Türk-Ermenistan Herbi İttifaqı - Azer HASRET - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Türk-Ermenistan Herbi İttifaqı - Azer HASRET
Tarih: 23.08.2010 > Kaç kez okundu? 3393

Paylaş


Türk dövlətlərinin Ermənistanla eyni hərbi ittifaqda qalması anlaşılan deyil

Bakı, Yalquzaq.com, 23.08.2010 – Bu il avqust ayının 20-22-də Ermənistanın paytaxtı Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qeyri-formal zirvə toplantısı keçirilib. Toplantıya qurumun üzvü olan Ermənistanla yanaşı Rusiya prezidenti Dmitri Medvedev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezident Roza Otunbayeva, Belarus prezidenti Aleksandr Lukaşenko və Tacikistan prezidenti İmaməli Rəhman qatılıb. Özbəkistan prezidenti İslam Kərimovun toplantıya qatılması gözlənilsə də o, bu görüşdə iştirakdan imtina edib. Toplantı qeyri-rəsmi olsa da burada KTMT-nin NATO tipli bir quruma çevrilməsi haqqında fikirlər dövriyyəyə buraxılıb. Artıq Rusiya və Ermənistan mətbuatı xüsusi canfəşanlıqla bu ideyanın həyata keçirilməsi vacibliyini təbliğ etməkdədir.



Məsələni Yalquzaq.com-a şərh edən Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət KTMT-nin nə zamansa NATO kimi güclü bir alyansa çevriləcəyinə inanmasa da bu qurumda Azərbaycan torpaqlarını işğal etmiş, Türkiyəyə qarşı davamlı olaraq əsassız iddialarla çıxış edən Ermənistanla yanaşı üç qardaş türk dövlətinin – Qazaxıstan, Qırğızıstan və Özbəkistanın hələ də təmsil olunmasını anlamadığını dilə gətirib: “1992-ci ildə KTMT-nin əsası qoyulanda Azərbaycan ona üzv olmamışdı. Lakin sonrakı siyasi proseslər ölkəmizin ora qoşulmasını gərəkdirdi və 1993-cü ildə biz də ora qoşulmalı olduq. Bununla belə Azərbaycan 1999-cu ildə KTMT-də üzvlüyünü dayandırdı və bir daha o quruma üzv olmaq fikri yoxdur. Bunun ardından qardaş Özbəkistan da KTMT üzvlüyündən imtina etsə də bir neçə il sonra yenidən ora qoşuldu. Hazırda cəmi yeddi üzvü olan KTMT-nin bir üzvü Azərbaycan torpaqlarını işğal edən Ermənistan, digəri ona bu işdə ən yaxın yardımçı olan Rusiya, üçüncüsü ermənilərə xüsusi sevgisi ilə seçilən Belarus, Orta Asiya dövlətlərindən isə Tacikistanla bərabər üç türk dövləti – Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Göründüyü kimi bu təşkilat hamıdan çox Ermənistana lazımdır və belə olan şəraitdə qardaş türk dövlətlərinin Azərbaycanın düşməni ilə hələ də hərbi ittifaqda qalması anlaşılan deyil”.



Konsey başqanı Azər Həsrət Ermənistanla Azərbaycan arasında müharibə bərpa olunacağı təqdirdə KTMT üzvü olan Orta Asiya türk dövlətlərinin Azərbaycana qarşı savaşacağına inanmasa da onların orada olmasının belə Ermənistanın işinə yaradığını bildirir: “Ermənistan ən azından təbliğat üçün bu amildən istifadə edir. Ermənilər hər yerdə deyirlər ki, bizim türk xalqları ilə heç bir problemimiz yoxdur və sübut kimi Qazaxıstan, Qırğızıstan və Özbəkistanla eyni hərbi ittifaqda olmalarını göstərirlər. Əlbəttə ki, bu imkan onların həm Azərbaycan, həm də Türkiyəyə qarşı təbliğatında əl-qolunu açır və düşünmürəm ki, qardaş Orta Asiya dövlətləri bunun fərqinə varmamalıdırlar. Ona görə də düşünürəm ki, bu ilin sentyabr ayında İstanbulda keçirilməsi nəzərdə tutulan Türk Zirvəsində bu məsələ müzakirə edilməlidir. Qazaxıstan, Qırğızıstan və Özbəkistan ən qısa zamanda rəsmi şəkildə KTMT-dən ayrılmalı və işğalçı Ermənistanla onun hamisi Rusiyanı ən azı təbliğat imkanlarından məhrum etməlidirlər”.



http://www.azerhasret.com/?p=1741





Yorumlar









Aktif Ziyaretçi 44
Dün Tekil 1505
Bugün Tekil 1208
Toplam Tekil 4075989
IP 18.223.171.12






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu