Ümid edirik ki, Azərbaycan da bu məsələdə geri qalmayacaq - Azər Həsrət - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Ümid edirik ki, Azərbaycan da bu məsələdə geri qalmayacaq - Azər Həsrət
Tarih: 11.07.2010 > Kaç kez okundu? 3372

Paylaş


Bir neçə gün bundan öncə türk dünyasında sevindirici və qürurverici hadisə baş verdi. Belə ki, Türkiyənin Bursa şəhərində yeddi bağımsız türk dövlətinin bayraqlarının dalğalandığı Yeddi Dövlət – Bir Millət Bayraq meydanının açılış mərasimi baş tutdu. Belə bir hadisənin reallaşmasının türk xalqları arasında ideoloji-mənəvi birliyi güçləndirəcəyi və inteqrasiya proseslərinə təkan verəcəyi şübhəsizdir. Açılış tədbirində iştirak edən, xüsusilə onu qeyd edək ki, meydanın açılmasında böyük əziyyət çəkmiş şəxslərdən olan, Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı, tanınmış jurnalist Azər Həsrətlə tədbir və başqa məsələlər haqqında etdiyimiz ətraflı söhbəti oxucularımızın nəzərinə çatdırırıq.



- Azər bəy, ilk öncə tədbir haqqında oxucularımıza məlumat vermənizi istərdik.



- Tədbir, qeyd edildiyi kimi Bursanın Yıldırım Bələdiyyəsinin önündəki Əhməd Taner Kışlalı meydanında baş tutdu. Yəni buradakı meydan yeddi bağımsız türk dövlətinin bayraqlarının yüksəldilməsi üçün ən uyğun yerdir. Hər şeydən öncə ona görə ki, bura Bursa əhalisinin ən çox gəldiyi yerlərdəndir. Digər tərəfdən də şəhərin ümumilikdə ən görməli səmtidir. Yəni həmin meydanın xüsusən də axşamlar boş olduğu hallara rast gəlinmir. Ona görə də təşəbbüs ortaya çıxanda populyarlığı baxımından oranın üzərində dayanılmışdı. Tədbirimiz çox möhtəşəm oldu. Öncə mehtər marşları səsləndirildi. Sonra rəsmi çıxışlar edildi. Açılış nitqini mən söylədim və ardından da Quzey Kıbrıs konsulluğunun, həmçinin Qazaxıstan səfirliyinin nümayəndəsi çıxış etdi. Sonuncu çıxışı isə Yıldırım Bələdiyyə başqanı Özgen Keskin etdi. O, xüsusi olaraq vurğuladı ki, bir ilk olaraq belə bir tədbirin onların ərazisində keçirilməsindən xüsusi qürur duyur. Bundan sonra hər ölkədən bir nümayəndə yüksəldilmək üçün hazır olan bayraqlara yanaşdı və yeddi bayrağın hamısı eyni zamanda göylərə yüksəldildi. Bunun ardından isə ünlü ozanımız Araz Elsəsin konserti başlandı. Qeyd edim ki, Araz bəy hər zamankı kimi özünün həyəcanını meydana toplaşan minlərlər insana da ötürə bildi. Onun mahnıları dəfələrlə alqışlara səbəb oldu və meydan bir anda çox həyəcanlı təlatümlərə qərq oldu. Bursalılar Araz Elsəsin möhtəşəm ifasını çox bəyəndilər. Ondan sonra səhnəyə Türkiyə sənətçisi Orhan Hakalmaz çıxdı və o da yadda qalan anlar yaşatdı. Saat 6-da başlanan tədbirimiz gecə saat 12-dən sonra bitdi.



- Tədbirdə Türkiyənin rəsmi şəxslərindən kimlər iştirak edirdi?



- Biz Türkiyə rəsmi şəxslərini dəvət etməmişdik. Çünki Yıldırım Bələdiyyəsi önündə açılış olacağı üçün elə bələdiyyə səviyyəsində də təmsilçilik bizim üçün yetərli idi. Ancaq digər türk dövətlərinin səfirlikləri rəsmən dəvət edilmişdi.



- Bəs rəsmi şəxslər arasında digər türk ölkələrinin səfirliklərindən iştirak edən var idimi?



- Təəssüflər olsun ki, birliyinə çalışdığımız türk dövlətlərinin bəzilərinin səfirlikləri öz bayraqlarına sahib durmadılar. Yalnız Qazaxıstan və Quzey Kıbrıs rəsmi təmsilçilərini göndərmişdi. Azərbaycan, Qırğızıstan, Özbəkistan və Türkmənistan isə rəsmi səviyyədə təmsil edilmirdi. Halbuki onların hamısına bir ay öncədən rəsmi müraciət edilmişdi və demək olar ki, hamısı nümayəndələrini göndərəcəkləri haqqında bilgi vermişdi. Hətta Azərbaycan səfirliyindən Rəşad Vahabzadənin gələcəyi haqqında faks göndərilmişdi. Ancaq təəssüf ki, son anda bu, baş vermədi və biz də tədbirdə iştirak edən Prof. Dr. Elçin İsgəndərzadədən Azərbaycan bayrağını yüksəltməyi rica etdik. Digər ölkələri də müvafiq olaraq həmin xalqların nümayəndələri təmsil etdi.



- Bayraq meydanının açılışı yerli insanlar tərəfindən necə qarşılandı?



- Çox böyük coşquyla. Yəni Bursa sakinləri bizə yaxınlaşıb öz sevinclərini həyəcanla ifadə edirdilər. Biz, hətta deyərdim ki, yaxşı mənada Hollivud ulduzları kimi şəkil çəkdirməkdən yorulduq. Yerli insanlar bir-birinin ardınca bizə yanaşır, təşəkkür edir və xatirə şəkli çəkdirmək üçün izn alırdılar. Həm bayraqların yüksəldilməsi, həm də sənətçilərimizin çıxışları zamanı böyük coşqu yaşandı. Xüsusən də Araz Elsəs insanların damarlarındakı qanı coşduracaq çıxışlar etdi.



- Belə bir ənənənin digər türk ölkələrində də reallaşması mümkündürmü? Xüsusilə, Konsey başqanı olaraq Azərbaycan hökümətinə bayraq meydanın açılması üçün müraciət edəcəksinizmi?



- Əlbəttə. Bu təşəbbüs davam etdiriləcəkdir. Artıq Quzey Kıbrısdakı dostlarımız ikinci belə meydanın Lefkoşada açılması üçün hərəkətə keçiblər və ümid edirik ki, bu məsələ yaxın zamanlarda gerçəkləşəcək. Azərbaycana gəlincə, bu məsələdə ölkəmizin heç də geridə qalmayacağını düşünürəm. Lakin bir şeyi qeyd etməliyəm ki, bayraq meydanı təşəbbüsünü biz dövlət səviyyəsində deyil, bələdiyyələr və ya QHT-lər səviyyəsində həyata keçiririk və belə bir təşəbbüsün aşağıdan gəlməsini gözləyirik. O üzdən bizim tərəfimizdən müraciətin edilməsi gözlənilmir.



- Türk dünyası tarixində ilk dəfə olaraq, Qırğızıstana qadın bir prezident rəhbərlik edəcək. Sizcə, Roza Otunbayevanın ölkəyə rəhbərlik etməsi prosesləri normal məcraya qaytara biləcəkmi?



- Prezidentin qadın və ya kişi olmasının heç də ciddi önəmi yoxdur. Sadəcə indiki şəraitdə Qırğızıstanın güclü prezidentə ehtiyacı var. Misal üçün, Heydər Əliyev kimi qətiyyətli və təcrübəli. O baxımdan Roza xanımı müqayisə etmək əlbəttə ki, asan deyil. Ancaq yenə də ümid etmək istərdim ki, ilk xanım prezidentimiz digər türk dövlətlərinin də yardımı ilə qardaş Qırğızıstanı bu böhrandan çıxara biləcək. Bizim də görəvimiz ona bu işdə yardımçı olmaqdır əlbəttə.



- Son vaxtlar qardaş ölkədə PKK hücumlarının sayı artıb. Hər gün türk əsgərləri şəhid olur. PKK-nın fəallaşmasında Türkiyə-İsrail münasibətlərinin gərginləşməsinin təsiri ola bilərmi?



- PKK-nın indiki fəallaşmasında deyil, ümumiyyətlə varlığında həm İsrailin, həm ABŞ-ın, həm də Türkiyəni təsiri altında tutmaq istəyən başqa güclərin hər zaman rolu olmuşdur. Bu terrorçu təşkilatın fəallığının son zamanlar daha da artmasında, şəxsi qənaətimə görə, mütləq İsrailin və ya onun nəzarətində olan mərkəzlərin rolu vardır. Çox istərdim ki, yəhudi xalqı və dövləti orta əsrlərdə Osmanlı İmperiyasının onlara sahib duraraq yox olmaqdan xilas etməsini və ya istər Azərbaycan, istərsə də Orta Asiya türklərinin xoş münasibətini xatırlasın və Türkiyə dövlətindən üzr istəyərək öldürülən xoşməramlılara görə təzminat ödəməklə xalqlarımız arasındakı dostluğun davamına şərait yaratsın. Əks təqdirdə İsrailin yalnız Türkiyə deyil, digər türk dövlətləri ilə münasibətlərinə də ciddi xələl gələcək. Xatırlarsanız, Azərbaycan prezidenti İlham Əliyev də gərginləşən Türkiyə-İsrail münasibətləri haqqında fikir bildirərkən Azərbaycanın Türkiyənin yanında olduğunu ifadə etmişdi. Hər halda bu, İsrail üçün bir siqnal olmalıdır.



Söhbətləşdi: Elnur Eltürk



Qaynaq: Türküstan qəzeti



KAYNAK: http://www.yalquzaq.com/?p=13728&utm_source=feedburner&utm_medium=email&utm_campaign=Feed%3A+Yalquzaq+%28Yalquzaq.com%29





Yorumlar









Aktif Ziyaretçi 60
Dün Tekil 1505
Bugün Tekil 1809
Toplam Tekil 4076591
IP 3.147.84.215






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.502 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu