Unutqanlıq-bir millətin məhv olması, tarixin yaddaşından silinməsi deməkdir - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Unutqanlıq-bir millətin məhv olması, tarixin yaddaşından silinməsi deməkdir - Elnur ELTÜRK
Tarih: 09.09.2010 > Kaç kez okundu? 2256

Paylaş


...Bu günlərdə Azad Azərbaycan televiziyasında yayımlanan (ATV) xəbərlər proqramında milli dərs ləvazimatlarının satılmaması ilə bağlı tənqid rubrikasında maraqlı nüanslar ortaya çıxdı. Verilişdə bir daha aydın oldu ki, bu gün orta məktəblərdə tarix dərslərimizin keçirilməsi metodikası zəifdir, və düzgün desək tarixi dərslərimiz keçirilmir. Daha aydın və açıq şəkildə desək bərbad gündədir…

Jurnalist məktəbli şagirdlərdən 20 Yanvar, Xocalı faciəsi nə vaxt baş verib suallarını verəndə şagirdlər susqun vəziyyətdə qaldılar və onlara ünvanlanan sualları cavablandıra bilmədilər. Doğrudan da, bu, utanc verici bir hadisədir. Şagirdlərimiz yaxın tarixdə baş verən faciələrdən bilgisizdir...

Mən bunun əsas səbəbini və günahı şagirdlərdə görmürəm. İnsanda ilk öncə milli ideoloji düşüncə evdə, baxçada, orta məktəbdə formalaşır, - bu ruhda yetişən gənc ölkəsini sevən bir kamil insana çevrilir. Yoxsa, sonradan bu hissləri insanda formalaşdırmaq müşkül məsələyə çevrilir. Televiziyalarımız küçələrdə insanlarımız arasında üç rəngli bayrağımızın mənasını, işğal altında qalan torpaqlarımız haqqında sorğu keçirəndə yuxarıda problemlərlə üzləşirlər. Adi bir qəzet müxbiri də Bakının məşhur Nizami küçəsində ( xalq arasında Torqovu kimi tanınan) sorğu keçirirsə eyni halla üzləşəcək. Bu reallıqdır.

Belə olan halda, xalq deyimi yada düşməyə bilməz. Doğrudanmı, biz unutqan millətik?!.. Unutqanlıq faciə deməkdir. Unutqanlıq bir millətin məhv olması, tarixin yaddaşından silinməsi deməkdir...

Nəzərə alsaq ki, iyirmi faiz torpaqlarımız işğal altındadır, hər gün vətən uğrunda şəhid veririk. Bir tərəfdən də ermənistan-rusiya ilə hərbi əlaqələrini gücləndirir və düşmənlərimiz bundan ruhlanaraq bizə meydan oxuyurlar, məhz ölkəmizdə milli ideoloji təbliğat güclü getməlidir. Bu proses davamlı və sürətli olmalıdır. Başqa yolumuz yoxdur. Məhz Qarabağın azadlığı xalqımızın özünə qayıtmasındadır.

Xalqımızın mili düşüncədən uzaq düşməsi, manqurdlaşdırılması iri qüvvələrin maraq dairəsindədir. Bu, məsələdə də əsas hədəf gənclik təbəqəsidir. Çünki bu günkü gənclik sabahın potensial intellektual qüvvəsidir. Unutmaq olmaz ki, gəncliyimizə əyləncə psixologiyasının aşılanması- Qarabağın de-yure itirilməsi deməkdir.

Bunun üçün ölkədə milli ideoloji klublar fəaliyyət göstərməli, televiziyalarda boş-mənasız şou-biznes verilişlərinin fəaliyyəti azaldılmalı, və milli maarifçilik yönündə olan verilişlərə önəm verilməlidir. Əks-təqdirdə bunun fəsadlarını yaşaya bilərik.

Neçə ki, zaman-zaman tarixi torpaqlarımızı itirə-itirə gəlirik. Tarixi Böyük Azərbaycandan, indi parçalanmış Azərbaycan qalıb. Bu, nə vaxta kimi davam etməlidir?!..



Elnur Eltürk





















Yorumlar








Aktif Ziyaretçi 16
Dün Tekil 763
Bugün Tekil 147
Toplam Tekil 1636441
IP 54.158.98.119






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































4 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ne kadar bilirsen bil; söylediklerin karşındakinin anladığı kadardır.
(MEVLANA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.907 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu