DAK Gənclər Təşkilatı Çingiz Mustafayevin 50 illik yubileyinə həsr olunmuş “Şəhidlik zirvəsi” adlı tədbir keçirdi - Ülkər İLQARQIZI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









DAK Gənclər Təşkilatı Çingiz Mustafayevin 50 illik yubileyinə həsr olunmuş “Şəhidlik zirvəsi” adlı tədbir keçirdi - Ülkər İLQARQIZI
Tarih: 28.08.2010 > Kaç kez okundu? 3269

Paylaş




28 Avqust 2010 | Göndərən: turaneli



Azərbaycanda müharibə və vətənpərvərlik jurnalistikasının əsasını qoymuş telereportyor Çingiz Mustafayevin 50 illik yubileyi ərəfəsində Dünya Azərbaycanlıları Konqresi (DAK) Gənclər Təşkilatı “Şəhidlik zirvəsi” adlı tədbir keçirib.Tədbiri ilk olaraq DAK Gənclər Təşkilatının başqanı Seymur Həsənli açdı. Son iki yüz ildə Azərbaycan xalqının başının çox bəlalar çəkdiyini vurğulayan Seymur bəy tədbir iştirakçılarından Çingiz Mustafayevin timsalında bütün şəhidlərimizin xatirəsini yad etmək üçün iştirakçılları bir dəqiqəlik sayqı duruşuna dəvət etdi. Sonra çıxış edərək – “Kamerası çiynində cəbhənin ən təhlükəli bölgələrini gəzən, müharibənin od-alovu içindən xəbər verən bu gəncin həyatı bu gün hər bir Azərbaycan gəncinə örnək olmalıdır” deyən DAK Gənclər Təşkilatının başqanı Seymur Həsənli hər bir gəncin Çingiz kimi qəhrəmanları özünə nümunə seçməli olduğunu bildirib.

Sonra Seymur Həsənli çıxışına davam edərək, “Düşünürük ki, Çingiz Mustafayev öz kamerası ilə mübarizlik nümayiş etdirərək zirvə fəth edib. Bu şəhidlik zirvəsidir. Çingiz Mustafayev kimi qəhrəmanlar gəncliyimizə daim nümunə olacaq”

Tədbirdə ilk söz Dünya Azərbaycanlıları Konqresinin fəxri sədri, prof. Qulamrza Səbri Təbriziyə verildi. Hər millətin öz qəhrəmanları ilə tanındığını vurğulayan alim, Çingiz, Mübariz kimi gənclərin bizim dünyada nümayəndəmiz olduğunu və bugünkü müstəqilliyimiz üçün onlar kimi şəhidlərə borclu olduğumuzu vurğuladı. Sonda professorun “Mən fəxr edirəm ki, Çingiz, Mübariz kimi oğulları olan bir millətin nümayəndəsiyəm. Gələcək bizimdir!”, – deyə fikrini yekunlaşdırması gənclərin gurultulu alqışlarına səbəb oldu.

Söz verilən DAK sədrinin Asiya ölkələri üzrə müavini, Qarabağ hadisələrinin iştirakçısı, polkovnik Yəhya Əliyev Çingizlə döyüş yoldaşı olub. Onun Çingizlə bağlı xatirələri çox olmasa da, Milli Qəhrəmanı kifayət qədər sadə, alicənab, vətənpərvər biri kimi xatırlayır: “Məndən soruşdu ki, Yəhya müəllim qəhrəman nə deməkdir? Mən başladım özümə məxsus izah etməyə. O isə dedi ki, Ağdamdan Şuşaya gedənə qəhrəmanlıq vermək olar, çünki həmin yol od-alov yolu idi. Çingiz o yolu gündə gedib-gəlirdi. Onu girov da götürə bilərdilər. Qaynar nöqtələrdə onun əlində kamerası var idi, mən onu hər mövqedə görürdüm”. Çıxışını davam etdirən Yəhya müəllim “şəhidlərin ömrü şəhid olandan sonra başlayır və əbədiyyətə qədər uzanır” deyərək gəncləri mübarizəyə səslədi.

Sonra söz “Yeddi Dövlət – Bir Millət” Konseyinin başqanı Azər Həsrətə verildi. Öncə Qarabağ müharibəsində qətlə yetirilən jurnalistlər (7 milli, 2 əcnəbi) haqqında məlumat verən Azər bəy erməni vəhşiliyini dünyaya çatdıran və əlimizdə olan qızıl fondun Çingizə məxsus olduğunu vurğuladı: “Çingiz əsl vətəndaş idi, əsl jurnalist idi. Bəlkə də, o yaşasaydı başqa cür nümunə olardı. Amma o, məhz qanı ilə, şəhidliyi ilə nümunə olmaq istədi”. Konsey başqanı Çingizin 20 Yanvar hadisələrinin də lentə alınmasında da böyük xidmətləri olduğunu vurğuladı.

Hollandiyadan gəlmiş qonaq, fəal diasporçu Elman Mustafazadənin də çıxışı maraqlı oldu. Çingizlə tələbəlik vaxtlarında tanış olduğunu vurğulayan qonaq onu şəxsən tanıyan biri kimi Çingizin şəxsi keyfiyyətlərindən söz açdı: “Çingiz gözəl təşkilatçı idi. Hamı ilə dil tapırdı. Yüksək mədəniyyətə malik idi…”. Qonaq eyni zamanda Çingizin çəkdiyi kadrların Avropanın bir çox ölkələrində – Almaniya, Polşa və s. yayımlandığını da vurğuladı.

Çıxış edən DAK İdarə Heyətinin üzvü, prof. Vaqif Sultanlı öncə bu tip tədbirləri keçirdiyinə görə DAK Gənclər Təşkilatına təşəkkürünü bildirdi. İndiki orta nəslin gənc nəslə parçalanmış Vətən qoyub getdiyini vurğulayan ziyalı “ Vətən torpağı qanla suvarılmayınca heç vaxt bizlə olmayacaq”, -deyə fikrini tamamladı.

Qarabağ müharibəsinin qazisi Nizami müəllim gəncliyi milli kimliyimizi anlamağa, türk kimliyini unutmamağa çağıraraq parçalanmış Azərbaycan mövcud olduğu halda rahat yatmağa haqqımız olmadığını vurğuladı.

DAK Qadınlar Şurasının sədri Dünya xanım Əliyevanın da çıxışı təsirli oldu: “Çingiz şəhid oldu. Amma biz şahid olduq. Qarabağ hadisələrinə şahid olduq. Əgər torpaqlarımızı almasaq, gələcək nəsillər bizi lənətləyəcək. Bu bizim üstümüzdə ləkədi”.

Milli ruhu, milli qeyrəti geri qaytarmağın zəruriliyindən danışan DAK-ın Türkiyə təmsilçisi Namiq Muradov bizim böyük bir xalqın nümayəndəsi olduğumuzdan, axıdılan qanların, verilən qurbanların nahaq olmadığnı sübut etməyin vaxtı gəlib çatdığından danışdı.



Sonra növbə ilə qonaqlardan Türkiyədən gəlmiş qonaq Gülarə Yenisey, Qarabağ Azadlıq Təşkilatının sədr müavini Şaiq Süleymanov, “Yeni Nəfəs” Gənclər Hərəkatının sədri Mehman Həsən, gənclərdən Nuranə, Mübariz, Habil, Nemət və b. Çingizlə bağlı öz fikirlərini paylaşdılar.

Xatırladaq ki, Çingiz Mustafayev həm də Azərbaycanda ilk samballı disko klubun yaradıcısı olub. Jurnalistika sahəsində olduğu kimi, musiqi sahəsində də bir çox gənclər bu gün belə onu özlərinə nümunə seçirlər. Onu özünə örnək sayan belə gənclərdən biri də Murad Ağalıyevdi. Onun Çingiz Mustafayevin 50 illiyinə həsr etdiyi musiqi (rep) və hazırladığı videoçarx tədbir iştirakçıları tərəfindən çox böyük maraqla qarşılandı.

Tədbirdə media nümayəndələri də iştirak edirdi.



Ülkər İLQARQIZI





Yorumlar









Aktif Ziyaretçi 28
Dün Tekil 1787
Bugün Tekil 503
Toplam Tekil 4068425
IP 18.222.125.171






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu