ERMƏNİPƏRƏST SİYASƏTÇİLƏRƏ SADƏ KƏNDÇİ ETİRAZI - Əmirxan VƏZİROV - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









ERMƏNİPƏRƏST SİYASƏTÇİLƏRƏ SADƏ KƏNDÇİ ETİRAZI - Əmirxan VƏZİROV
Tarih: 30.08.2010 > Kaç kez okundu? 3068

Paylaş


Sizcə Azərbaycanda yaşayan rusların , Bakıda yaşayan ermənilərin hüququnu kim qoruyacaq.

Siyasətçilərimizə plan A-dan plan B-yə keçmək məsləhət görülür.







Dünyada cürbəcür insan hüquqlarını qoruyan qurumlar var. Həmən qurumların çoxu Qarabağda yaşayan ermənilərin hüququnu qorumaq istəyirlər. Buna etiraz etmirik. Ancaq bircə Qarabağda yaşayan ermənilərin hüququnu belə şişirtmək haqsızlıqdır.

Rusiyada dünya ruslarının hüququnu qoruyan bir qurum var. Onlar gündəlik işə gəlir, aylıq maaş alır. Yaxşı bəs niyə həmən qurum və yaxud elə Rusiya höküməti Azərbaycanda yaşayan rusların hüququnu qorumurlar. Axı burada yaşayan ruslar da Qarabağın turizmindən istifadə etmək istəyirlər. Onlar da Azərbaycan vətəndaşıdırlar. Oradan gələn gəlirlərdən məvaciblərində, pensiyalarında və digər sosial imtiyazlarında hiss etmək istəyirlər. Necə ki, neftdən gələn gəlirlərin xeyri kimi. Bu ən yaxşısıdır. Ən pisi isə müharibə başlayarsa onların da evladları yaralana və ya öldürülə bilərlər. Birinci Qarabağ müharibəsində olduğu kimi. Bəs bu rusların hüququnu kim qorumalıdır?

Bu mövzu ilə Ukrayna və digər millətləri də nümunə göstərmək olar.

Qarabağda yaşayan ermənilərin hüquqları bütövlükdə Azərbaycanda yaşayan 50-ə yaxın millət və etnik qrupdan artıqdırmı?

Bakıda deyilənə görə 30 minə yaxın erməni yaşayır. Onlar araya çıxmır və alnıaçıq Bakıda gəzə bilmirlər. Ona görə yox ki, qorxurlar. Qorxsaydılar köçüb gedərdilər. Ona görə ki, onların qardaşlarının əlləri Azərbaycanda yaşayan türkün, kürdün, ləzginin, avarın, rus, ukrayna və digərlərinin , hətta yəhudilərin də qanına batıb. Onlar xəcalət çəkirlər. Bəs niyə dünyanın hüquq sevərləri Bakı ermənilərinin hüququnu qorumurlar. Axı onlar əvvəlki kimi Bakıda alnıaçıq gəzmək istəyirlər. Onlar da Qarabağ məsələsinin ədalətli həllini istəyirlər. Ərazi bütövlüyü çərçivəsi nəticəsində. Onlardan soruşa bilərsiz. Sizcə yox diyə bilərlər!?



ERMƏNİSTANDA YAŞAYAN YERLİ ERMƏNİLƏRİN HÜQUQU NİYƏ QORUNMUR.

Axı separatçı rejim sülh yürüşü keçirənlərə atəş açmağı əmr etdi. Ölən, yaralanan və tutulan oldu. Deyilənə görə 10-15 adam öldü. Bu dəqiq atəş olsaydı, onda o rejimə bəraət qazandırmaq olardı. Deyərdilər ki, dəqiq atəş ilə cinayətkarları zərərsizləşdirdik. Halbuki o rejim əhaliyə atəş açmağı əmr etdi. Ölənlər sadəcə lotereyada olduğu kimi, kimin bəxtinə düşdü. Demək bütün mitinqçilərə ölüm hökmü verildi.

Hüquq qoruyucuları niyə ancaq Qarabağda yaşayan ermənilərin hüququnun qorunmasında canfəşanlıq edirlər? Olmaya bəlkə Qarabağda yaşayan ermənilərə toxunulmamazlıq statusu verilib? Bəlkə onlara “nə istəyirlər, eləyə bilərlər” imkanı verilib. Elə isə onlara verilən hüququ sənəd şəklində göstərin görək.Göstərə bilməzsiniz. Lap olsa da, onda sübut edin ki, bu hansı etalonla ölçülür. Belə etalon varmı?



Plan “B”-ə keçid



Xəzərlilərin şah gedişi:



Burada yaşayan rus cəmiyyəti rus hökümətinə müraciət edirlər:

“Biz rusların hüququ bir qrup separatçı ermənilər tərəfindən pozulur. Bu məsələ sülh yolu ilə həll olunmazsa, onda müharibə qaçınılmazdır. Biz də bir vətəndaş olaraq, haqqı bərpa etmək üçün müharibəyə gedəcəyik. Necə ki, Azərbaycanlılar bir vətən olan SSRİ-də biz ruslarla faşistlərə qarşı vətəni qorumağa getmişlər. İndi biz də Azərbaycan vətəndaşı olduğumuz üçün öz borcumuzu yerinə yetirməliyik. O vaxt rus höküməti haqq hüququmuzu qorumasa erməni separatçı rejimini dəstəkləsə, o vaxt bizim rusiya vətəndaşlarına müraciət etməkdən başqa bir çıxışımız qalmayacaq. Onda görək hökümət vətəndaşsız nə deməkdir.”

Bu cür çıxışlarla Azərbaycanda yaşayan digər millətlər də çıxış edəcəklər. Öz qardaş millətlərinin hökümətlərinə.

Etnik qruplar BMT-yə: 50-ə yaxın millət və etnik qrupların (Bakı erməniləri daxil olmaqla) hüquqları altmış minlik Qarabağda yaşayan ermənilər və separatçı Ermənistan rejimi tərəfindən pozulur ( Hərçənd deyirlər altmış minlik erməni, bir neçə minlik (başçıları) separatçıları çıxmaqla artıq o şəraitdə yaşamaqdan beziblər. Onlar da Azərbaycanlılarla sülh şəraitində yaşamaq istəyirlər.

Əgər BMT bizim hüququmuz qorumaq iqtidarında deyilsə, onda hörmətli Ban-Ki-Munu istefaya göndərmək olar. Qoy bir məhəllənin ağsaqqalı olsun. O bu işin öhdəsindən gələ bilmədi. İşçiləri isə dünyada meşə yanğınlarının yerində hərəyə bir neçə ağac əkməklə bir işə yaramış olarlar. Biz isə dünyada yaşayan qardaşlarımıza müraciət edib, onların köməyi ilə öz haqq hüququmuzu qorumaq məcburiyyətində qalacağıq.

ARDI VAR....

ƏMİRXAN