Azərbaycan bağçası da fəaliyyət göstərir. Maraqlıdır ki, 1 saylı bağça rayonda yeganə Azərbaycan bağçası sayılsa da, burda Azərbaycan dilində danışana rast gəlmək mümkün deyil. Çünki tədris, təlim və tərbiyə gürcü dilində aparılır.



Qardabani rayon Mərkəzi Xəstəxanasında da olduq. Xəstəxananın baş həkimi İveri MaisuradzeQardabani sakinlərinin əsasən öd kisəsi və böyrəkdən şikayət etdiklərini dedi. Baş həkim onu da vurğuladı ki, rayonda son vaxtlar intihara cəhd edənlərin sayı çoxalıb.



AZƏRBAYCANLILAR YEREVANA DA GEDİRMİŞ



Qardabanidə yaşayan ermənilər də həmsöhbətimiz oldu. Sergey Azizov bildirdi ki, azərbaycanlılarla yaxşı yola gedirlər. S.Aziziv hətta Rusiyaya gedən Gürcüstan azərbaycanlıların Yerevandan yola düşdüklərini dedi: “Prostoy” xalqın heç bir günahı yoxdur”.



S.Azizov da təqaüdünün azlığından şikayət etdi. Amma vurğuladı ki, hökumətin pulu olsa, mütləq onların təqaüdünü artırar.



Obsana Qriqoryan adlı erməni qadını da azərbaycanlılardan razılığını, gürcülərdən narazılığını bildirdi: “Yaşamaq çətindir. Oğlum poçtda işləyir, amma aldığı maaş heç nəyə çatmır”. Azərbaycanlıların onlara çox yaxşılıq etdiyini, hətta xeyir-şər məclislərində bir yerdə olduqlarını dedi: “Ayrı yerdə ermənilərlə azərbaycanlıların problemləri var, özləri həll etsinlər, bizə mane olmasınlar”.



AZƏRBAYCANLINI MÜDAFİƏYƏ GÖRƏ 4,5 il HƏBS



Heç bir köməyi olmayan, savadsız azərbaycanlı ailəsini müdafiə etdiyinə görə 2005-ci ildə dəmir barmaqlıqlar arasına girən və buna görə Qardabanidə qəhrəmana çevrilən Telman Həsənovla da həmsöhbət olduq. 7 aydır azadlığa çıxan T.Həsənov onu azərbaycanlıların gözünü qorxutmaq məqsədilə tutduqlarını düşünür: “2005-ci ildə telefonu və otardığı mal-heyvanı gürcülər tərəfindən oğurlanaraq özü də öldürülən 17 yaşlı yeniyetmənin qanının yerdə qalmaması üçün Qardabaninin polis rəisinə, prokuroruna müraciət etdim. Amma cinayətkarı çox asanlıqla tutmaq imkanları olduğu halda öldürülən azərbaycanlı olduğundan heç bir iş görmədilər. Mən də uşağın öldürüldüyü kənddə - Qardabaninin Vaxtanqisi kəndində mitinq keçirdim və cinayətkarlaın tapılması üçün polisə vaxt verdim. Heç bir irəliləyiş olmadığından yenidən həmin kənddə mitinq keçirdim və orada məni aldadaraq polis idarəsinə apardılar və 10 günə hökmüm oxundu, 4,5 il iş aldım”.



T.Həsənov günahsız yerə tutulduğundan 2009-cu ildə Gürcüstan Ombudsmanının köməkliyi ilə bəraət qazanır: “Mən həbsə düşəndə oğlumu da, qızımı da işdən çıxardılar. Ali təhsilli oğlum diplomunu evə qoyub Rusiyaya alver etməyə getdi. Neçə gündür Kvemo-Kartli qubernatorunun yanına gedirəm ki, mənə iş versin, gürcü və rus dillərini də bilirəm, vaxtilə Qardabani rayonunun icra hakiminin müavini işləmişəm. O da iş vermək əvəzinə heç məni qəbul edib dinləmir. 1 həftədir qubernatorun vaxtı olmur ki, Gürcüstan vətəndaşını qəbul edib onun dərd-sərini dinləsin. Nəinki məni, heç bir Gürcüstan vətəndaşı olan azərbaycanlını qəbul etməyə “vaxt” tapmır”.



T.Həsənov Kvemo-Kartlinin 50-60 faizinin azərbaycanlılardan ibarət olduğunu, amma quberniyada bircə azərbaycanlının işlədiyini dedi: “Bəhanə edirlər ki, guya gürcü dilini bilən azərbaycanlılar yoxdur. Amma Kvemo-Kartlidə gürcü dilini bilən ali təhsilli kifayət qədər azərbaycanlı mütəxəssis var”.



Gənc Jurnalistler Şəbəkəsinin rəhbəri Ramilə Əliyeva (Ramilya Aliyeva) da Qardabanidəki durumun urəkaçan olmadığını düşünür: “Bu gun rayonumuzda vətəndaş cəmiyyətinin inkişafi mühüm məsələdir. Qardabani sakinləri rayonlarının ictimai-siyasi həyatında iştirak etməlidirlər. Gürcüstanda keçirilən son bələdiyyə seçkiləri zamanı rayonundakı əhalinin seçkilərdə zəif iştirakı insanı duşünməyə vadar edir. Seçkilərdə əhalinin cəmi 30-34 faizi iştirak etdi. Bu əhalinin seçkilərə, seçkilərin onların həyatında dəyişiklik edəcəyinə inamsızlığından irəli gəlir”.



Lalə Musaqızı.



www.RegionMedia.net



P.S Regional Media Şəbəkə



Göründüyü kimi Qardabanidə vəziyyət olduğu kimi acınacalı olaraq qalmaqdadır. Əhali dədə baba yurdunu tərk etmək məcburiyyətində qalıb. Sosial və iqtisadi göstəricilər həddindən artıq aşağı səviyyədədir. Heç bir perspektiv görünmür. İqtisadiyyatdan az çox bilənlərın hamısı Qardabaniyi Azərbaycana bağlayır. Məs Qardabanini xilas edə bilən yalnız Azərbaycan ola bilər. Əgər yaxın zamanlarda Qardabanidə iqtisadi layihələr həyata keçirilməsə, əminliklə demək olacaq ki, Qardabani azəri türklərinin çoxluq təşkil etdiyi bir rayon olmayacaq. Tendensiya və statistika bunu deməyə əsas verir.



Əhali ən çox narazılığını Qardabanidə vəzifədə çalışan azərbaycanlılardan, Araz Maşov, Xanəhməd Qəribov, deputat Ramin Bayramov və Qubernatorun müavini Hüseyn Yusubovdan şikayət etdilər. Əhali ilə görüşlər keçirmirlər, problemlərimiz ilə maraqlanmırlar, kabinetlərində tapmaq olmur və sair buna bənzər şikayətlər etdilər.





Yorumlar








Aktif Ziyaretçi 12
Dün Tekil 813
Bugün Tekil 154
Toplam Tekil 1640509
IP 54.211.207.116






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































9 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Onlara Allah Türk Adını verdi ve Onları yeryüzüne hakim kıldı.
(Kaşgarlı MAHMUT)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.098 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu