Ermənistan ilə sürpriz proseslər ola bilər - Hakan Çəlik - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Ermənistan ilə sürpriz proseslər ola bilər - Hakan Çəlik
Tarih: 10.07.2010 > Kaç kez okundu? 2038

Paylaş


10.07.2010

Hakan Çəlik («Posta» qəzeti)

Yerevan ilə Ankara arasında aparılan məxfi danışıqlar müsbət nəticələnərsə, yaxınlarda bəzi önəmli qərarlar açıqlana bilər. Məqsəd Dağlıq Qarabağ probleminə görə kilidlənən dialoqa yenidən başlamaqdır.



Bir müddət əvvəl Baş nazir R.T. Ərdoğan XİN İcra Aparatının rəhbəri Firidun Sinirlioğlunu Yerevana göndərərək, prosesin yenidən başlanmasına çalışmışdı. Ancaq Yerevandakı görüşlərdə arzu olunan nəticə əldə edilməmişdi.



Yəhudi lobbisi və İsrail ilə yaranan problemlərin ABŞ Konqresində yeni bir «erməni layihəsi»nə təkan vermə ehtimalı Ankaranı narahat edir. Yəhudi lobbi təşkilatları bundan sonra ermənilərlə olan problemlərdə Türkiyəni dəstəkləməyəcəklərini açıq şəkildə bəyan etmişdi…



Türkiyənin reaksiyasına baxmayaraq, ABŞ Dövlət katibi Hillari Klintonun keçən həftə Ermənistanda «Soyqırımı abidəsi»ni ziyarət etməsi ABŞ-da mümkün

qasırğanın ilk işarələri kimi qiymətləndirilir. Odur ki, Türkiyə Ermənistanla münasibətlərdə görülə biləcək işləri analiz edir. Digər tərəfdən, AKP hökuməti referendum və seçki öncəsi Ermənistan məsələsində cəsur addım atmaqda tərəddüd edir. Bilirlər ki, Yerevan və Vaşinqtonla bağlı jestlər CHP və MHP tərəfindən çox sərt tənqid olunacaq.



Bu ərəfədə türklərlə erməniləri yaxınlaşdıracaq iki böyük tədbir keçirilməlidir. Birincisi, Türkiyə və Ermənistandan 65 gənc musiqiçi bir yerə toplaşacaqlar. Nvart Andreasyan və Cem Mansurun dirijorluq etdiyi Türkiyə-Ermənistan Gənc Simfonik Orkestri 16 iyulda Camal Rəşid Rey adına salonda konsert verəcək.



Konstitusiya referendumundan sonra - 19 sentyabrda isə Vanda təmiri başa çatan Sur Xaç erməni kilsəsində mərasim keçiriləcək. Bu mərasimə dünyanın hər tərəfindən təxminən 5 min erməni qatılacaq.



Hökumət QHT-lərin də dəstəklədiyi bu iki tədbirdən ilhamlanaraq payızda önəmli qərarlar qəbul edə bilər. Bu prosesdə Bakını razı salmaq mümkün olarsa, Ankara sürpriz bir qərarla Ermənistan sərhədini aça bilər.





Yorumlar








Aktif Ziyaretçi 24
Dün Tekil 813
Bugün Tekil 533
Toplam Tekil 1640888
IP 54.161.168.87






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































9 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Onlara Allah Türk Adını verdi ve Onları yeryüzüne hakim kıldı.
(Kaşgarlı MAHMUT)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.908 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu