Ayhan Dəmirçi ilə Msahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Ayhan Dəmirçi ilə Msahibə - Elnur ELTÜRK
Tarih: 28.08.2010 > Kaç kez okundu? 3043

Paylaş


"Sərhədlər müvəqqəti açılsa belə, bu, Qarabağ danışıqlarında düşmən tərəfinə mənəvi güc verəcək"



Ayhan Dəmirçi: "Bu siyasət nə Türkiyənin, nə də Azərbaycanın xeyrinə deyil, birbaşa türk dünyasının milli maraqların ziddir"



Bu günlərdə Rusiya ilə Ermənistan arasında hərbi-strateji müqavilənin imzalanması gözlənilir. Bəs bundan sonra bölgədə proseslər hansı formada davam edə bilər? Həm də gələn ay NATO təlimləri çərçivəsində Türkiyə-Ermənistan sərhədlərinin bir həftəlik açılması məsələsi gündəmdədir.



Bu mövzu ətrafında suallarımızı cavablandıran Azərbaycan-Belçika Dostluq Cəmiyyəti başqanı, fəal diasporçu Ayhan Dəmirçi digər məqamlara da toxundu.



- Ayhan bəy, Rusiya-Ermənistan arasındakı imzalanan hərbi sazişin İrəvanın bölgədə hərbi gücünün artmasına nə dərəcədə təsiri ola bilər?





- ümumiyyətlə, Rusiya Cənubi Qafqaz bölgəsində gedən proseslərə nəzarət etmək üçün erməni kartından məharətlə istifadə edir. İki yüz ildən çoxdur ki, Qafqazla bağlı eyni siyasət yürüdülməkdədir. Yəni əvvəl hansı siyasət yürüdülürdüsə, bu gün də həmin proses davam etməkdədir.

Rusiyanın digər narahatçılığı son vaxtlar Türkiyə-Azərbaycan dövlətinin bölgədə apardığı fəal diplomatiyadır. Bu gün hamı yaxşı bilir ki, Azərbaycanın Qarabağı azad etməməyinin əsas nədənlərindən biri Rusiya faktorudur, Ermənistan rəsmilərinin lovğa ilə danışması ilə deyil. Bu gün Ermənistan forpost bir dövlətdir. Eyni zamanda Ermənistanda rus qoşunlarının mövcudluğu Ermənistanın güclü olmasını şərtləndirmir. Hal-hazırda Ermənistanın nə hərbi, nə də iqtisadi-sosial imkanlarının məhdudluğu, onun lider dövlət olma şansını sıfıra endirir. Bu dövlətin gələcəyi yoxdur. Yəni imzalanan hərbi saziş sırf Rusiyanın bölgədə maraqlarının təmin olunmasını daha da irəli aparmasına hesablanmış ənənəvi strateji planıdır.



- Belə olan halda, Azərbaycan hansı addımları atmalıdır?



- Azərbaycan Türkiyə ilə strateji səviyyədə əlaqələr qurmalıdır. çünki başqa çarə yoxdur. Bölgədə türk faktorunu qabartmaq lazımdır. özü də bunu hisslərə qapılıb siyasət yürütməklə olmaz. Dünyada və bölgədə baş verən proseslər türk dünyası arasında mədəni-iqtisadi və hərbi əlaqələrin güclənməsinin bir daha vacibliyini ortaya qoyur. Nə Azərbaycan, nə də digər türk dövlətlərinin ayrı-ayrılıqda güclü olması mümkün deyil. Onlar birgə addım atmaqla güclü ola bilərlər.



- Sentyabr ayında NATO təlimləri çərçivəsində Türkiyə Ermənistanla sərhədləri açması məsələsi gündəmdədir. Neçə düşünürsünüz, bu, keçənilki sərhəd məsələsinin davamı ola bilərmi?



- Hamımız yaxşı bilirik ki, bu məsələnin arxasında Amerika, qərb faktoru dayanıb. İndi də Türkiyə hökumətinə ciddi təzyiqlər var ki, sərhədlər açılsın. Əgər sərhədlər müvəqqəti açılsa belə, bu faktor Qarabağ danışıqlarında düşmən tərəfinə mənəvi güc verə bilər. Mən bunu belə dəyərləndirirəm. İndiki məqamda bu siyasət nə Türkiyənin, nə də Azərbaycanın xeyrinə deyil. Birbaşa türk dünyasının milli maraqların ziddir.



- Maraqlıdır ki, Türkiyə hakimiyyəti bunu hümanitar addım kimi dəyərləndirir...



- Dərnəyimiz adından bəyan edirəm ki, Ermənistan torpaqlarımızı azad etməyənə qədər təcrid olunmalı və sərhədlər açılmamalıdır. Bu siyasət hər gün davam etməlidir. çünki Ermənistan heç bir razılığa gəlmir. üstəlik də, Qarabağı azad etmək istəmir. Belə olan halda, bunu Azərbaycanın meydanda tək qalması və düşmən tərəfinin dəyirmanına su tökmək kimi başa düşmək olar. Ermənistan öz təhlükəsizliyini gücləndirmək üçün Rusiya ilə hərbi-strateji müqavilə imzalayır və Azərbaycana meydan oxuyur. Məhz buna görə Türkiyə-Azərbaycan əlaqələrində hərbi-strateji faktor güclənməlidir. Biz bu siyasəti dəstəkləyirik. Həm də düşünür ki, Türkiyə hakimiyyəti Ermənistanla sərhədləri açmayacaq.



Elnur Eltürk







Yorumlar









Aktif Ziyaretçi 32
Dün Tekil 1927
Bugün Tekil 1382
Toplam Tekil 4067516
IP 18.227.48.131






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.502 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu