DAK GƏNCLƏR TƏŞKİLATI TÜRK ŞƏHİDLİYİNİ ZİYARƏT ETDİ - Aysel ARAZ - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









DAK GƏNCLƏR TƏŞKİLATI TÜRK ŞƏHİDLİYİNİ ZİYARƏT ETDİ - Aysel ARAZ
Tarih: 16.09.2010 > Kaç kez okundu? 3294

Paylaş


Dünya Azərbaycanlıları Konqresi (DAK) Gənclər Təşkilatı “1918-ci il Bakının düşmən işğalından qurtuluşu” ilə bağlı Türk Şəhidliyini ziyarət etmişdi. DAK Gənclər Təşkilatının rəhbərliyi və üzvləri ilə yanaşı, DAK Mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəyli, “Yeddi Dövlət – Bir Millət” Konseyinin başqanı Azər Həsrət də ziyarətçilər sırasında idi. Şəhidləri bir dəqiqəlik sükutla yad edən gənclər, onların ruhuna dualar oxudu.

Çıxış edən DAK Gənclər Təşkilatı başqanı Seymur Həsənli 15 sentyabr tarixinin mahiyyətinə toxundu. “15 sentyabr 1918-ci ildə baş verənlər yalnız tarix deyildir, həm də siyasətdir. Siyasət ona görə ki, türkü türkə qarşı qoymaq kimi planlar və projelər bu gün də hazırlanır. Hər hansı bir etnik mənsubiyyəti bilinməyən Azərbaycanlının Türkiyədə, Türkiyəlinin isə Azərbaycanda yalnış addımları mətbuat tərəfindən bilərəkdən şişirdilir. Məqsəd türk toplumlarını qarşı-qarşıya qoymaqdır. Bu kimi hadisələr tarixən də olub. Bununla bərabər bizim tariximizdə şərəfverici məqamlar daha çoxdur. Bunlardan biri də 15 sentyabr 1918-ci ildə baş verən hadisələrdir. Hədəfi Bütöv Azərbaycanı qapsayan Turan olan hər bir gənc üçün bu kimi tarixlər bir nümunədir. Türkün gərəkdiyi anda birləşə bildiyinə bir nümunədir. Biz belə nümunələri təbliğ etməliyik və edirik”. Seymur Həsənli onu da vurğuladı ki, baxmayaraq ki, 28 May 1918-ci ildə müstəqillik elan olunmuşdu, Bakıda hələ düşmən at oynadırdı. “15 sentaybr tarixindən etibarən isə millət müstəqilliyi öz həyatında yaşayırdı”.

Çıxış edən DAK Mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəyli daha böyük qurtuluşun hələ qarşıda olduğunu bildirdi. “Quzey Azərbaycanın var olmasında 15 sentyabrda axıdılan Şəhid qanlarının mühüm rolu vardır. Məhz həmin Şəhidlərin və qazilərin sayəsində Azərbaycan Xalq Cümhuriyyəti əməldə öz müstəqilliyini elan etdi. Daha böyük qurtuluş yaxındadır. Güney Azərbaycanın qurtuluşu ilə bötüvləşəcək Azərbaycanın vətəndaşı olmaq hər bir gəncin həyat amalı olmalıdır”.

Çıxış edən “Yeddi Dövlət – Bir Millət Konseyi”nin başqanı Azər Həsrət milli davaya utopik yanaşan insanlara mesaj verdi. “Bu gün bizim şanlı tarixi gün olan Bakının Qurtuluşunu qeyd etdiyimiz məkanda Azərbaycan və Türkiyənin bayraqları yanaşı dalğalanır. Bir zamanlar bunu heç insanlar xəyal belə edə bilməzdilər. Amma bu gün biz bu realığı yaşayırıq. İndi Bütöv Azərbaycan və Türk Birliyi davasını aparırıq. İnanırıq ki, yaxın zamanlarda biz Təbrizin qurtuluşunu bayram edib, orda belə bir tədbirdə çıxış edərək, bir zamanlar Bütöv Azərbaycanı xəyal edənlər var idi deyəcəyik”.

Sonra DAK Gənclər Təşkilatının sədr müavini Hüseyin Günəşli, Yeni Nəfəs Gənclər Hərakatının sədri Mehman Həsən, DAK Gənclər Təşkilatı üzvü Sevinc Məhərrəmova və başqa gənclər çıxış edərək hər kəsi milli səfərbərliyə dəvət etdilər.

Ziyarətin təşkilatçılığını, fəallarımız Əfqan Həsənli, Naib Tegin, Ülvi Turan, Çingiz Qəribov, Fərid Qasımov həyata keçirmişdir.

Ziyarətin milli televiziyamız Günaz TV tərəfindən çəkilişi də həyata keçirilmişdir.



Ekler:









Yorumlar









Aktif Ziyaretçi 40
Dün Tekil 1927
Bugün Tekil 1494
Toplam Tekil 4067628
IP 18.216.32.116






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.287 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap