Halil Çətinkurt ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Halil Çətinkurt ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 09.08.2010 > Kaç kez okundu? 3107

Paylaş


"Türk dünyasının ortaq ticarətini qurmaq istəyirik"



Halil Çətinkurt: "Həyatımın çox hissəsini bu işə sərf etmişəm"



Bacarıqlı iş adamı Halil Çətinkurt 15 ildən çoxdur ki, Azərbaycanda yaşayır və ölkənin ən ağır dönəmində bura gəlib. Burada müxtəlif işlərdə çalışıb. Ana tərəfdən çərkəzdir. Hazırda Türk Dünyası Riyad Ticarət Mərkəzinin İdarə Heyətinin sədridir. O, müsahibəsində gələcək perspektivlərdən danışdı.



- Mənim üçün əsas türk olmağımdır. Azərbaycan türkü mənə nə qədər doğmadırsa, Türküstan türkü də mənə o qədər yaxındır. 2001-ci ildə "Baku Steel Company"nin prezidenti Paolo Pərvizlə bir yerdə işləmişəm. Azərbaycanda işlərimizə gəldikdə, ilk öncə onu deyim ki, ilk dəfə olaraq müasir kafelərin əsasını qoyduq. Məqsədimiz Azərbaycan daxil olmaqla, türk dünyasının birliyini təmin edəcək ortaq ticarətini qurmaqdır.



- Maraqlıdır, necə oldu ki, sizə Türk Dünyası Riyad Ticarət Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsi təklif olundu?



- Paolo Pərviz buradan getdikdən sonra mən bir müddət işsiz qaldım. Dostlarım mənim bacarıqlı iş adamı olduğumu bildiklərinə görə bu işi təklif etdilər. Mən də bir müddət fikirləşəcəyimi bildirdim. Çünki mən əsasən dəmirçilik, istehsalat işlərində çalışdığım üçün tekstil, ərzaq işlərini araşdırmağa başladım. İki dəfə Türkiyəyə getdim. Ailəmin geniş olmasına, dövlət tərəfindən dəstəyə, dostlarıma arxalanaraq bu işə daxil olmağı qərarlaşdırdım. METAK şirkəti ilə əlaqəyə girdim. Onlar bəzi mallarla bizi təmin edəcəklərinə söz verdilər. Bu şirkətin Türkiyə hakimiyyəti ilə əlaqələrinin güclü olduğunu nəzərə alaraq, bu işə girməyimə böyük təsiri oldu. Mən də Azərbaycan, Türkiyə qanunlarını bilən şəxs kimi, burada mərkəzin reklam işini, işin idarə olunmasını öz üzərimə götürdüm. Beləliklə, METAK, Azintrok şirkətlərinin birgə dəstəyi ilə mən bu işi icra etməyə başladım.



- Sizcə, bu işi qura biləcəksinizmi?



- Bizim əsas məqsədimiz türk və azərbaycanlı iş adamlarını bir araya gətirməkdir. Əgər onlar əl-ələ verərlərsə, böyük işlər görülər. Bura gətirilən malları İran, Rusiya, Türküstan ölkələri və digər yerlərə satmaq istəyirik. Azərbaycan daxil olmaqla, türk dünyası ölkələri arası ortaq ticarəti formalaşdıra bilsək, bunun çox gözəl nəticələri olacaq.



- Azərbaycanda işləmək çətin olmayacaq ki? Burada iri ticarət mərkəzləri fəaliyyət göstərir.



- Azərbaycanda işləmək üçün əsas şərt dürüst olmaqdır. Bu gün mənə qarşı bir sayğı var. Həm də əl-ələ versək, Azərbaycan-Türkiyə iqtisadiyyatının güclənməsinə kömək edə bilərik. İndiki maliyyə böhranı dönəmində bu, hər iki qardaş dövlət üçün lazımdır. Azərbaycan və Türkiyənin bu sahədə böyük potensialı var. Həm də Azərbaycanda bu sahədə müasir idarəçilik ənənələrini formalaşdırmaq lazımdır. Azərbaycan türkləri bacarıqlı toplumdur. İnşaat sektorunda inkişaf nəzərə çarpır. Ancaq çalışmaq lazımdır ki, işlər keyfiyyətli olsun. Milli Parkda super səviyyədə ticarət mərkəzi açıldı. Mərkəzi tikənlər türk memarları idi.



- Fikirlərinizdən aydın olur ki, siz türk dünyasının birliyini qəbul edən, onun uğrunda çalışan şəxssiniz...



- Həyatımın çox hissəsini bu birliyin qurulmasına və ortaq ticarətinin inkişaf etməsinə sərf etmişəm. Bundan sonra da bu istiqamətdə işlərimizi davam etdirəcəyik.



P.S. H.Çətinkurtun qardaşı İsmayıl Tunc Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü iştirak edib. Milli Qəhrəman adına layiq görülüb. Hazırda Azərbaycan vətəndaşıdır və hüquq-mühafizə orqanlarında xidmət edir. Orada çalışan dükan sahibləri ilə söhbətimiz zamanı onlar mərkəzin fəaliyyətinin uğurlu olacağına inandıqlarını və razılıqlarını bildirdilər.



Elnur Eltürk





Yorumlar









Aktif Ziyaretçi 20
Dün Tekil 1927
Bugün Tekil 969
Toplam Tekil 4067104
IP 18.119.111.9






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.287 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu