“QARABAĞ MƏSƏLƏSINƏ VƏTƏNDAŞ RƏYI” - ƏMİRXAN - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









“QARABAĞ MƏSƏLƏSINƏ VƏTƏNDAŞ RƏYI” - ƏMİRXAN
Tarih: 08.08.2010 > Kaç kez okundu? 3183

Paylaş


Tarixən bütün münaqişələr həllini tapa bilmədiyi zaman üçüncü tərəf bu işə müdaxilə edir. Münaqişə tərəfləri bunu istəsə və ya istməsə belə. Üçüncü tərəf çalışır ki, hər iki tərəf razı qalsın, məsələ öz həllini tapsın. Burada üçüncü tərəfin maraqları da var.

Dünya mühitində ikili, üçlü və s. standardlar var, olub və olacaq. Ancaq kompramis riyazi termindir. Bu siyasətə aid deyil. Kompromis riyaziyyatdır. Yəni iki tərəf nədəsə güzəştə gedir.

50/50% -ə

50/50% -ə - bu ədalətlidir.

60/40% -a : 60%-i güzəştə gedən, kompramis içində kompramisə getmiş olur.

70/30 % -a: burada artıq otuz faizi keçənin cığallığıdır.

İndi biz 70%-dən bəlkə çoxunu güzəştə getmişik. Ermənilər bununla razı deyil. Bununla belə üçüncü tərəf, bizə və onlara: “CƏSARƏT” tapıb, kompramisə getməyi məsləhət görürlər. Əgər biz otuz faizi də keçəsi olub, bunu 100% -ə çatdırsaq, onda bu artıq kompramis yox, kapitulasiya deməkdir. (Üçüncü tərəfə biz ədəbiyyat dərsini də öyrətməliyik?). Əgər biz kaputilasiya elan edib, ata-baba yurdumuzu ərmənilərə bağışlasaq, onda üçüncü tərəfi neylirik.

Biz yəni belə acizik ki, 2 milyon olmayan ermənilərə həm kapitulasiya elan edək, həm də üstəlik buna bir üçüncü tərəfi də şahid tutaq. Bizi doğrudanmı belə zəif görürlər?! Torpağı onlara verib alçalacağıqsa, hələ bunu təsdiq edən şahid də tutmalıyıq? ! (Hansı alçaq alçaqlığına şahid tutmaq istər?)

Bizə məsləhət görürlər ki, (israrla) müharibə yox sülh yoluyla məsələni həll edin. Olmaya ermənilər Qarabağı duz-çörək və ya gül-çiçək ilə zəbt ediblər.

Üçüncü tərəf danışıqlarda hər iki tərəf ilə özlərini pis etmək istəməyir. (maraqlar çərçivəsində).

Ermənilər belə deyirlər: “Biz onlarla yaşaya bilmirik, onlardan qorxuruq (yəni Azəri Türklərindən)”

Axı Azərbaycanda təkcə azəri türkü yox, digər millət və etnik qruplar yaşayır. Tutalım azəri türkü pisdir, bəs ləzgi, avar, tat, kürd, talış, rus, ukrayna və digər millət və etnik qruplar. Nə oldu bütün millət və etnik qruplar Azərbaycanın şərəfli VƏTƏNDAŞI ola bilir, ancaq ermənilər yox. Axı bu vətən bircə azəri türkünün deyil, bəs onda ermənilər azəri türkündən niyə qorxurlar. Və yaxud azəri türkü belə pisdirsə, onda niyə dediyim digər millət və etnik qruplar azəri türkünü tərk edib, Ermənistanla, Qarabağda yaşamırlar?

Bu gedişlə sübut olunur ki, ermənilər açıq-aşkar ifrat millətçilik edib, torpağı bircə azəri türkündən deyil, bütün Azərbaycan vətəndaşlarından qoparmaq istəyirlər. Ermənilər Azərbaycanın 12 rayonunu alıb, şərt qoyurlar: yeddi rayonu qaytarırıq, beş Qarabağ rayonu bizdə qalır. Əgər biz zəif ermənilər güclü olsaydı, ermənilər şərt qoysaydı ki, yeddi rayonu qaytarırıq beş rayon qalır, razı olmasanız bütün Azərbaycanı zəbt edirik, əgər gücsüz olsaydıq Qarabağı vermək kompramis sayılardı. Ancaq biz əvvəlki kimi zəif deyil, güclüyük. Güclü olduğumuza görə bizə sülh təklif edirlər? Güclü olmasaydıq sülh təklif etməzdilər. Hərçənd ki, Qarabağı silahla alanda, onda sülhdən belə söz açmırdılar. Sülhlə ermənilər torpaqları geri qaytarmaq istəmir. Bəs biz Ermənistana girib, yarı ölkəni alsaq sonra şərt qoysaq ki, Zəngəzurla Göyçə bizim qalanı sizin onda necə?

İş orasındadır ki, bizim öz respublikamızda hərbi əməliyyatı rəva bilmirlər.

Hörmətli Prezidentimizdən başqa, mən bir ixtidar və ya müxalifət nümayəndəsi görmədim ki, desin: “Biz kompramisə gedirik və getmişik.” Hörmətli prezident belə bir ifadə işlətmişdi. 20 ilə qədər müharibə etməməyimiz onlara kompramisdir (Bu sitat deyil, yadıma gələni deyirəm). Biz kompramis sözünü ağzımıza götürmədiyimiz üçün, ermənilərə və üçüncü tərəfə divident vermiş oluruq və onlar: Görürsüz Azərbaycanlılar kompramisə getmirlər və getmək istəmirlər.

Azərbaycanın getdiyi kompramisləri:

1. Biz ermənilər qarşısında şərt qoymadıq ki, Ermənistanda ata-baba yurdu olan Göyçə və Zəngəzurda Qarabağ boyda muxtariyyat verin, sonra sizə burada böyük muxtariyyət verək. Bu şərtsiz ermənilərə böyük muxtariyyat veririk.

2. Biz şərt qoymadıq ki, dünyada yaşayan ermənilərə,( hər ölkədə Qarabağ boyda və 60 minlik əhalisi) böyük və ya heç olmasa kiçik muxtariyyat verin, sonra böyük muxtariyyat verək. Bu şərtsiz böyük muxtariyyat veririk.

3. Biz şərt qoymadıq ki, bütün dünyada yaşayan Azərbaycanlılara (Qarabağ boyda əhalisi 60 minə qədər) böyük və ya heç olmasa kiçik muxtariyyat verin, sonra böyük muxtariyyat verək.

4. Biz şərt qoymadıq ki, Azərbaycanda yaşayan bütün millət və etnik qruplar Qarabağda yerləşdiriləndən sonra böyük muxtariyyat verək. Bu şərtsiz böyük muxtariyyat veririk.

5. Biz burada yaşayan rus, ukrayna ( onların da ermənilər kimi vətəni var) muxtariyyat vermədiyimiz halda ermənilərə böyük muxtariyyat veririk.

6. Azərbaycanda yaşayan etnik qruplara kiçik belə muxtariyyat vermədən ermənilərə böyük muxtariyyat veririk.

7. Biz şərt qoymadıq ki, Amerikada hindulara (bir halda ki, onların əsl sübut olunmuş ata-baba yurdlarıdır ) və yüzlərlə belə millət və etnik qruplara böyük muxtariyyat verin, sonra ermənilərə böyük muxtariyyat verək. Bu şərtsiz böyük muxtariyyat veririk

- Və mənə ən çox təsir edən bir şey var; Azərbaycanda bütün millət və etnik qruplar (əhalisi 9 milyon olmaqla) Azərbaycanın quru (torpaq) hissəsinin 90%-də yaşasın, 60 minlik erməni Azərbaycanın 10%-dən də bəlkə çox torpaq sahəsində yaşasın (hansı bələdiyyənin torpağı çox olar). Dünyada 40-60 minlik əhaliyə heç kiçik belə status verilmir. Biz 40-60 minlik əhaliyə böyük muxtariyyat veririk. Üstəlik böyük bir ərazi. Bu artıq super güzəştdir. Hərçənd ki, Azərbaycanda yaşayan qeyri-millət və etnik qruplar sayca onlardan daha çoxdur. Bundan artıq kompramis dünyada ola bilməz.

Əgər ermənilər 20 il əvvəl şəhərin qırağında səngər salıb, şərt qoysaydılar “Qarabağı bizə verin, verməsəniz paytaxtı darmadağın edirik”, onda Azərbaycan ziyalıları, ağsaqqalları və s. yığılıb belə bir şərt qoyardılar. Ya ermənilərə Qarabağı veririk ( bununla gələcək nəsli xilas edirik) ya da zəif olduğumuzdan, ermənilər bütün Azərbaycanlıları məhv edirlər. Onda Qarabağı vermək kompramis olardı. Əgər 20 il bundan qabaq bizə belə bir şərt qoysaydılar: Ya on-on beş il ərzində əziyyət çəkəcəksiniz, sonra gözəl inkişaf etmiş Azərbaycan görəcəksiniz, ya da torpağı ermənilərə verib, 10-15 il yox cəmi 1-2 il yüngül çətinlik çəkməklə, inkişaf etmiş Azərbaycan görəcəksiniz. Onda bu dünyaya bağlı olan adamlar deyərdilər:

Qarabağı ermənilərə verək, gözəl həyat görək. İş orasındadır ki, həmin adamlar belə bu gün belə bir ifadə işlədə bilər: 20 il keçdi, çox dünyasını dəyişdi. 10-15 il əziyyətlə Azərbaycanı yaşatdıq, Qarabağı ermənilərə versək nəyi udacağıq, nəyi əldə edəcəyik. Qarabağı verməsək bizi nə bəla gözləyə bilər. Artıq o bəlanı şərəflə keçdik. Və ya nə itirə bilərik. Həyatdan köçmüşləri artıq itirmişik. 10-15 ili bizə heç kəs qaytara bilməz.

Əgər ermənilər Madrid prinsipini qəbul etmək istəmirlər, onda niyə də MƏRDƏKAN prinsipini təklif etməyək.

MƏRDƏKAN PRİNSİPİ

1. Bütün danışıqlar bir-iki il ərzində dayandırılır. Yüzə dözən yüz birə də dözər.

2. Bütün əhali bu vaxt ərzində bir və ya iki aylıq hərbi düşərgələrə təlimə çağırılsın.

3. Bütün idarələr həyəcan siqnalının məşqlərinə başlasınlar

4. Bütün ölkədə hərbi vəziyyət elan edilsin

(çox təkliflərlə vaxtınızı almaq istəmirəm, lazım olsa başqa təkliflər də var)

Vaxt tamam oldu biz Qarabağı ermənilərə bir şərtlə verə bilərik.

1. Dünyada yaşayan bütün ermənilərə Qarabağ boyda suveren ölkə versinlər.

2. Dünyada yaşayan bütün Azərbaycanlılara Qarabağ boyda suveren ölkə versinlər

3. Dünyada yaşayan bütün etnik millətlərə Qarabağ boyda suveren ölkə versinlər

Bu yaxşı çıxmaz ki, əlli Azərbaycan ölkəsi, otuz erməni, yüz rus, amma hindu bir dənə- --bu ədalətsiz olar. Bütün etnik qruplara (yaşadıqları kompakt yerdə) onlarla, otuzlarla suveren ölkə verilsin. Deyərsiz ki, mənim başım xarab olub, ancaq bunu bizə Avropa, Amerika və Rusiya bizə məsləhət görür. Mən buna razı deyiləm. Ancaq böyük baş-bilən ölkələr bizə rəva bilib məsləhət görürlərsə, niyə də onların arzusu yerdə qalsın. Yox əgər buna razı olmasalar, ancaq bizi QAZ hesab eləsələr onda müharibə qaçınılmazdır. O vaxt bizə heç kəs irad tuta bilməz, haqqları belə olmaz.



Allah yolunda Qarabağda vuruşanların, vuruşanlara köməklik göstərənlərin və dünyasını torpaq uğrunda dəyişənlərin şərəfinə.



ƏMİRXAN

26.07.2010









Yorumlar









Aktif Ziyaretçi 32
Dün Tekil 1388
Bugün Tekil 1190
Toplam Tekil 4062580
IP 3.135.202.224






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























7 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K rler ar s nda ayna satma, sa rlar ar s nda gazel atma.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.382 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu