34 saylı Xətai II SD-dən deputatlığa namizəd Həsrət Azər Hacıqulu oğlunun seçicilərə müraciəti - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









34 saylı Xətai II SD-dən deputatlığa namizəd Həsrət Azər Hacıqulu oğlunun seçicilərə müraciəti
Tarih: 15.10.2010 > Kaç kez okundu? 3022

Paylaş




Bakı, AzerHasret.com, 15.10.2010 - Əziz seçicilərim! Əziz sakinlərimiz!



Bu il noyabrın 7-də Azərbaycanda növbəti Milli Məclis seçkiləri keçiriləcək. Bu seçkilər dövlətimiz və xalqımız üçün çox ciddi önəm kəsb etməklə bərabər həm də daha bir sınaqdır. Biz elə etməliyik ki, seçkilərdən bir xalq olaraq üzüağ çıxa bilək. Bunun üçün yalnız dövlətin deyil, vətəndaşların – mənim və Siz seçicilərimin də üzərinə önəmli vəzifələr düşür. Biz birlikdə həmin vəzifələrin öhdəsindən layiqincə gələ bilərik!



Əziz seçicilərim! Bu seçkilərdə bizim ilkin vəzifəmiz hər bir seçicinin mütləq şəkildə seçki məntəqəsinə gedərək məhz özünün səs verməsinə nail olmaqdır. Belə olacağı təqdirdə insanlarımızın iradəsi mütləq şəkildə diqqətə alınacaqdır.



İkinci vəzifəmiz ətrafımızda olan insanları ən layiqli namizədə səs verməyə inandırmaqdır. Sizə də bəlli olduğu kimi çox sayda insan deputatlığa iddia edir və bu normal bir haldır. Ancaq seçki təcrübəmizdən çıxış edərək bildiririk ki, çox zaman seçkilərdə iştirak edən onlarla namizəddən yalnız ikisi və ya üçü arasında gerçək mübarizə gedir. Yerdə qalanlar isə namizədliklərinin müdafiəsi üçün topladıqları imzaların sayı qədər belə səs ala bilmirlər. Lakin onların sayı bəzən çox olduğundan aldıqları cüzi səsləri toplayanda birlikdə önəmli rəqəmə çevrilə bilir. Bu isə məhz sizin namizədin ala biləcəyi səslərin azalmasına səbəb olur. Ona görə də ətrafınızdakı insanları məhz real ola biləcək namizədə səs verməyə inandırın. Qohumluğa, tanışlığa, yerliçiliyə görə səs verənlərin səsi onsuz da boşa atılmış güllə kimidir. Əsas olan bütün insanların ürəyindən xəbər verən, siyasi oyunbazlıqdan uzaq, halal yolla özünü sizə sevdirə bilən namizədi müəyyən edərək onu da seçməkdir.



Daha bir vəzifəmiz bu seçkilərin dövlətimiz və millətimiz üçün xeyirli nəticələrə gətirib çıxarması üçün vətəndaş sayıqlığının nümayiş etdirilməsidir. Sizə də bəlli olduğu kimi bəzən bəzi siyasi kəsimlərin namizədləri seçiciləri şirnikləndirməklə, aldatmaq və ya qorxutmaqla özlərini millətə deputat kimi sırımaq istəyirlər. Ümid edirik ki, Siz belələrinin yalan vədlərinə və hədələrinə boyun əymədən vicdanınızın səsinə qulaq asaraq əsl ləyaqət nümayiş etdirəcək və məhz özünüzün müəyyən etdiyiniz namizədə də səs verəcəksiniz.



Əziz seçicilərim! Sizdən daha bir xahişimiz bu seçkilərin normal məcrada keçirilə bilməsi üçün ətrafınızdakı biganə insanları onların səsinin hesaba alınacağına inandırmaqdır. Əmin olun ki, seçicilərin ən azı yüzdə yetmişi səsvermədə iştirak edəcəksə, o zaman kimlərsə onların əvəzinə nəticələri müəyyən edə bilməyəcək. Bu gün bizim dairəmizdə yaranan əlverişli şərait və ölkə rəhbərliyinin də burada şəffaf və ədalətli seçki keçirmək üçün mümkün olan hər şeyi etməsi biz vətəndaşları da bu prosesdə fəal olmağa səsləyir. Ona görə də hamımız əl-ələ, birlikdə bu prosesdən üzüağ çıxmaq üçün insanları səsvermədə fəal olaraq öz istədikləri namizədə səs verməyə inandıra bilməliyik.



Əziz seçicilərim! Mən sizə inanıram və güvənirəm! Mən inanıram ki, siz hər bir namizəd haqqında əlinizə çatan bilgiləri müqayisə edərək ən layiqlisini seçəcəksiniz! Və mən də etimadınızı qazana biləcəyim halda onu doğrultmaq üçün hər şeyi etməyə hazıram! Bunu sözdə deyil, əməlimdə görəcəksiniz!







Yorumlar









Aktif Ziyaretçi 44
Dün Tekil 1787
Bugün Tekil 1369
Toplam Tekil 4069290
IP 18.119.107.161






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu