Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul elan edilir - Anar ƏSƏDOV - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul elan edilir - Anar ƏSƏDOV
Tarih: 16.07.2010 > Kaç kez okundu? 2926

Paylaş


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müraciəti əsasında Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul elan edir.



Müsabiqədə:

- TQDK tərəfindən I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 300 və daha yüksək bal toplayan

– 16-20 yaş arasında olan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar);

– yaşa uyğun olaraq qəbul edən dövlət tərəfindən müəyyən olunmuş boy və çəki normalarına uyğun gələn (18 yaşdan aşağı qrupa daxil olan namizədlər üçün minimum boy/çəki standartları: müvafiq olaraq 16 yaş üçün - 163 sm və 48 kq, 17 yaş üçün 168 sm və 52 kq-dır; 18 və yuxarı yaş qrupuna daxil olan namizədlər üçün minimum boy/çəki standartları: 169 sm və 54 - 74 kq arası);

– sağlamlıq baxımından, həmçinin psixoloji durumu ilə bağlı hər hansı bir problemi olmayan, müvafiq xəstəxanadan "Hərbi müdavim ola bilər" qeyd olunmuş arayış alan;

– nişanlı, evli, dul olmayan və ya hər hansı bir qadınla və ya kişi ilə nikahsız olaraq birlikdə yaşamayan, eləcə də cinayət məsuliyyətinə cəlb olunmayan;

– nitqində hər-hansı bir problemi, kəkələmə, pəltəklik və s. bu kimi qüsurlar olmayan

namizədlər iştirak edə bilər.



Müsabiqədə iştirak etmək istəyənlər iyulun 15-dən 26-dək TQDK-nın internet saytının müvafiq bölməsində qeydiyyatdan keçməlidirlər.



Qeydiyyat başa çatdıqdan sonra 40 nəfər namizəd Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi həkim komissiyasından keçdikdən sonra Daxili Qoşunların Baş İdarəsində fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunacaqlar. Fiziki hazırlıq üzrə yoxlamalardan keçmiş 30 nəfər namizəd Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşeliyi və Hərbi işbirliyi üzrə Koordinasiya Qərargahı tərəfindən keçiriləcək müsahibədə iştirak edəcəklər.



Fiziki hazırlıq üzrə yoxlamaların və müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstəricilər əldə etmiş 10 nəfər namizəd Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almağa göndəriləcəklər.



Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbini müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaqlar.



Məlumat üçün:

Türkiyə Respublikasi Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinin əsası (Kara Harp Okulu) 1834-cü ildə İstanbul şəhərində qoyulub. XIX əsrin əvvəllərində elm və texnologiya sahəsində əldə olunmuş nailiyyətlər hərb sənətində də yeniliklərin tətbiq olunmasını tələb edirdi. Bunu nəzərə alan Osmanlı dövləti ordu quruculuğunda ciddi islahatlar aparmaq, o dövr üçün müasir biliklərə malik zabit hazırlığı aparmaq məqsədilə adı çəkilən tədris müəssisəsinin yaradılmasını qərara alıb. 1845 –ci ilədək hərbi məktəbdə əsasən piyada və süvari zabit hazırlığı aparılıb, 1908-ci ildən isə tədris proqramları genişləndirilərək müəssisə ali hərbi məktəbə çevrilib.

1936-cı ilin sentyabr ayından tədris müəssisəsi paytaxt Ankaraya köçürülüb. 2000-ci il mayın 11-də Türkiyə Böyük Millət Məclisində qəbul edilən “Hərbi Məktəblər Qanunu” ilə Quru Qoşunları Ali Hərbi Məktəbi universitet statusuna malik ali təhsil müəssisəsi kimi təsdiq olunmuşdur. Hazırda tədris müəssisəsində kursantlara əyani təhsil forması üzrə 4 il müddətində təhsil verilir. Tədris yalnız türk dilində aparılır.



Əlavə məlumatlar almaq üçün əlaqə telefonu: 513-04-51



Ünvan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi

Bakı şəhəri, Q. Musabəyov küç. 4



Əlavə məlumat üçün: www.tqdk.gov.az



Hörmetle: Anar ƏSƏDOV



Türkiyə Azərbaycan Gənclər Təşkilatı (TAGET) Sədri





Yorumlar








Aktif Ziyaretçi 16
Dün Tekil 767
Bugün Tekil 714
Toplam Tekil 1637775
IP 54.87.119.171






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































5 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Üstümüze kılıç çekilmedikçe, ülkemize girilmedikçe, teb'ama cefa edilmedikçe Bizden kimseye zarar gelmez. (Fatih Sultan MEHMET)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.716 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu