"Nə zaman türklər güclü olarsa, dünyaya ədaləti gətirəcəklər" - Aynur İMRANOVA - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









"Nə zaman türklər güclü olarsa, dünyaya ədaləti gətirəcəklər" - Aynur İMRANOVA
Tarih: 14.07.2010 > Kaç kez okundu? 3368

Paylaş


Kaya Kuzucu: "Ermənistan Azərbaycan torpağını işğal edərsə, Türkiyə "hop 1 dəqiqə" deyər"

Qaynar.info Aynurə İmranovanın təqdimatında "Türkiyədən silsilə müsahibələr" rubrikasını təqdim edir

QayNar: Böyük Türküstan sevdasına həyatını qurban vermiş insanlar... Onları tanıyandan sonra türk olmağımızla bir daha fəxr etməmək əldə deyil. Bu dəfəki Türkiyə səfərində ən çox bu insanlarla söhbət etməyə çalışdım. Qaynar.info tanınmış jurnalist Aynurə İmranovanın təqdimatında "Türkiyədən silsilə müsahibələr" rubrikasında onlardan biri Motif Musiqi Topluluğunun rəhbəri, Bengü TV-də yayımlanan “Türklərin dünyasından” adlanan sənədli filminin müəllifi və rejissoru, ozan və musiqişünas Kaya Kuzucu ilə müsahibəni sizə təqdim edir. Onu öz sözləri ilə tanıyaq.

- Mən 1961-ci ildə bir Yeni il gecəsində Malatyada doğulmuşam. Orta məktəbin ibtidai sinfini Malatyada, yuxarı sinifləri isə Qaysəridə bir litseydə bitirmişəm. Sonra universitetə qəbul olmaq üçün Ankaraya geldim. Ankara Universiteti illahiyyat fakültəsinin islam fəlsəfəsi bölümünə qəbul oldum. Universiteti bitirdikdən sonra 10 il də müəllim işlədim. Amma mən ilk gündən musiqi ilə nəfəs alırdım. Hələ ibtidai sinifdə oxuyanda ilk sazımı özüm düzəltmişdim. Bizim sülaləmizdə ud çalanlar olub, bu həvəs mənə yəqin ki, onlardan keçib. Amma sonralar pul yığaraq, ilk professional sazımı aldım. Universitetə qəbul olandan sonra isə eşitdim ki, Ankara Xalq Musiqisi Xoruna mütəxəssislər seçmək üçün imtahan keçirilir. 1000 nəfər sənəd vermişdi, amma 60 nəfər seçildi. O seçilənlər arasında mən də vardım. Eyni zamanda da oxuduğum ilahiyyat fakültəsində türk din və xalq musiqisi dərsi də tədris olunurdu. İçimdəki aşıqlara, ozanlara olan sevgi də bütün bu dərslərlə birləşincə məni bu sahəyə sürükləyirdi. Biz hələ tələbə olduğumuz zamanlarda Azərbayacana və bütün türk yurdlarına azadlıq tələb edirdik. Hələ 70-ci illərdə. O vaxt dillərdə əzbər bir şeir vardı. Hər kəs oxuyardı.

-

Bilirmisin qardaş türk ellərində,

Havada ulduzlar dağda qar üşür,

Əsir qardaşımın türkülərində

Dörd mövsüm ötədə bir bahar üşür.

Azanlar buz tutmuş minarələrdə

Yaylalar sorarmış törələr nərdə,

Həsrətli yolların bitdiyi yerdə

Hər dağ ətəyində bir məzar üşür.

Sonradan bildik ki, həqiqətən də Azərbaycanda hər dağ ətəyində bir türk məzarı varmış. Müəllimlərimiz anlatdı ki, Nuru Paşa varmış, Anadoludan ordu toplayaraq Azərbaycanın müstəqilliyi üçün 40 yerdə döyüşərək, Bakıya gedib. O zaman hər savaşdığı yerdə şəhidləri olub, onları dağların ətəyinə dəfn edərək gediblər.

Biz bütün türk dünyası üçün eyni qayğını hiss edirik.

- Tələbəlik illərində Milliyətçi Hərəkat Partiyası ilə əlaqələr var idimi?

- Yox, o zamanlar sadəcə içimizdə sevgi var idi. Nə zaman ki, Ankaraya gəldim, o zaman özümü ülkü ocaqları, türk millətçiləri, MHP ilə bir anlayışda olduğumu gördüm. Çünki, mənim valideynlərim mənə həmişə Vətən sevgisini anlatdılar, onu ürəyimdə əkdilər. Onlarla, yəni millətçilərlə tanış olandan sonra anladım ki, anamın, dədəmin anlatdıqları şeylər onların ideologiyalarının başında durur. Bu mənim yuvam, bu mənim davam deyib sarıldım. Universitetdə türk yurdları üçün mitinqlər keçirirdik. Polislər bizi dağıdırdı, həbs edirdi. Çox dostumuz şəhid oldu. Gəncdim, amma türk dünyası üçün görmək istədiyim çox iş vardı. Bu minvalla da “Bir gün geri dönəcəyik” albomunun çalışmalarına başladım. Kasetin adı iki məna daşıyırdı. Birinci Türkiyədə o dövrdə 12 sentyabr hadisələri baş vermişdi. O zaman millətçiləri bölücülərlə eyni tərəziyə qoymuşdular, bir yerdə həbs etmişdilər. Bu bizə çox toxunmuşdu. Bir bu hadisələrə eyham vururdum. Bir də soyqırım yaşayan bütün türk dövlətlərinə ünvanlanmışdı.

Gediyorum eldən elə,

Bir gün geri dönəcəyik.

Dolar vadə, bitər çilə

Bir gün geri dönəcəyik.

Amma türklərin başı həmişə bəlada olub, ona görə də bu albom bu gün də aktualdır. 1918-ci ildə Nargin adasında, Krımda soyqırımlar türklərə qarşı törədildi. Dövrümüzdə də Xocalı, Serebrenitsa da o sıradan.

Bu albom hazırlanan zaman mən Ankara Universitetinin Sosial bilimler institutunun yüksək lisansını qazandım. 3 il ərzində oranı bitirdim. Mövzum “Aşıqlıq və ozanlıq gələnəyindəki məqamlar ilə türk din müsiqisindəki ortaq yanlar” idi. Vaxt itirmədən sənədlərimi doktorluğa verdim. Az müddətdə “aşıqlıq və ozanlıq gələnəyindəki dini və əxlaqi motivlər” mövzusunda müdafiə etdim.

-Motif musiqi mərkəzini necə qurdunuz?

-Mən musiqişünasam. Yetişdirməm gərəkən insanların olduğunu düşündüyüm üçün bu dərgahı qurdum. 15 ildə 300 dən çox öyrəncimiz oldu. Hamısı da Vətənə, millətə, türkçülüyə aşiq insanlar idi. Baxmayaraq ki, məcburi deyildi, amma hər gün yorulmadan 2-3 saat dərs alırdılar. Son konsertimiz baharda oldu. “4 makam, 40 bağlama, 40 türkü” adı altında keçirildi. Ansamblda 20 nəfər qız da vardı.

- Proqram aparmağa nə vaxtdan başladınız? Və necə oldu ki, “Türklərin dünyasından” adlanan sənədli filmi çəkmək qərarına gəldiniz?

- Mən hər şeydən əvvəl bir türk millətçisiyəm. Rəhmətlik başbuğumuz Alparslan Türkeşin söhbətlərində iştirak edərək formalaşmışıq biz. O deyirdi ki, türkçülük türk millətinə aid olan nə varsa ona aşiq olmaqdır. Bu ideologiyanı əsas götürərək türk dünyasını gəzməyə başladım. Azərbaycana getdim, Nargin adasını gördüm. Bu məni dərindən yaraladı. Bununla da “Türklərin dünyasından” adlanan sənədli filmi çəkməyə başladım. İlk Bengü TV-də yayınlanmışdı. Sonra Krımdakı soyqırımı çəkdim. Bilirsiniz, çox qəribə bir şey var. Bir ölkədən 10 türkü gətirin mənə, o zaman mən o millətin tarix boyu nə yaşadığını sizə anladım. Krım türküləri həmişə qandan, ayrılıqdan, soyqırımdan bəhs edərdi. Krımdan çəkdiyim sənədli film “Türkülərin izində soyqırım” adlanırdı. Sonra Kiprə getdim. Kiprdə iki önəmli şəxsiyyət Rauf Denktaş və doktor Fazil Küçüyü çəkdim. Denktaşın Elçibeyle söhbətini anlatdırdım. Bilirsiniz, Rauf Denktaş son türk millətçilərindəndir, Azərbaycanda Elçibey kimi, Türkiyədə Türkeş kimi, Krımda Cəmiloğlu kimi. Növbəti filmimi Altaylarda çəkdim. Ordakı türkləri. Ergenekon əfsanəsində Dəmir dağ deyilən yer var, o Altaylardadır. Türklərin ən əsas yerləri ordadır. Almaniyadakı türkləri çəkdim. İnşallah bundan sonra türkçülüyün önəmli ideoloqlarından olan Hüseyn Nihat Atsızın Bozqurdların ölümü və Bozqurdların dirilişi kitabları ilə bağlı bir film çəkmək istəyirəm. Bir də Karaçaya (Rusiya) gedəcəm. O türklər ən savaşçı türklərdir. Onları da çəkəcəm.

-Musiqi sahəsində nə planlar var?

-“Türk dünyasında savaş musiqiləri”adlı bir albom hazırlamaq istəyirəm. Məsələn, Azərbaycandan Koroğlunun, Krımdan Timurun, eyni zamanda Tvadan, Bolqarıstandan, Macarıstan, Tatarıstan, Anadoluda zeybeklerden, Güney Azərbaycanda qaşqay türkləri var, onların qəhrəmanlarından mahnılar oxuyacam.

- Milliyyətçi Hərəkat Partiyasında hal-hazırda tutduğunuz bir mövqe varmı?

- Sadəcə partiyada üst kurul dələgəsiyəm. Yəni partiya sədrini seçmək hüququ olan 1200 kişidən biriyəm. Bu qədər. Türkçülük mənim üçün siyasətdən daha önəmlidir.

- Nə vaxtsa Türk dünyası bir araya gələrək ortaq qərarlar qəbul edə biləcəkmi? Daha doğrusu, millətçilik iddialardan önə keçə biləcəkmi?

- Əlbəttə, mən və mənim kimi minlərlə millətçilər bunun üçün çalışırlar. Bir az çətindir. Çünki, hər yerdə türklər və digərləri var. Məsələn, Avropada xristian demokrat partiyalar fərqli ölkələrdə fəaliyyət göstərsələr də ortaq qərarlar qəbul edə bilirlər. Amma onlarda din faktoru güclüdür. Məsələn Çili və ya İsveçrə ermənilərlə ilgili qərarlarda həmişə onların tərəfini tutur. Niyə? Çünki, Ermənistan xristian dövlətidir. Türk milləti bunlar qədər ifratçı deyil. Sevgiyə daha çox yer verir və hər şeyi tez unudur. Bir də türk millətçiləri türk yurdlarında yetərincə güclənməyib. Bu da bizim yaralı yerimizdir.

Kaya bəydən müsahibəmizi yekunlaşdımaq üçün son söz istədim. Çox qəhərli, amma ümidli bir səslə aşağıdakıları dedi:

“Birləşmiş Türk dövlətlərinin qurulduğunu görsəm gözü açıq getmərəm bu dünyadan. Konfederasiya şəklində olsa belə. Baxın Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və sair müstəqil türk dövlətləridir. Bunlar birlikdə hərəkət etdikləri zaman, məsələn, Ermənistan Azərbaycan torpağını işğal edərsə, Türkiyə “hop 1 dəqiqə ” deyər. Müdaxilə etmək hüququ və imkanı olar. Çiyin-çiyinə verib, bir-birimizi qoruyaraq yaşayarıq. Artıq türkün qanını kimsə tökə bilməz. Nə zaman türklər güclü olarsa, dünyaya ədaləti gətirəcəklər”. //QayNar



KAYNAK: http://news.qaynar.info/index.php?mod=view&id=38816





Yorumlar









Aktif Ziyaretçi 48
Dün Tekil 1787
Bugün Tekil 745
Toplam Tekil 4068666
IP 3.136.97.64






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu