Qorxmaz İbrahimli ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Qorxmaz İbrahimli ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 16.10.2010 > Kaç kez okundu? 3410

Paylaş


Milli Azadlıq Hərakatının tanınmış fəallarında olan, Aydınlar Partiyasının sədr müavini Qorxmaz İbrahimlinin Günaz.tv Mətbuat mərkəzinə eksklüziv olaraq verdiyi müsahibəsini təqdim edirik:



-Aydınlar Partiyası Güney Azərbaycan məsələsinə nə qədər önəm verir?





-Bu gün təbii ki, hər bir Azərbaycan vətəndaşının fikir və düşüncəsində Güney Azərbaycanın xüsusi önəmi var. Düzdür, rəsmi qeydiyyatdan keçmiş partiyanın proqramında bu məsələ öz əksini tapmasa da, ancaq partiyanın siyasi şurası, ali məclisin bu məsələ ilə bağlı qəbul etdiyi sənədləri var. Hər zaman bu, məsələni gündəmdə saxlamağa çalışırıq.





-Hal-hazırda Şimali Azərbaycanda siyasi partiyaların, ictimai təşkilatların güney məsələsi ilə bağlı fəaliyyətləri Sizi qane edirmi?



-Bildiyiniz kimi İran qapalı və antidemokratik bir dövlət olduğu üçün orada baş verən hadisələr haqqında məlumatlar əldə etmək olduqca çətindir. Ancaq buna baxmayaraq İranda baş verənlər haqqında məlumatlar dünya ictimaiyyətinə çatdırılırsa, eyni zamanda quzeydə fəaliyyət göstərən ictimai təşkilatlar, siyasi partiyalar, mətbuat nümayəndələrimiz bu məsələləri qaldıra bilirlərsə qismən qane edici saymaq olar. Çünki fədakar milli fəallarımız güney məsələsini yorulmadan dünya ictimaiyyətinə çatdırırlar.



-Siz AXC hakimiyyəti dönəmində prezident administrasiyasında işləməsiniz. AXC hakimiyyətinin devrilməsində İran faktoru nə qədər rol oynayıb?





-AXC hakimiyyətinin devrilməsində müəyyən beynelxalq güclər nə qədər rol oynadısa, İranın da rolu danılmazdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqilliyini əldə edən sonra AXC hakimiyyəti İrana qarşı informasiya savaşı aparırdı. Qəti informasiya addımları atılırdı, rəhmətlik Əbülfəz Elçibəy bütün beynelxalq tədbirlərdə Güney Azərbaycan məsələsini qaldırırdı, orada cərəyan edən hadisələr haqqında beynelxalq ictimaiyyəti məlumatlandırırdı. Şübhəsiz ki, bu da İran rejimini narahat etməyə bilməzdi, ona görə də Tehran AXC hakimiyyətinin devrilməsinə dəstək verirdi.



-Həmin zaman İran konkert olaraq hansı qüvvələrə dəstək verirdi. Hakimiyyətin əlində belə faktlar var idimi ki, İran hakimiyyətinin devrilməsi üçün işlər görür?





-Təbii ki, bizim əlimizdə kəşfiyyat məlumatları var idi. O, zaman AXC hakimiyyəti zəif, kövrək olduğu üçün İranın ölkəmizdəki səfiri kifayyət qədər destruktiv işlərlə məşğul ola bilirdi. Yəni destruktiv dedik də, bildiyiniz kimi hər bir səfirin fəaliyyəti ilə bağlı beynelxalq normalar var, səfirlik statusu o norma ilə tənzimlənir. Ancaq, o zaman İran səfiri bu normalları aşırdı.



-Bildiyiniz kimi bu günlərdə İran Azərbaycana hərbi sahədə əməkdaşlıqla bağlı təklif irəli sürüb. Bu fikri İranın Müdafiə Naziri də Bakıda səsləndirdi. Bu haqda fikirlərinizi eşitmək maraqlı olardı...



-Bu gün Amerika və qərb dövlətləri tərəfindən İrana qarşı təzyiqlər, sanksiyalar, embarqolar tətbiq olunur. İran o boşluğu doldurmaq üçün şimal qonşusu Azərbaycanla əlaqələrin inkişafına meyllidir. Mən buna təbii baxıram. Hesab eləmirəm ki, Azərbaycan o sanksiyalara qoşulmalıdır. Ancaq buna baxmayaraq Azərbaycan hakimiyyətini və vətəndaşlarını güneydə yaşayan soydaşlarımızın taleyi ciddi şəkildə düşündürməlidir. Ancaq konkret olaraq hərbi sahə ilə bağlı əlaqələrə gəldikdə və ya hansısa sazişin imzalanmasına bu o, qədər də ağlabatan deyil.



-Əgər rəsmi Bakı hərbi sahədə əlaqələrin inkişafında maraqlı olsa, bu Amerika-qərb dövlətləri tərəfindən ölkəmizə qarşı təzyiqlərin artmasına səbəb bilərmi?



-Hazırda Azərbaycan hakimiyyətinin yürütdüyü xarici siyasət balanslaşdırılmış olduğu üçün rəsmi Bakı İranla da münasibətlərin qurulmasında maraqlıdır. Bu gün bizim müxalifətdə olmağımıza baxmayaraq hesab edirik ki, hakimiyyətin İranla bağlı yürütdüyü siyasət məqbul sayıla bilər. Yəni bizim fikrimizcə Azərbaycan ciddi təzyiqlərin qarşısında olduğuna görə, bu gün İrana qarşı nə sanksiyalara qoşula bilər, nə də ki, İranla ciddi şəkildə yaxınlaşa bilər.





-İranın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik təklifini neçə dəyərləndirirsiniz?



-Biz 1992 ci ildə İranın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürməsi ilə bağlı prosesin hansı sonluqla bitdiyini yaxşı bilirik. Həmin prosesdə Şuşa şəhəri işğal olundu. Bu bizim yaxın tariximizdə cərəyan edən bir hadisə idi. Bircə faktı demək kifayyətdir ki, Azərbaycanın haqlı olaraq Ermənistanı blokadaya aldığı zaman, işğalçı ölkəyə İran tərəfindən istər mavi yanacaq, istərsə də ərzaq ehtiyyatları ilə təmin edilirdi və bu da faktiki olaraq Ermənistanı blokadadan çıxartdı. Bu gündə eyni siyasət aparılmaqdadır. Hazırda Rusiya Ermənistana neçə yardım edirsə, ondan bir qədər də çox İran kömək edir.





-Gələcəkdə İrana qarşı müharibə başlayacağı təqdirdə, bunun hansısa formada Azərbaycana təsirləri ola bilərmi?



-Bəli, humanitar axın ola bilər. Azərbaycan bu gün və nə də ki, gələcəkdə böyük sayda insan qaçqını qarşılamağa hazır deyil. Üstəlikdə, İranla qonşu olduğumuz üçün istifadə olunan silahların təsirləri ölkəmizə dəyəcək. Aydınlar Partiyası olaraq beynelxalq güclərin müharibə aparmasına qarşıyıq. Nəzərə almaq lazımdır ki, müharibə Güney Azərbaycana da zərər verəcək. Eyni zamanda digər türk toplumları olan qaşqaylar, türkmənlər və s. üstəlik farslar, ərəblər, kürdlər, bəluclarda əziyyət çəkəcəklər.



Çünki ortada İraq faktoru var. Hazırda İraq hansı vəziyyətdədir, onu hamımız yaxşı görürük. İndi ki, vaxtda müharibə yolu ilə heç nəyə nail olmaq mümkün deyil. Hələ ki, İrana qarşı tətbiq olunan vasitələr bitməyib, bunlar bitdikdən sonra müharibə variantı işə düşə bilər.



-Qorxmaz bəy, sonda Sizə öz təşəkkürümüzü bildiririk suallarımızı cavablandırdığınıza görə və işlərinizdə uğurlar arzu edirik.



-Biz də ön növbəmizdə Güney Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmağa çalışan GünAz Televiziyasına və onun fədakar əməkdaşlarına yorulmaz fəaliyyətlər arzulayırıq. Tanrı bu yolda Sizlərə yar olsun!





Söhbətləşdi: Elnur Eltürk









Yorumlar









Aktif Ziyaretçi 40
Dün Tekil 1787
Bugün Tekil 685
Toplam Tekil 4068606
IP 18.222.120.133






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.001 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu