Heydər Əliyev qətiyyəti! - Azər Həsrət - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Heydər Əliyev qətiyyəti! - Azər Həsrət
Tarih: 12.07.2010 > Kaç kez okundu? 3313

Paylaş


Bu gün Qırğızıstanın ən çox ehtiyac duyduğu şey məhz budur



Azər Həsrət



Bəlkə də birilərinə qəribə görünəcək. Bəlkə də təəccüb edib deyəcəklər ki, Heydər Əliyevin Qırğızıstana nə dəxli var? Hətta məni də tənqid edənlər tapılacaq ki, bir zamanlar bu şəxsi ən kəskin tənqid etdiyim halda nədən indi onu nümunə olaraq qələmə alıram. Hər ağızdan bir avaz gələr deyirlər. İndi də hərənin ağzından bir avaz gələcək yəqin ki. Əlbəttə ki, ədəb və əxlaq çərçivəsində olan hər cür avaza saygı duymaq borcumuzdur…



Bu gün qardaş Qırğızıstanın ən çox ehtiyacı olan şey məhz Heydər Əliyev qətiyyətidir! Bunu həm oradakı durumu bilən, həm də ki, Heydər Əliyev idarəetməsini illər sonra dəyərləndirmə imkanı olan birisi kimi deyirəm. Əgər bu qətiyyət olmasa Qırğızıstan hələ neçə onilliklər təlatümlər içində qalacaq. Bəlkə də milli məsələlər yoluna qoyulacaq bir zaman. Ancaq heç vaxt insanlar arasındakı qarşılıqlı inam, iqtisadi dirçəliş və uzunmüddətli sabitliyə nail olunmayacaq bu ölkədə. Durumu düzəltmək və insanlar arasındakı qarşılıqlı inamı bərpa etmək üçün bu ölkədə qətiyyətli idarəetməyə və təbii ki, bu idarəetməni gerçəkləşdirə biləcək öndərə ehtiyac var. Hələlik ölkəyə başçılıq edən və türk dövlətlərində ilk qadın prezident olan Roza Otunbayeva haqqında tənqidi fikirlər söyləməkdən vaz keçsək də müəyyən paralellər aparıb Qırğızıstanın hazırkı durumdan qurtulması üçün nələrin edilməsi üzərində dayanmaqda yarar var.



1988-ci il və sonrasında həm Azərbaycanda, həm də Orta Asiyada təlatümlər yaşanırdı. Bizdə ermənilərin təcavüzü baş qaldırmaqdaykən Özbəkistanda özbəkləri Ahıska türklərinə, Qırğızıstanda qırğızları özbəklərə qarşı qaldırmağı bacaran sovet-rus imperiyası öz istəyinə nail ola bilmişdi. Yəni bir zamanlar dost olan xalqlar bir-birinə düşmən kəsilmişdi və bu düşmənlik indiyə qədər davam edir. İstər Azərbaycan, istərsə də Orta Asiyada dövlət başında olanların səriştəsizliyi və bu cür duruma hazır olmaması təlatümlərin bir müddət davam etməsinə, ağır itkilərə səbəb oldu. Azərbaycanda sonradan hakimiyyət başına gələn Xalq Cəbhəsi də idarəetmədə səriştəsizlik nümayiş etdirdi və sonuc olaraq az qala hər etnik qrup ölkəmiz içində özünə bir dövlət qurmaq eşqinə düşdü. Qırğızıstanda isə mərhum Çingiz Aytmatovun da birbaşa müdaxiləsi ilə qırğız və özbək qarşıdurması yatırdıldı və müəyyən sabitlik yarandı…



1993-cü ildə prezident Əbülfəz Elçibəyin hakimiyyətdən getməsindən sonra Azərbaycanda Heydər Əliyevin prezident seçilməsi hər tərəfdən laxlayan dövləti çox zaman tənqid etdiyimiz üsullar sayəsində yenidən səfərbər edə bildi. Bölücülər, soyğunçu qruplar, ayrı-ayrı “padşahlar” və dövlətlə hesablaşmayan hər cür ünsürlər yavaş-yavaş təmizləndi. Yəni prezident Heydər Əliyev sabitliyə gedən yolu beləcə təmizləməyə başladı. Əlbəttə ki, bu da bir zaman aldı və bəzən də istər daxildə, istərsə də xaricdə ciddi tənqidlərə səbəb olan metodlardan istifadə edildi. Hətta insan itkiləri də oldu. Ancaq sabitliyin qazanılması üçün bütün bunların olması lazım idi. Heydər Əliyev dövlətdə sabitliyi və öz avtoritetini təmin etmək üçün “qardaş qanı” axıtmaqdan çəkinmədi və düz də elədi! Dövlətin dayanıqlı və möhkəm olması üçün lazım gələndə öldürməyi belə bacarmaq lazımdır. Öldürmək deyərkən burada heç də Heydər Əliyevin önünə keçən hər kəsi öldürməsindən söhbət getmir təbii. Misal üçün, Əbülfəz Elçibəy Surət Hüseynovun başıpozuq dəstəsinin önündən çəkiləndə bunu qardaş qanı axıtmaq istəməməsi ilə əsaslandırdısa, Heydər Əliyev, yenə də misal üçün silahlı qiyam qaldırmış Rövşən Cavadovun və ya Əlikram Hümbətovun üzərinə məhz silahla gedərək və dövlətə silah qaldıranları öldürməklə əslində dövlətin gücünü sübut etmiş oldu. Təbii ki, bu davranış marıqda gözləyib sonradan baş qaldırmağa hazırlaşanlar üçün yaxşı bir siqnal oldu və onlar anladılar ki, Heydər Əliyevlə güc yoluyla danışmaq olmaz. Elə dövlət idarəetməçiliyinin fəlsəfəsi də budur. İnsanlar öncədən bilməlidir ki, dövlətə qarşı üsyan edib xəyanət yolunu tutacaqları halda onları nə gözləyə bilər.



Sonrakı dönəmdə Heydər Əliyev siyası opponentləri ilə normal münasibətlər qurmağa çalışdı. Lakin ona qarşı radikal mövqe tutanlar, Heydər Əliyevin kommunist keçmişini əsas tutub ondan millətə fayda gəlməyəcəyini iddia edənlər (ki, onların arasında mən də vardım) onu tam olaraq devirib yerini ələ keçirmək eşqinə düşüncə o da öz qətiyyətini yenidən sərgiləməli oldu. Bu qətiyyət o qədər güclü oldu ki, artıq ölkədə başıpozuqluq, yerli-yersiz dövlətə qarşı çıxma və sabitliyi pozma halları ortadan qalxdı və nəticə etibarilə bu gün Azərbaycan torpaqları işğal altında, insanlarının böyük bir qismi qaçqın və köçkün olmasına baxmayaraq dünyanın ən sabit ölkələrindən biridir. Təbii ki, bu sabitlik də özüylə iqtisadi inkişaf və insanların rifah halının yüksəlməsini gətirir.



…Qırğızıstanda isə bütün bunlar heç vaxt olmadı. İstər prezident Əskər Akayev, istərsə də beş il öncə onu devirib yerinə keçmiş Kurmanbek Bakiyev nə qətiyyətli, nə də tədbirli ola bilmədi və sonuc çox ağırdır… Bu gün Qırğızıstanda soyu-kökü bir olan ən doğma qardaşlar – qırğızlar və özbəklər arasında düşmənçilik toxumları səpmək o qədər asan başa gəldi ki! Bir anda, xüsusən də Rusiyanın müəyyən dairələri tərəfindən idarə edilən güclər bu ölkəni qarışdırdılar və qardaşı qardaşa düşmən etməyi bacardılar. Halbuki ölkəyə başçılıq edən şəxslərdə qətiyyət və bacarıq olsaydı yəqin ki, bu hallar baş verməzdi. Di gəl baş verdi! Niyə? Çünki qətiyyət və təcrübə olmadı! Bax, bu yerdə Heydər Əliyevin qətiyyət və təcrübəsinin zamanında Azərbaycana hansı faydaları verdiyini anlamaq olar.



Qırğızıstanın bundan sonrakı taleyi prezident kürsüsündəki şəxsin idarəetmə bacarıqlarına bağlıdır. Əgər o, özünü ilk addımlardan qətiyyətli göstərə bilməsə yəqin ki, düzəlmək üzrə olan durum az sonra yenidən dəyişəcək və ölkədə yeni təlatümlər yaşanacaq. Qırğızıstanı bu durumdan çıxarmaq lazımdır. Özü də mümkün qədər tez bir zamanda. Ölkədə hakimiyyətin nəzarətindən kənar olan bütün güc mərkəzləri zərərsizləşdirilməlidir. Gərək olduğu zaman dövlət öz gücünü ən sərt şəkildə göstərməlidir. Öldürmək lazımdırsa, öldürməlidir! Həbs etmək lazımdırsa, onu da etməlidir! Düzdür, bu cür hallara qərbin insan hüquqları dəllalları başqa adlar verəcəklər. Ancaq unutmaq olmaz ki, dövləti sabit məcraya yönəldə bilmək üçün vətəndaşda ona güvəni artıra biləcək tədbirlər görülməlidir. Bir zamanlar Heydər Əliyevin etdiyi kimi! Vətəndaş hiss etməlidir ki, dövlət və ona başçılıq edən şəxs milli maraq və mənafelər naminə hər şeyi etməyə hazırdır və edə də bilər! Belə olan halda dövlətə asi olmağı düşünənlər bir daha götür-qoy edər, yerdə qalan vətəndaşlar da arxayın şəkildə öz işləri ilə məşğul olar. Əks təqdirdə biriləri yenidən ortalığı qarışdırmaq istəyəcək və sonucda olan xalqa, xüsusən də sadə insanlara olacaq…



Bu gün Qırğızıstanda Heydər Əliyev qətiyyətinə gərək var. Qoy biriləri ölkədəki rejimi totalitar adlandırsın, qoy insan haqları pozuntularından danışılsın, qoy desinlər ki, bu ölkədə azadlıqlar tapdanır. Deyəcəklər zatən. Hətta yumşaq bir rejim tətbiq edilsə də bu cür fikirlər söyləmək istəyənlər bir bəhanə tapacaqlar. Ona görə də bəlli bir sürə üçün heç nədən çəkinmədən qətiyyətli idarəetməyə üstünlük vermək lazımdır ki, ölkədə uzunmüddətli sabitlik yaransın…



KAYNAK: http://www.yalquzaq.com/?p=13739&utm_source=feedburner&utm_medium=email&utm_campaign=Feed%3A+Yalquzaq+%28Yalquzaq.com%29





Yorumlar









Aktif Ziyaretçi 40
Dün Tekil 1505
Bugün Tekil 1462
Toplam Tekil 4076243
IP 18.218.129.100






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu