Dünya Azərbaycanlıları Konqresi və Türk Xalqlarının Ümumdünya Assambleyası Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət etdi - DAK İnformasiya Mərkəzi - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Dünya Azərbaycanlıları Konqresi və Türk Xalqlarının Ümumdünya Assambleyası Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət etdi - DAK İnformasiya Mərkəzi
Tarih: 19.08.2010 > Kaç kez okundu? 3301

Paylaş




Türk Xalqlarının Ümumdünya Assambleyası, Dünya Azərbaycanlıları Konqresi və Qazaxıstanda Yaşayan Azərbaycanlıların Etno-Mədəni İttifaqı Şəhidlər Xiyabanını ziyarət edərək, sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olduğu Biləsuvar rayonnun Əliabad kəndində yerləşən evini də ziyarət etmişdir. Nümayəndə heyətinin rəhbəri - Türk Xalqlarının Ümumdünya Assambleyasının birinci vitse-prezidenti, Dünya Azərbaycanlıları Konqresinin Asiya ölkələri üzrə sədr müavini, hüquq və tarix elmləri doktoru, Avropa Akademiyasının və Avropa Universitetinin professoru Yəhya Əliyev başda olmaqla, həmçinin Qazaxıstanda Yaşayan Azərbaycanlıların Etno-Mədəni İttifaqının prezidenti, tarix elmləri doktoru Vidadi Salahov daxil olmaqla 72 nəfərdən ibarət nümayəndə heyəti məlum səfəri təşkil etmişdir. Professor Yəhya Əliyev Şəhidin ailəsinə böyük ehtiram və məhəbbətini bildirərək onun etdiyi qəhrəmanlığı bütün dünya türklərinə misilsiz örnək və nümunə olduğunu vurğulamışdır: “ Qəhrəman Mübariz Ağakərim oğlunun Azərbaycana, vətənimizə sonsuz məhəbbəti və sevgisi gənclər arasında minlərlə qəhrəmanların yetişməsinə təkan verəcəkdir. Bu istiqamətdə Qəhrəman haqqında Azərbaycandan kənarda da - Qazaxstanda, Qırğızıstanda, Özbəkstanda soydaşlarımız arasında yığıncaqlar keçirilmiş, onun etdiyi şücaət və cəngavərlik hərəkətinə yüksək milli qiymət verilmiş və vətən yolunda hamımızın canından keçməyimizə hazır olmağımız xüsusi qeyd edilmişdir.”

DAK fəxri sədri prof.Qulamrza Səbri Təbrizinin və Türk Xalqlarının Ümumdünya Assambleyasının (ВАТН) prezidenti akademik Yermentay Sultanmuradın səmimi qəlbdən göndərdiyi salamlarını, qəhrəmanımızla onların və bütün Türk Dünyasının fəxr etdiyini Şəhidin atası Ağakərim İbrahimova çatdıran professor Yəhya Əliyev Şəhidin artıq bütün Türk xalqlarının ümumi qəhrəmanları - Koroğlu, Babək, Koblandı Batır, Manas və digərlərinin yolunu davam etdiyini və vətən yolunda əsl Qəhrəman kimi canını fəda etdiyini qeyd etmişdir və onun aliləsinə başsağlığı yox, başucalığı diləmişdir. Şəhidin atası Ağakərim İbrahimov gələn ziyarətçilərə öz minnətdarlığını bildirərək oğlunu vətən yolunda fəda verdiyini, onunla ailəsi və bütün nəslinin fəxr etdiyini demişdir.

Hal-hazırda DAK və Türk Xalqlarının Ümumdünya Assambleyası (ВАТН) tərəfindən Milli Qəhrəman Şəhid Mübariz İbrahimovun xatirəsini əbədiləşdirmək istiqamətində Türk Dünyası Ölkələrinin, Türk Xalqlarının və bütün dünya ictimaiyyətinin qurumlarına Qəhrəman haqqında saytlara məlumatlar verilir. Onun qəhrəmanlığı haqqında plokatlar hazırlanmış, xatirə və vətənpərvərlik istiqamətində təbliğat üçün butün qurumlara və əhaliyə paylanılması təşkil olunmuşdur.

Bundan başqa DAK Gənclər Təşkilatı tərəfindən Milli Qəhrəmanımızın Şəhid olduqdan sonra erməni tərəfdə qalmış cisminin geri qaytarılması istiqamətində səkkiz dildə bəyanat verilmiş və bütün beynəlxalq təşkilatlara göndərilmişdir.

DAK İnformasiya Mərkəzi





Yorumlar









Aktif Ziyaretçi 42
Dün Tekil 1505
Bugün Tekil 1260
Toplam Tekil 4076041
IP 18.222.10.9






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu