34-cü SD-dən deputatlığa müstəqil namizəd Azər Həsrətin seçki platforması - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









34-cü SD-dən deputatlığa müstəqil namizəd Azər Həsrətin seçki platforması
Tarih: 16.10.2010 > Kaç kez okundu? 3154

Paylaş


GİRİŞ: Azərbaycan Respublikası artıq müstəqilliyinin 20-ci ilinə qədəm qoyub. Sovetlərin basqıçı rejimindən qurtulduqdan sonra ölkəmiz və xalqımız öz tarixinin ən çətin anlarını yaşamışdır. Ermənistanın Rusiya ilə birləşərək torpaqlarımızı işğal etməsi, bir milyona qədər insanımızın qaçqın və məcburi köçkün halına salınması, dünya güclərinin Azərbaycan üzərində oynadığı oyunlar müstəqilliyini yeni qazanmış dövlətimizin ayaqda durmasına əngəl olsa da ölkədə yürüdülən doğru siyasət bizim ayaqda dura bilməyimizi təmin etdi. Xüsusən də uğurlu neft siyasətinin yürüdülməsilə bir çox iqtisadi problemlər çözümə qovuşmuş oldu. Azərbaycanın xarici siyasətinin düzgün təyin edilməsi dövlətimizə qarşı olan təpkilərin qarşısını almış oldu. Bununla da Azərbaycan hazırda öz düşmənləri qarşısında çox əlverişli bir duruma gəlib çıxmış oldu. Əlbəttə ki, bir vətəndaş olaraq biz dövlətimizin bu uğurlarına sevinirik.



Lakin uğurlarla bərabər bir sıra problemlərin də olduğunu qeyd etmək lazımdır. Problemlərin bir qismi təbii sayıla bilsə də, başqa bir qismi süni və çox zaman da kadrların yerində olmamasından qaynaqlanandır. Bizim də üzərimizə düşən bu problemlərin aradan qaldırılması üçün dövlətimizlə əl-ələ verib çalışmaqdır. Bu platformada biz müxtəlif istiqamətlər üzrə önəm verəcəyimiz məsələləri əhatə etməyə çalışmışıq.



DAHA ÇOX YERLİ PROBLEMLƏRƏ DİQQƏT: Bir çox seçki kampaniyaları dövründə açıqlanan platformalarda ümumi siyasi məsələlər önə çəkilir. Hətta global əhəmiyyətli məsələlər də ön planda olur. Bizim düşüncəmizə görə, bu yanaşma yanlışdır. Millət vəkili olacaq şəxs hər şeydən öncə özünün də yaşadığı seçki dairəsi ərazisindəki yerli xarakterli problemlərin həllinə önəm verməlidir. Misal üçün, istilik, qaz, su, elektrik təchizatı, yolların abadlaşdırılması, kanalizasiya və digər kommunikasiya xətlərinin işinin yaxşılaşdırılması seçici sakinləri daha çox maraqlandırır, nəinki global səviyyədə baş verən problemlər. Ona görə də biz öz fəaliyyətimizdə yerli problemlərə önəm verməyi düşünürük. Deputat seçiləcəyimiz təqdirdə ilk işimiz seçki dairəsi ərazisində yerli ofis açaraq ən azı iki nəfərin gündəlik əsaslarla həmin ofisdə deputatın adından işləməsini təmin etmək olacaq. Bundan məqsəd seçicilərin problemlərilə bağlı qapılara düşməsinin qarşı-sını almaq, onlara hər cür hüquqi yardım göstərərək məsələlərin yerində çözümünə nail olmaqdır.



EKOLOGİYA: Ətraf mühitin qorunması və inkişaf etdirilməsi problem olaraq bütün dünyanı, o cümlədən 34 saylı Xətai II seçki dairəsinin ərazisindəki insanları rahatsız edən məsələlərdən biridir. Ərazidə kirliliyin yüksək olması, təbiətə vurulan zərərin getdikcə artması, ağacların qırılması, bəzən təmizlik işlərinin zamanında görülməməsi insanlara mənəvi və fiziki işgəncədir. Bu problemin həlli üçün yerli sakinləri də səfərbər edərək ətraf mühitin və bütövlükdə ekoloji şəraitin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi nəzərdə tutulur. Bunun üçün daha çox yerli könüllülərin gücündən, həmçinin ekologiya məsələlərinə diqqət ayıran donor təşkilatların gücündən istifadə etməyi planlaşdırırıq.



MƏŞĞULLUQ: İş yerlərinin azlığı və ya heç olmaması xüsusən də gənclər arasında böhranlı halların yaşanmasına, onların zərərli vərdişlərə aludə olmasına, ailələrin dayanıqlılığının zəifləməsi və nəticə etibarilə cəmiyyətimizin aşınmasına səbəb olur. 34-cü dairənin deputatı olaraq öz fəaliyyətim dövründə işsizlik problemini aradan qaldırmaq üçün iş bankının yaradılması, işsizlərin daimi olaraq qeydiyyata alınması, ildə bir neçə dəfə ərazidə iş yarmarkasının keçirilməsinə çalışacayıq. Bunun üçün istər ölkə içində, istərsə də ölkə xaricində fəaliyyət göstərən potensial iş yerləri ilə ünsiyyət imkanları-mızdan istifadə edəcəyik.



SƏHİYYƏ: Təəsüflə qeyd etmək istərdik ki, dövlət səhiyyə xidmətlərinin pulsuz olduğunu elan etsə də yerlərdə bu mövqe icra edilmir. Bir çox hallarda maddi imkanları aşağı olan vətəndaşlarımız gərəkli tibbi xidməti ala bilmirlər və səhhətlərində ciddi problemlər yaşamalı olurlar. Biz öz fəaliyyətimizdə dövlətin elan etdiyi pulsuz səhiyyə xidmətinin gerçəkləşdirilməsi üçün çalışmağı düşünürük. Bunun üçün həm ölkənin ali səhiyyə qurumu, həm də digər strukturlarla ən yaxın işbirliyi qurmağı planlaşdırırıq.



MƏDƏNİYYƏT: Mədəniyyət bir millətin inkişaf səviyyəsinin göstəricisidir. Ona görə də biz insanlarımızın yüksək mədəniyyətə sahib ola bilməsi üçün ölkənin potensialını 34-cü dairəyə cəlb etməyi düşünürük. Xüsusən də gənclərin ayrı-ayrı istiqamətlər üzrə bu sahəyə cəlb edilməsi, musiqi qruplarının, maraq dərnəkləri və klubların geniş yayılmasını təmin etmək fikrimiz var. Məktəblərin bu sahədəki imkanlarından ən yüksək səviyyədə istifadə edəcəyik.



İDMAN: İdman bir nəslin, bir millətin fiziki cəhətdən olmaqla bərabər mənəvi cəhətdən də sağlamlığı deməkdir. Gənclərin və yeniyetmələrin müxtəlif idman klublarına cəlb edilməsi, yaşlıların və xüsusən də qadınların boş vaxtlarını həm də idmana həsr etməsi üçün müxtəlif imkanların yaradılmasına çalışmaq planımız var. Bunun üçün yerli imkanlarla bərabər dövlətin gücündən də istifadə ediləcək.



TƏHSİL: Təhsil sahəsindəki qüsurları aradan qaldırmadan millətimizin tərəqqisini tam təmin edə bilmərik. Xüsusən də uşaq bağçalarının və orta məktəblərin fəaliyyəti bizim diqqət mərkəzimizdə olacaq. Uşaq bağçalarının tam olaraq dövlət himayəsində fəaliyyət göstərməsi, pullu uşaq bağçalarının qadağan edilməsi istiqamətində çalışacayıq. Orta məktəblərin təchizatının yaxşılaşdırılması, informasiyakommunikasiya texnologiyalarının ən qısa müddət ərzində tətbiqi, “bir şagird – bir kompüter” proqramının ilk iki il ərzində icra edilməsi bizim önəm verdiyimiz istiqamətlərdən biridir. Təhsil sahəsində önəm verəcəyimiz əsas məsələlərdən biri də orta məktəb və uşaq bağçalarında istənilən ad altında pul yığılmasının rəsmən qadağan edilməsi olacaq.



ELM: Elm bir millətin inkişafı üçün gərək olan ən ilk amildir. Elmsiz millətin inkişafı düşünülə bilməz. Ona görə də elmin inkişafının həvəsləndirilməsi və elm adamlarına xüsusi imtiyazların tanınması ciddi diqqət ayıracağımız məsələlər sırasında olacaq.



DİN VƏ VİCDAN AZADLIĞI: Hər bir kəsin istədiyi dinə etiqad etmək, digər insanların və ümumilikdə toplumun zərərinə olmayan, zorakılığa söykənməyən, qəbul edilən insan cəmiyyəti norma və qaydalarına söykənən etiqada bağlanması üçün şərait yaradılmalıdır. Ölkəmizin torpaqlarının işğal altında olmasını nəzərə alaraq xüsusən müharibə əleyhinə təbliğatı əsas istiqamət seçən dinlərin təbliği yolverilməzdir.



VƏTƏNDAŞ CƏMİYYƏTİ QURUCULUĞU: Gəlişməkdə olan toplumların əsas ünsürləri sırasında vətəndaş cəmiyyəti qurumları ön sıralarda yer tutur. Bu baxımdan seçki dairəmizdə vətəndaş cəmiyyəti qurumlarının təşkili və fəaliyyətinin təşviq edilməsi məqsədəuyğundur. Xüsusən ekologiya, təhsil, mətbuat azadlığı, mədəniyyət və insanlar arasında xoşgörü məsələlərinə yönəlik qurumların formalaşdırılması bizim üçün məqsəd olacaq.



SOSİAL HƏYAT VƏ İQTİSADİYYAT: Ərazinin sosial-iqtisadi inkişafını stimullaşdırmaq və insanların rifah halının yüksəldilməsi üçün yatırımların cəlb edilməsi, xüsusən də xarici donor təşkilatların, səfirliklərin maliyyə imkanlarını səfərbər etmək üçün planlı fəaliyyət həyata keçirmək lazımdır. Ərazinin kiçikliyini nəzərə alsaq burada istər altyapı (infrastruktur), istərsə də ümumi mənzərənin dəyişdirilməsi üçün həm yerli, həm də kənar imkanların cəlb edilməsi faydalı olacaq.



YERLİ ÖZÜNÜİDARƏ: Azərbaycanda bələdiyyələr qurulsa da onların verimli fəaliyyəti hələ də hiss edilmir. Bu baxımdan 34 saylı seçki dairəsinin ərazisini də əhatə edən bələdiyyə qurumu istisna deyildir. Sakinlərin bələdiyyələrdən gözləntiləri olsa da aradan keçən müddət ərzində bu gözləntilər hələ də ciddi şəkildə həyata keçirilə bilmir. Bunun bir səbəbi bələdiyyə qurumlarının yeni olmasıdırsa, digər bir səbəbi də onların optimal şəkildə təşkil edilməməsidir. Ona görə də bələdiyyə islahatı keçirilməsi zərurəti yaranıb. İnkişaf etmiş ölkələrin – xüsusən də Türkiyənin bu yöndəki təcrübəsini Azərbaycan bələdiyyələrinə tətbiq etmək lazımdır. Bunun üçün təklif edəcəyimiz ilkin addımlar sırasında bələdiyyə ərazilərinin seçki dairələrinin əraziləri ilə uyğunlaşdırılması yoluyla ölkədə onların sayını 125-ə endirmək, ardından da kommunal və yerli xarakterli məsələlərlə məşğul olan qurumları, misal üçün, mənzil-kommunal sahələrini (MKS) onların ixtiyarına vermək lazımdır. Bu zaman MKS-lərin bütün işçilərinin iş yerlərini qoruması və əmək haqlarının məbləğinin ən azı iki dəfə yüksəldilməsini təmin etmək olar.



ERMƏNİSTAN-AZƏR-BAYCAN MÜNAQİŞƏSİ: Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistanın işğalından xilası üçün Azərbaycanda ən yüksək hərbi hazırlığın tətbiqi vacibdir. Bu məsələ ilə bağlı münaqişələrin həlli təcrübəsi olan ölkələrin təcrübəsini öyrənmək, həmçinin dünyanı fakt qarşısında qoyacaq addımlar atmaq lazımdır.



ORDU QURUCULUĞU: Artıq Azərbaycan dövləti yetərincə güclü bir şəkildə ayaqda duracaq duruma gəlmişdir. Bununla belə orduyla bağlı bəzən xoşagəlməz halların baş verməsi bu sahədə islahatların zəruri olmasından xəbər verir. Bizim təklifimiz ölkədə yeni ordu quruculuğu sisteminə keçməkdir. Bu zaman ümumi hərbi hazırlıqla bərabər ödənişli könüllü peşəkar ordu hissələrinin formalaşdırılması işinə başlanılmalıdır.



DÖVLƏT QURUCULUĞU: Ölkədə çevik idarəetmə sisteminin tətbiqi üçün bir sıra dövlət qurumlarının birləşdirilməsi, e-hökumət proqramının ən qısa müddət ərzində tətbiqi, qurumlararası əlaqələrin optimallaşdırılması və gərəksiz bürokratiyanın ləğv edilməsi üçün yeni sistemin işlənib hazırlanmasına zərurət var. Bu qəbildən olan fəaliyyətlərə Milli Məclisin tərkibinin artırılaraq 165 nəfərə çatdırılması da daxildir.



BEYNƏLXALQ ƏLAQƏLƏR: Bu sahədə dövlətimizin apardığı işlər, Azərbaycanın bir sıra əsas beynəlxalq qurumlara üzv olması, ölkəmizin səsinin artıq ən yüksək tribunalardan gəlməsi ondan xəbər verir ki, bu potensial və imkan-lardan istifadə edə bilərik. Ona görə də ölkəmizin beynəlxalq əlaqələrini daha çevik müstəviyə keçirmək üçün müasir informasiya-kommunikasiya texnologiyalarını və xarici dilləri yaxşı bilən gənc kadrların hazırlanması üçün əlavə imkanlar yaradılmalıdır.



XARİCİ SİYASƏT: Azərbaycanın xarici siyasəti hazırkı kursda davam etdirilməlidir. Yalnız bəzi məsələlərdə kiçik düzəlişlər etmək faydalı olardı. Bunlardan ən başlıcası ölkəmizin üzləşdiyi problemlərin həllində bizə yaxın olan dövlətlərin imkanlarını hərəkətə gətirməkdir. Elə bunun üçün də Azərbaycanın türk dünyasıyla əlaqələrini yeni mərhələyə keçirmək, ölkəmizin türk dünyasının avanqardı olduğunu əməldə göstərmək lazımdır.







Yorumlar









Aktif Ziyaretçi 27
Dün Tekil 1388
Bugün Tekil 1268
Toplam Tekil 4062658
IP 52.15.63.145






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























7 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K rler ar s nda ayna satma, sa rlar ar s nda gazel atma.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.716 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu