Vladimir Jirnoviskiyə tarixi Xatirlatma və Pyort Siyasətinin Davamı - Elnur Eltürk - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Vladimir Jirnoviskiyə tarixi Xatirlatma və Pyort Siyasətinin Davamı - Elnur Eltürk
Tarih: 24.12.2008 > Kaç kez okundu? 2626

Paylaş


Rusiyanin siyasət meydanında qeyri-adi hərəkətləri ilə ad cıxarmış güya “liberal”düşüncənin daşıyıcısı olduğunu söyləyən Vladimir Jirnovski yenədə islam dünyasını,türk aləmini təhqir edərək və qeyri obyektiv fikirlərini “Cəbuna Doğru Həmlə”kitabında yazaraq bir daha radikal şovinizm fikirlərini ortaya qoymuşdur.

Ümumiyyətlə Jirnovski rusiyada və regionda ciddi siyasi fiqur kimi qəbul olunmur,cünki onun davranışları,düşüncə tərzi demək olar ki,dünyada siyasi yumoristik lətifəyə cevrilmişdir.Ancaq buna baxmayaraq V.Jirnovskinin kitabina hüqüqi qiymət verilməlidir.Cünki,bu kitabda türk milləti insanlığa sıxmayan ifadələrlə təhqir olunmuşdur.

Azərbaycan vətəndaşı və türk millətci ideyasının daşıyıcısı olaraq V.Jirnovskinin kitabına öz imkanım daxilində cavab verməyi özümə mənəvi borc bildim.

Jirnovski elə kitabının giriş hissəsində türk-müsəlman dünyasını təhqirlə başlayaraq “Cənuba Doğru Həmlə”kitabında yazır: “Müsəlman dünyasının parça-parça edilməsi bütün bəşəriyyətin xeyrinədir.İslam dünyasından gələn təhlükənin qarşısıni almaq lazımdır.Digər dinlər isə irimiqyaslı dini müharibələr törətmək imkanına malik [1] deyil.Biz nəhayət almalıyıq ki,bu dünyada sivilizasiyanı kim gətirib?Kosmosu kim fəth edib və başqa ölkələri kim işğal edib,başqa xalqlariı kim qarət edib,xalqları qula cevirib,xristian kilsələrini məscidə cevirib?Türklər Orta Asiyaya hansı mədəniyyəti gətiriblər?Türk mədəniyyəti deyə bir şey yoxdur,əldə sıyrılmış qılınc at belındə əyləşənlərin mədəniyyəti ola bilməz.

Türk ordusunun əsasını təşkil edən yenicərilər valideynləri ilə birlikdə əsir götürülən slavyan uşaqlardır.Valideynlərin öldürüb,övladlarını türk dilində,müsəlman ruhunda tərbiyə edərək ordunun qüdrətini artırıblar.Slavyan uşaqların türk bayrağı altında slavyan xalqları məhv etməsi dəhşətdir.Buna görə kim cavab verəcək?Bizans mədəniyyətinin,slavyan xalqlarının alçaldılmasına görə kim cavab verəcək?.

Cavab; Əvvəla Jirnovskiyə xatirlatmaq lazımdır ki,qərbi avropa səlibçilərinin XI-XIII əsrdə müsəlman dünyasına qarşı təşkil etdiyi 8 xac yürüşünə görə,rusların tarix boyu xəzəryani və Azərbaycana dağıdıcı yürüşlərinə görə kim məsuliyyət daşıyır.Rusiyanın son üc yüz ildə talan edici və qəsbkarlığ yürüşlərindən sonra regionun mədəni-sosial və siyasi-iqtisadi mühüti tamamilə dəyişib. Hələdə türk dünyası bununun acısını cəkir.

Təkcə Rusiya İranın siyasi coğrafiyyasını öz xeyrinə dəyişərək,hakimiyyətin farslara kecməsində müstəsnan rol oynaması bir xalqın 200 ildir parcalanmış vəziyyətə düşməsinə səbəb olmuşdur.Bu siyasətin nəticəsidir ki,bu gün İran adlanan məmləkətdə insanlarımız əzab zülm icində yaşayırlar.

XIX əsrdə Şimali-Cənubi Qafqazda car rusiyasının Azərbaycan türklərinə və dağlı xalqlarına tutduğu divan o dövrün tanınmış xarici qəzet və jurnallarında öz əksini tapmaqla yanaşı insanların düşüncələrində dərin iz buraxmışdır.Biz I Pyotrın vəsiyyətnaməsində türk və müsəlman dünyasına qarşı əksini tapmış tarixi strateji revanşizmi demirik. Rusiyanın XVI əsrdə Kazanda,Sibirdə,Həştərxanda türk millətinə qarşı törətdiyi tarixi cinayətlərı kimin ayağına yazaq Jirnovski cənabları???!!!

Bu gündə Rusiya bu siyasəti davam etdirir və siyasi hakimiyyətlərin dəyişməsindən asılı olmayaraq Pyotrizm strategiyasi davam etdirilir.

Sonra Jirnovski yazır ki,müsəlmanlar türklər sivilizasiyadan kənar toplumdur.Jirnovski bildiyim qədər şərqşünaslıq fakultəsini bitirdiyinə görə türklərin müsəlman intibahı vasitəsi ilə bəşəriyyətə təqdim etdiyi nailiyyətlərdən və yetişdirdiyi şəxsiyyətlərdən xəbərsiz olmasi bizim yox Jirnovskini günahıdır.Təkcə Əl Fərabi,İbn Sina,Əl Buruni,Nizami Gəncəvi,Nəsrəddin Tusi,və s tarixi şəxsiyyətlər türk islam dünyasının yetışdirdiyi böyük dühalardır.Dünya xalqları onların əsərlərindən indi də bəhrələnir.

Sadəcə olaraq Jirnovskinın fikirlərinin arxasında bir qoxru var oda-son zamanlar Rusiya federasiyasında baş qaldiran türk milli düşüncəsinın oyanışıdır.özü bir şeyi unudur ki,Rusiyanın mədəniyyət intibahı XVIII əsrə təsadüf edir və xüsusi ilə car Pyotrun avropa səfərlərindən sonra rus xalqının mədəniyyətındə böyük dəyişiklik baş verdi.Yoxsa bockada çimmək mədəniyyətı bəlkədə yaxın tarixə kimi davam edə bilərdi.Azərbaycanda ədəbi inkişaf XII əsrdə öz zivəsini yaşayanda Rusiya bunu isə XIX əsrdə nail oldu.

XX əsrdə baş verən dünya müharibələrinin səbəbkarı müsəlmanlar deyildi..Bu savaşlar xristian dövlətlərinin hərbi siyasi birliklərinin antiqonist (amansiz) təzahürürün nəticəsidir.Nəticədə bəşəriyyət böyük ziyan cəkməklə yanaşı bu müharibələr yüz milyonlarla insanların ölümünə bais olmuşdur.Jirnovski əsərində Osmanlı imperiyasına toxunur və yenicərlərlə bağlı fikirlərə toxunur.Avropalı tarixçilərin verdiyi məlumata görə osmanlı imperiyasında millətlərin kütləvi qətliamları baş verməyib.Osmanlı dövlətində türklərlə yanaşı bütün toplumlarında hüqüqi azadlıqları qorunurdu.

XV əsrdə avropa inkviziyası yəhudiləri kütləvi qırğınlara məruz qoyanda Osmanlı dövləti öz qapılarını onların üzünə acdı və onları bir toplum kimi yer üzündən silinməsının qarşısını aldi.XII-XVI əsrlərdə avropada inkvizisiya 300 mindən cox aydınlarını öz ağuşuna aldığı halda u dövrdə osmanlıda elm mədəniyyət inkişaf edirdi.1066 ci ildə Səlcuqların zamanında ilk dəfə olaraq türk-müsəlman dünyasında üniversitet açıldıqdan sonra avropa universitet sisteminə ondan bir necə əsr sonra keçə bildi.

XIX əsrdə Karl Marksin dediyi sözlərlə məsələyə yanaşsaq onun cox maraqlı fikiri yada düşməyə bilməz. “Osmanlıda bütün toplumlar yaşayırdı hətta belə türklərdə yaşayırdılar”.

Tarixə cox ekskursiya eləmək olar.Amma məncə tarixi xatirlatma bəsdir.Jirnovski əsərində Dağlıq Qarabağ məsələsinə də toxunur.

Jirnovski Dağlıq Qarabağ münaqişəsinə dair özünə məxsus fikirləri yer alir; “Bəs Azərbaycanlılarla Ermənilər arasında toqquşmalar nə vaxta qədər davam edəcək?Bütün erməni xalqı məhv edilənə kimi?Həmdə artıq türklər tərəfindən deyil,Azərbaycanlılar tərəfindən.Yəni digər türk dilli xalq tərəfindən.Axı mahiyyətcə türklər və azərbaycanlılar eyni millətdir.Türklər 1915 ci ildə 1,5 mln erməni qətlə yetiriblər,Azərbaycanlılar isə bu işə 1988 ci ildən başlayıblar.Türk bu işi 3 günə etdilər,Azərbaycanlılar isə bu işlə artıq 15 ildir məşğuldur.Onlar həmdə erməni xalqını,ermənı dövlətini yer üzündən silmək istəyirlər.Nə üçün?Cünki onlar xristianlardır.?Ermənilər Azərbaycanlıların türklərlə birləşməsinə mane olur.Nədir Naxçıvan?Süni yaradılmış təsisat.Ermənistan torpaqlarında Azərbaycanlıların məskunlaşdırıldığı yer.Türklərlə bir başa təmasda olmaq üçün yaradılmış ərazi.Bu torpaqlar həmişə ermənistanın olub.Dənizdən dənizə böyük ermənistanın.Bəs bu gün ermənistan nə gündədir.Urartudan,böyük mədəniyyətə malik qüdrətli dövlətdən kiçik bir parça qalıb.Sivilizasiya orada başlayıb və digər ərazilərə keçib.Azərbaycanlılar isə fəht etmək yolu ilə dircələ fars tayfasıdır.Bu zaman şərqdən Səlcuq türkləri gəldilər.Onlar fars tayfasını türkləşdirdilər.İndi onlar Türk dilində danışır.Kimdir Azərbaycanlılar?xəzərin sahilındə yaşayan tayfa.Bu Moskvanın cəmi bir rayonu boyda ölkədir.Təsəvvür edin,Sokolniki dövlətdir,orada yaşayanlar sokolniki millətidir.Azərbaycan belə bir şeydir.Xəzər sahilindı əhalının məskunlaşdığı rayon”

Cavab; Böyük Azərbaycanın parcalanması onu tarixi torpaqlarının itirilməsinin əsas təşkilatcisi elə Rusiyanın özüdür.Dağlıq Qarabağ konfliktinini yaradan onu daim gündəmdə saxlayan erməniləri türklərin üzərinə qaldiran rusiya siyasətçilərinin mahir oyunlarının nəticəsidir.Rusiyanın hərbi siyasi mərkəzləri Azərbaycanın tarixi torpaqlarının itirilməsi planını hazırladıqdan sonra rus carlarıda zaman zaman onu həyata keciriblər.

XX əsrdə ermənilərdən bir vasitə kimi istifadə edib sonra lazimi məqamda maraqlarına qurban verən türklər yox Rusiya və avropa dövlətlərinin siyasətinin nəticəsdir.1915 ci ildə ermənilərın soyqirima məruz qalması fikrini işlədən Jirnovski güya 15 ildir ki,Azərbaycanlılar erməniləri məhv edirlər onlari iqtisadi siyasi blokadaya saliblar,bu sözlərdən sonra insanı aci bir gülüş tutmaya bilməz.

1905-06,1918,1948-53,88-94 ci illərdə rusiyanın fitvası ilə ermənilər Azərbaycanın müxtəlif bölgələrində qırğınlar törədiblər.Qərbi Azərbaycanda və Dağlıq Qarabağdan azərbaycanlılarının qovulması prosesini ermənilərlə ustalıqla həyata keçiriblər və bu gündə həyata keçirirlər.Bu yaxınlarda Qubada tapılan kütləvi məzarlıq bir daha göstərir ki,məhv edilən erməni olub yoxsa azərbaycanlılar.Bunu görmək və dərk etmək üçün insanda vicdanı hissi etiraf etmək məsuliyyəti başqa hisslərdən üstün olmalıdır.Amma cətin ki,Jirnovski də bunu etraf edən mənəvi guc olsun.

Əslinə qalanda Rusiya ermənilərlə bağlı siyasətində heç vaxt səmimi olmayib.Bunu bəzi erməni siyasətçilərinin özləridə etiraf edirlər.Ermənistan baş naziri olmuş Kacaznunin xatirələrini oxumaq kifayyətdir.

Bunu bir erməni siyasətçisinin sözləri desək “bizi qurbanlıq kimi istifadə edən türklər yox rusiyanın siyasətçiləri olmuşlar”

Jirnovski güya etiraf edir ki,ermənilər qədim tarixə malik olublar və van gölü ətrafında yaranmış urartu dövləti erməni dövlətidir.E.Ə ıx-vı əsrlərdə mövcud olan bu dövlət haqqında bəzi rus təhqiqatçılarını cixmaq şərti ilə hec bir tarixçı əsaslandırmır ki,urartu erməni dövlətidir.Həmin dövrdə ermənilərin van gölü ətrafında yaşaması və tapılan arxeoloji qazıntılar zamanı ermənilərə məxsus hec bir maddi sübüt tapılmamışdır.

Naxcıvanı kiçik bir təsisat adlandıraraq süni yaradılmış bir qurum kimi təqdim edən Jirnovski orani erməni torpağı kimi təqdim edir.Amma unurdur ki,oradan 3 minilliyə aid tapilan gəmiqaya abidələri ermənilərə yox şumer türklərinə məxsusdur.Bu gün avropa etnoqrafları arxeoloqları yerli arxeoloqlarla birgə qazıntılar aparırlar və onların verdikləri acıqlamalarında buranın erməni torpağı olduğunu qeyd etmirlər.Əksinə onlar buranın yaşayan yerlı əhalısının-türklərin yülsək mədəniyyətə malik olduqlarını tapilan maddi sübütlarla təsdiq edirlər.

Bizim bir xalq kimi formalaşmağımızı XI əsrə bağlayan güya səlcuqların gəlişindən sonra yerlə əhalının-yəni farsların türkləşdiyini bildirən Jirnovski nədənsə sovet tarix konsepsiyasından əl cəkə bilmir.Halbu ki artıq rus tarixçilərı sovet tarix konsepsiyasından imtina edirlər.VII əsrə aid Dədə Qorqud dastanı bir daha onu göstərir ki,burada qədim türk əraziləridir.Bir yəmənli tarixçinin sözləri ilə fikrimizi tamamlasaq “bura qədimdən türklərin məskunlaşdığı TÜRK torpağıdır.

Elnur Eltürk

Dünya Azərbaycanlıları Konqresi

Gənclər Təşkilatının Sədri

22/12/2008





Yorumlar








Aktif Ziyaretçi 17
Dün Tekil 828
Bugün Tekil 270
Toplam Tekil 1638159
IP 54.161.208.7






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































6 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Türk Devletinin yenilmez, zinde hayat gücü ve Türk Milletinin teminatı ve istikbali gençliktir.
(Alpaslan TÜRKEŞ)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.217 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu