Welcome to Azerbaijan! - Arifə Kazımova - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Welcome to Azerbaijan! - Arifə Kazımova
Tarih: 18.10.2010 > Kaç kez okundu? 3521

Paylaş


Oktyabrın 15-dən Bakıya gələn xarici vətəndaşlar daha aeroportda viza ala bilmirlər. Beynəlxalq bir qurumun Gürcüstan ofisinin rəhbəri həmin gün aeroportdan geri qaytarılıb. (Təşkilat məsələni hələlik ictimailəşdirmək istəmir deyə adını açıqlamırıq)



Məsələ bundadır ki, ötən cümə günündən bəri Heydər Əliyev adına beynəlxalq aeroportda daha əcnəbilər tranzit yaxud qısa müddətli, birtərəfli giriş vizası ala bilmirlər. Bakıdakı ABŞ səfirliyi belə bir xəbərdarlıq edib ki, Azərbaycan Respublikasına gəlmək istəyənlər bu ölkənin Vaşinqtondakı səfirliyi ilə əlaqə saxlaya bilərlər.



Ancaq bu o demək deyil ki, aeroportda viza verilməsi tamamilə dayandırılıb. Diplomatik, rəsmi səfərə gələnlərə viza verilə bilər, ancaq bunun üçün də diplomatik kanallarla razılaşdırma, yaxud xüsusi dəvətnamə təqdim etmək lazımdır. Səfirlik xəbərdarlıq edib ki, aeroporta vizasız gələnləri hüquq-mühafizə orqanları saxlaya da bilər.



“BÜTÜN DÜNYADA BELƏDİR”



Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası prezidentinin fərmanı Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.



Nazirlik sözçüsü Elxan Poluxov yeni qaydalarda təəccüblü bir şey görmür, deyir ki, bütün ölkələrdə vəziyyət bu cürdür, məsələn, Fransada, yaxud ABŞ-da aeroportda viza almaq mümkün deyil:



Elxan Poluxov

- Bu, dünyada tətbiq olunmuş qaydadır. Azərbaycan yeni bir şey tətbiq eləsəydi, demək olardı ki, digərlərindən fərqli bir praktikadır.



Yeni qayda MDB vətəndaşlarına aid deyil, onlar ölkədə 90 gündən artıq qalmaq istəyirlərsə, sadəcə Dövlət Miqrasiya Xidmətində qeydiyyata düşürlər.



BƏS QONŞULARDA?



Cənubi Qafqaz ölkələri sırasında Azərbaycan deyəsən viza məsələsində dünya praktikasına qoşulan birinci ölkədir. Belə ki, qonşu Gürcüstanda vizanı elə aeroportdaca, özü də cəmi 10 dəqiqəyə almaq mümkündür. Ermənistanda da vəziyyət bu cürdür. Məlumatları AzadlıqRadiosunun gürcü və erməni xidmətlərindən almışıq.



Elxan Poluxov deyir ki, Azərbaycana gəlmək istəyənlər mütləq öz ölkələrində konsulluq şöbəsinə müraciət etməlidir. Turist kimi gələnlər üçün problem yoxdur, ancaq həmin şəxs konsulluq işçilərində azacıq şübhə doğursa, ondan dəvətnamə, xüsusi məktub istənilə bilər.



MƏLUMAT VƏ SƏFİRLİK ÇATIŞMAZLIĞI



Bakıda işləyən beynəlxalq təşkilatlar, turizm agentlikləri yeni viza dəyişiklikləri barədə məlumatsızlıqdan gileylənirlər. Norveç İnsan Hüquqları Evinin Azərbaycan filialının rəhbəri Vüqar Qocayev deyir ki, XİN-in saytında aeroportla bağlı aydın məlumat yoxdur, yəni hava limanında viza verilib-verilməməsinə dair.



Vüqar Qocayev

Vüqar Qocayev deyir ki, hazırda parlament seçkilərini izləmək istəyən bir neçə Norveç təşkilatı nümayəndələrini Bakıya göndərmək istəyir. Ancaq Azərbaycanın Norveçdə səfirliyi yoxdur. Viza üçün İsveçə, Stokholma müraciət etmək lazımdır ki, bu prosedur da təxminən bir həftə, 10 gün çəkir:



- Vaxt itkisi və əlavə pulun çıxması, müşahidəçilərin sayına təsir göstərə bilər, ancaq biz çalışırıq ki, nümayəndələrimizin seçkiyə 2 gün qalmışa qədər Bakıda olmasına kömək edək.



İSTƏNİLMƏYƏN QONAQLAR



Vüqar Qocayevin sözlərinə görə, bu məlumat boşluğu müxtəlif şayiələrin yaranmasına səbəb olur. Xüsusilə də dəyişikliklərin seçki kampaniyasının başlandığı gün, ayın 15-də qüvvəyə minməsi yeniliyin seçkilərlə bağlılığına dair fikirləri möhkəmləndirir:



- Şayiələr yayılır ki, hökumət bunu xaricdən gələn jurnalist, qeyri-hökumət təşkilatları, belə deyək, istənilməyən qonaqların səfəri, hansısa məlumatların beynəlxalq mətbuatda getməsi, beynəlxalq ajiotaj doğurmasının qarşısını almaq üçün edib.



QILINCININ QAŞI DÜŞƏR?



Yeni viza qaydalarında məqsəd doğrudanmı ölkəyə gələn müstəqil müşahidəçilərin, jurnalistlərin qarşısını almaqdır? Azərbaycan səfirliyi olmayan ölkə vətəndaşları neyləməlidirlər? Elxan Poluxov:



- Onlar gedib başqa ölkələrdəki səfirliyə müraciət etsələr, xəncərlərinin qaşı düşər? Məsələn, Azərbaycanda Kanadanın səfirliyi yoxdur. Bizim vətəndaşa Kanada aeroportda viza verir?.



Elxan Poluxov deyir ki, viza dəyişiklikləri ilə bağlı məlumat XİN-in veb-saytında yerləşdirilib, yəni dəyişikliklər gizli edilməyib. Azərbaycana daxil olmaq istəyən hər bir vətəndaş səhifəyə girib bu məlumatla tanış ola bilər.



QAPALI ÖLKƏ SİYASƏTİ



Əlövsət Əliyev

Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev də bu fikirdədir ki, vizayla bağlı dəyişikliklər ediləndə əvvəlcədən maarifləndirmə işi aparılmalıdır. Ekspert deyir ki, Azərbaycanın heç də bütün ölkələrdə səfirlikləri yoxdur deyə, öncə səfirliklərlə bağlı vəziyyəti öyrənmək lazım idi.



Əlövsət Əliyevin sözlərinə görə, Azərbaycana gələn əcnəbilərin sayı azalmaqda davam edir. Hakimiyyət miqrasiya siyasətini sərtləşdirməklə Azərbaycanı qapalı ölkəyə çevirmək istəyir.



EURASIANET.ORG-DA YAZILANLAR



Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Azərbaycan Turizm İnstitutunun direktoru Eldar Aslanov isə EurasiaNet.org saytına müsahibəsində bu dəyişiklikləri beynəlxalq terrorçuluq təhlükəsi ilə izah edib. Ancaq bir neçə gün əvvəl o, “Trend” xəbər agentliyinə demişdi ki, “əslində Azərbaycan xarici vətəndaşların bu ölkəyə viza almasında problem yaşamasını istəmir”.



Saytın Bakıda danışdırdığı xarici səfirlik nümayəndələri narahatlıqlarını bildiriblər ki, viza tələblərinin sərtləşdirilməsi biznesmenləri və turistləri Azərbaycana gəlməkdən çəkindirəcək.



Sayt yazır ki, turistlərin sayının azalması isə Bakıda hazırda tikilməkdə olan çoxsaylı dəbdəbəli mehmanxanaların gəlirlərinə zərbə vurar.



Turizm agentlikləri də deyəsən, dəyişikliklərin mahiyyəti barədə heç nə bilmirlər. “İstədiklərini edirlər, heç kəsə demirlər,” - bir turizm agenti sayta bildirib.



Azərbaycanda hər il turizmə milyonlarla manat vəsait xərclənir.





Yorumlar









Aktif Ziyaretçi 24
Dün Tekil 1238
Bugün Tekil 1589
Toplam Tekil 4065797
IP 18.217.220.114






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























9 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Saraylarda s remem da larda s rd m , Bin cihana de i mem u ks z T rkl m .
(H seyin Nihal ATSIZ)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.311 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu