Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib - Vikipediya, APA; Derleyen: Dr. Elnur Hasan MİKAİL - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib - Vikipediya, APA; Derleyen: Dr. Elnur Hasan MİKAİL
Tarih: 19.09.2010 > Kaç kez okundu? 3976

Paylaş




Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا

Keçid et: naviqasiya, axtar

Dövlət Bayrağı Meydanında tikinti-quraşdırma və abadlaşdırma işləri gedərkən.



Dövlət Bayrağı Meydanı — Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkı. Meydanın təntənəli açılışı 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən keçirilmişdir.[1]



Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də imzalanıb. Digər tərəfdən Prezident 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.



Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında prezident İlham Əliyevin iştirakı ilə qoyulub.



2009-cu ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində yerləşən Dövlət Bayrağı meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün əlavə tədbirlər haqqında” sərəncam imzalamışdı.



Bakı şəhərində yerləşən Dövlət Bayrağı meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 mln. manat vəsait ayrılmışdı. [2]



Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.



Amerika Birləşmiş Ştatlarının “Trident Support” şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın “Azenko” şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.



20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır.[3] Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.



Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Mündəricat





[redaktə / تحریر] Həmçinin bax



* Azərbaycan Respublikasının Dövlət Bayrağı

* Dövlət Bayrağı Günü



[redaktə / تحریر] Mənbələr



1. ↑ http://az.apa.az/xeber_Bakida_Dovlet_Bayragi_Meydaninin__197260.html

2. ↑ APA, 26 Oktyabr 2009

3. ↑ Mediaforum.az, 2009-10-26



[redaktə / تحریر] Ədəbiyyat



1. Dövlət Bayrağı Meydanı. Bakı, 2010,s. 75.

2. Əhmədov Səbuhi, Məmmədov Vüqar. Azərbaycan Respublikasının Dövlət Bayrağı. Bakı, 2010,s. 156.



---



Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib

[ 02 Sentyabr 2010 00:29 ]





Bakı-APA. Sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olub. Bu barədə APA ’’Azərtac’’a istinadən məlumat verir.



Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.



Prezident təntənəli mərasimdə nitq söyləyib.

Böyük bir sahəni əhatə edən Dövlət Bayrağı Meydanının əhəmiyyətindən danışan dövlət başçısı deyib ki, dünyanın ən hündür bayraq dirəyi bu gün paytaxtın bütün nöqtələrindən görünür və gələcəkdə meydanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılacaq.

Azərbaycanın istənilən memarlıq nümunəsini yaratmağa imkanı olduğunu vurğulayan prezident İlham Əliyev bildirdi ki, onun Sərəncamına əsasən hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcək.

Azərbaycanın beynəlxalq aləmdə yüksək imicə malik ölkəyə çevrildiyini qeyd edən dövlət başçısı əsas məqsədin respublikamızın daha da güclənməsinə, xalqımızın daha yaxşı yaşamasına yönəldiyini vurğulayıb.

Azərbaycanın dünya birliyi üçün etibarlı tərəfdaşa çevrildiyini bildirən prezident İlham Əliyev qazanılan nailiyyətlər əsasında gələcəkdə yeni layihələrin icra olunacağını, ölkəmizin heç bir xarici yardımdan asılı olmadığını və təhlükəsizliyini təmin etdiyini diqqətə çatdırıb.

Ölkəmizin gözəl təbiətə malik olduğunu qeyd edən dövlət başçısı bildirib ki, təbii ehtiyatlarımız gücümüzü daha da artırır. Prezident İlham Əliyev bir neçə ildən sonra Azərbaycanın beynəlxalq donor ölkəyə çevriləcəyini və bununla bağlı artıq konkret işlər görüldüyünü söyləyib.

Dövlət başçısı deyib ki, regionda gedən proseslərdə Azərbaycan fəal, bəzi hallarda isə həlledici rol oynayır. Müstəqilliyin xalqımızın ən böyük sərvəti olduğunu bildirən prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməz olduğunu xüsusi vurğulayıb.



Azərbaycan xalqının öz taleyinin sahibi olduğunu vurğulayan prezident İlham Əliyev deyib ki, ölkəmizdə milli həmrəylik və vətənpərvərlik ruhu yüksək səviyyədədir.

Müstəqil ölkəmizin həyatında bu gün unudulmaz tarixi hadisənin baş verdiyini qeyd edən Azərbaycan prezidenti dövlət bayrağının məna və mahiyyətinin yüksək tutulmasının əhəmiyyətini bir daha vurğulayıb.

Sonra dövlət bayrağı Azərbaycan əsgərlərinin çiyinlərində meydana gətirilib.

Prezident İlham Əliyev bayrağın ilgəyini qarmağa keçirib. Xüsusi qurğu dövlət bayrağını aramla səmaya – dirəyin zirvəsinə qaldırmağa başlayıb.

Azərbaycan Respublikasının dövlət bayrağının xalqımızın milli həmrəyliyinin yaradılması və möhkəmləndirilməsindəki rolundan, Dövlət Bayrağı Meydanının tikintisindən bəhs edən film nümayiş olunub.



Dövlət başçısı İlham Əliyev bayrağı açıb. Azərbaycan Respublikasının dövlət himni səslənib. Toplardan yaylım atəşi açılıb. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Dövlət Bayrağı Meydanından keçib. Daha sonra dövlət bayrağının ucaldılması şərəfinə Bakı səmasında lazer-şou nümayiş olunub.



Təntənəli mərasim atəşfəşanlıqla başa çatıb.



Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalayıb. İndən belə hər il noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunacaq.

2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında prezident İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təməli qoyulub. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.

Amerika Birləşmiş Ştatlarının “Trident Support” şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın “Azenko” şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.

İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.



QAYNAQ: Vikipedia, APA.AZ





Yorumlar









Aktif Ziyaretçi 38
Dün Tekil 1097
Bugün Tekil 682
Toplam Tekil 4072610
IP 3.14.6.194






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























14 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K peklerin dudaklar de di diye deniz kirlenmez.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu